![]() |
|
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım davam edir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə təzyiq edərək ciddi gərginlik yaradır:
“Xəstəxanalarda, müalicə müəssisələrində böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtda müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi fərqli idi. İndi tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir. Reanimasiyaya və süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb. Dünyada situasiya stabilləşib. Bu, əks- epidemik tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunub. Mən istəyirəm ki, bütün tədbirləri sərtləşdirək. Müşahidələr göstərir ki, indiki tədbirlər effektini vermir”.
Deputat Siyavuş Novruzov koronavirusa inanmayıb bu istiqamətdə təbliğat aparanlara qarşı da cəzalandırma mexanizminin olmasını təklif edib.
S.Novruzov deyib ki, bu gün koronavirusa qarşı mübarizə milli təhlükəsizlik məsələsidir: “Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq.
Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.
TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.
Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.
Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.
Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.
Koronavirusinfo.az saytının verdiyi xəbərə görə, TƏBİB iyunun 25-dək qeydə alınan rəqəmləri açıqlayıb. Statistikaya baxdığımız zaman paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, rayonda yoluxma 12.9 faiz təşkil edir.
Pandemiyanın ilk dönəmində xəstə sayına görə paytaxta liderlik edən Yasamal isə sıralamada ikinci yerdədir. 12.6%. Hər iki rayonun göstəricilərində artım müşahidə olunur. Xətaidə isə yoluxma halı azalaraq 11.9% olub. Sabunçu 11.8, Nəsimi 10.7, Suraxanı 9, Nərimanov 8.6, Nizami 8.1, Qaradağ 5.5, Səbail 4.5, Xəzər 4.1, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.
Qeyd edək ki, hazırda ölkə üzrə 7200 aktiv koronavirus xəstəsi var. Onların da 53 faizindən çoxu Bakının payına düşür.
Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşib.
Oxu.az məlumatına görə, vəkil Loğman Abdullayev bu gün Mərdəkandakı xəstəxanaların birinə köçürülüb.
O, saat 10:00-da yenidən əməliyyat olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl xəstəxanalarda yer olmadığı üçün vəkil evində cərrahiyyə əməliyyatı keçirib.
Oxu.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, borc məsələsinin köklü həlli yoxdur:
“Yenə də yəqin ki, “Azəristiliktəchizat” ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, “Azəristiliktəchizat”da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil”.
Ölkədə koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsinə qərar verilib. Sözügedən qərar bir sıra şəhər və rayonlarla yanaşı, Sumqayıtda da tətbiq olunur.
Sumqayıt Şəhər Polis İdarəsinin və Daxili Qoşunların hərbi qulluqçuları pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirir.
Həyata keçirilən tədbirlər çərçivəsində şəhərin giriş-çıxış hissələrində və bir çox ərazilərində Yol-Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən nəzarət-yoxlanış postları qurulub. Eləcə də, şəhərdə qaydaların pozulmasının qarşısını almaq üçün patrul xidməti yerinə yetirilir, karantin rejiminin tələblərini pozan şəxslər müvafiq qaydada cərimələnir.
Belə ki, ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər avtobuslardan kənarlaşdırılıb, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimələr tətbiq olunub.
Eyni zamanda, küçəyə çıxan sakinlərin icazələrinin olub-olmaması da yoxlanılıb. İcazəsiz çölə çıxanlar barəsində də tədbirlər görülüb.
Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları avtovağzal ərazisində stasionar postlar yaradıb. Bakıya gedən sərnişinlər burada yoxlandıqdan sonra ictimai nəqliyyata buraxılır. İdarənin əməkdaşları bir neçə marketdə reydlər aparıb, satıcı və müştərilərə tapşırıq və tövsiyələr verilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.”HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.
Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.
Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.
Başqa sözlə, "xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:
1. Belarus – vizadan azaddır/ 90 gün
2. Gürcüstan – vizadan azaddır/ 360 gün
3. Qazaxıstan – vizadan azaddır/ 90 gün
4. Qırğızıstan – vizadan azaddır
5. Moldova – vizadan azaddır / 90 gün
6. Özbəkistan – vizadan azaddır /90 gün
7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün
8. Tacikistan – vizadan azaddır /90 gün
9. Ukrayna – vizadan azaddır /90 gün
10. Bahamas – vizadan azaddır/ 90 gün
11. Banqladeş – aeroportda viza / 30 gün
12. Barbados – vizadan azaddır/28 gün
13. Bolivia – aeroportda viza/e-viza/90 gün
14. Bosniya və Hersoqoviniya – vizadan azaddır/ 90 gün
15. Kamboca – aeroportda viza /e-viza/30 gün
16. Cape Verde – aeroportda viza
17. Kolumbiya – vizadan azaddır/ 90 gün
18. Komor – aeroportda viza/ 45 gün
19. Ivory Coast – əvvəlcədən qeydiyyatla
20. Kuba – turist kartı ilə/30 gün
21. Djibouti – e-viza
22. Dominik – vizadan azaddır/ 21 gün
23. Ekvador – vizadan azaddır/ 90 gün
24. Efiopiya – e-viza
25. Qabon – e-viza
26. Qvineya-Bissau – aeroportda viza/e-viza/90 gün
27. Haiti – vizadan azaddır/ 90 gün
28. Hindistan – e-viza
29. İndoneziya – vizadan azaddır/ 30 gün
30. İran – vizadan azaddır/ 14 gün
31. Yamayka – aeroportda viza
32. İordaniya – aeroportda viza
33. Laos – aeroportda viza/ 30 gün
34. Livan – aeroportda viza/ 30 gün
35. Lesotho – e-viza/ 14 gün
36. Macao – aeroportda viza/ 30 gün
37. Makedoniya – vizadan azaddır/ 90 gün
38. Malayziya – vizadan azaddır/ 30 gün
39. Maldivlər – aeroportda viza/ 30 gün
40. Marşal adaları – aeroportda viza/ 60 gün
41. Mavritaniya – aeroportda viza
42. Mauritius – aeroportda viza/ 60 gün
43. Mikroneziya – vizadan azaddır/ 30 gün
44. Çernoqoriya – vizadan azaddır/ 90 gün
45. Mozambik – aeroportda viza/ 30 gün
46. Namibiya – vizadan azaddır/ 90 gün
47. Nepal – aeroportda viza/ 90 gün
48. Nikaraqua – aeroportda viza/ 30 gün
49. Oman – e-viza
50. Palau – aeroportda viza/ 30 gün
51. Fələstin – vizadan azaddır
52. Qətər – vizadan azaddır/ 30 gün
53. Ruanda – aeroportda viza/e-viza/30 gün
54. Samoa – aeroportda viza/ 60 gün
55. Serbiya – vizadan azaddır/ 360 gün
56. Seyşel adaları – turist qeydiyyatı /30 gün
57. Somali – aeroportda viza/ 30 gün
58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün
59. Sent Vinsent və Qrenadalar – vizadan azaddır/ 30 gün
60. Timor-Leste – aeroportda viza/ 30 gün
61. Toqo – aeroportda viza/ 7 gün
62. Türkiyə – vizadan azaddır/ 30 gün
63. Tuvalu – aeroportda viza/ 30 gün
64. Uqanda – aeroportda viza/ e-viza
65. Vanuatu – vizadan azaddır/ 90 gün
66. Vyetnam – e-viza /day.az
“Virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Qulam İshaqzai qeyd edib ki, pandemiya ilə mübarizə fonunda lazımi yardımlar göstərilir və sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə müvafiq müzakirələr aparılır:
“Azərbaycanda və bütün dünyada məlum təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər yaşanıb. Lakin biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq. Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlərə hər birimiz kiçik addımlarla töhfə verə bilərik ”. yenicağ.az
Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə, sərt karantin rejimi yenidən 2 həftəlik uzadıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşi Paşazadə bildirib ki, yumşalmalardan sonra ortaya çıxan statistika heç də ürəkaçan deyil:
"Çünki bəzi insanlarımız yumşalmalardan sonra sanki bu virus yoxmuş kimi davranmağa başladılar. Dayanacaqlarda, avtobuslarda, marketlərdə və insanların sıx toplaşdığı digər iaşə obyektlərində qoruyucu tibbi maskalardan istifadə etmədən hərəkət etdilər. Çünki insanların sıx toplaşdığı bu yerlərdə virus daha sürətlə yayılır. Bu gün markletlər insanların gündəlik ərzaq təlabatını ödədiyi üçün vətəndaşların ora axını daha çox olur. 2 həftəlik sərt karantin rejimi zamanı digər iaşə oybyektlərindən fərqli olaraq müəyyən qaydalar qorunmaqla marketlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Təəssüf ki, marketlərdə həmin qaydalara əməl edilmir. Kassaların qarşısında sosial məsafə qorunmur, insanlar maska və əlcəkdən istifadə etmədən marketlər daxil olur, girişdə heç bir dizenfeksiya qaydalarına əməl edilmir, açıq şəkildə satılan qida məhsullarına hər kəsin toxunmasına icazə verilir. Düzdür, bu virus ölkəmizdə yeni yayılmağa başladığı zaman müəyyən qədər açıq satılan qidalar izyolasiya olundu və insanların toxunmasına icazə verilmədi. Sadəcə əlcəkdə özləri toxunurdu. Təəssüf ki, sonrakı dövrdə bu qaydalara əməl edilmədi. Düşünürəm ki, marketlərin fəaliyyəti ilə bağlı qoyulan qaydalara tam əməl edilməlidir. Çünki Operativ Qərargahın qoyduğu qaydaların hər biri insanlarımızın sağlamlığının qorunmasına xidmət edir.
Qoyulan qaydalara əməl edilmədiyinə görə son həftələrdə gündəlik koronavirusa yoluxan və ölənlərin sayı çoxaldı. Hətta dünən yoluxanların sayı 590-a qədər yüksəldi. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Amma təəssüf ki, yenə də karantin rejimin qaydalarına əməl etməyən insanlarımız var. Məhz buna görə də bu gün karantin rejim bir az da sətləşdirilməsi barədə qərar verildi. Hazırda bütün dünya bu xəstəliklə mübarizə aparır. Eləcə də Azəbaycan. Dövlət tərəfindən bütün lazım olan addımlar atılır, qərarlar verilir. Bu məsələdə insanlarımızın sosial məsuliyyətini dərk etməsi vacibdir. Təəssüf ki, hələ də bu xəstəliyin varlığına inanmayan insanlar var. Bunu hər hansı oyun hesab edirlər. Amma bu xəstəlik mövcuddur və çox təhlükəlidir. Tək özümüz üçün deyil, yaxınlarımız və bütün cəmiyyət üçün məsuliyyətli olmalıyıq. Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, tələb olunan sosial məsafəni qorumalı və sanitar-gigyenik qaydalara riayət etməlidir. Qaldı ki, sərt karantin rejimin 2 həftə yenidən uzadılması bu barədə danışmaq hələlik tezdir. Hər şey gündəlik yoluxma dinamikasından asılı olacaq. Operativ Qərargah yoluxanların sayını və mövcud vəziyyəti analiz edib lazım olan qərarı verəcəkdir".