|
Qərara əsasən, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.
İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.
Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.
Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.
Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi və digər qanunlara uyğunlaşdırma xarakterli təklif edilən dəyişikliklər, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında”, qanuna dəyişiklik edilməsi, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi(I oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi haqqında qanun layihəsi (l oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” layihə, “Quru limanlar haqqında” hökumətlərarası sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanun layihəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihələri və hökumətlərarası bir neçə sazişdir.
Bu barədə Avtosfer.az-a izləyicilər videomaterial göndəriblər. Belə ki, Gəncə və Ağdam rayonlarının girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq.
Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.
Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.
Ədliyyə Nazirliyi xəbər verir ki, Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.
"Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.
Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.
Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Yol-xeber.az “Report” -a istinadən xəbər verir ki, V.Kərimli bu barədə Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində qonaq olarkən bildirib.
BNA rəsmisi deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:
“Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur”.
V.Kərimli təmsil etdiyi qurumun atdığı addımların beynəlxalq tələblərə uyğun olduğunu əlavə edib:
“Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Sadəcə bir daha vurğulamaq istərdim ki, hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir.
Bakı Nəqliyyat Agentliyi (BNA) iki ildir Beynəlxalq İctimai Nəqliyyat üzrə Assosiasiyaya (UITP- International Association of Public Transport) üzvdür və onlarla sıx əlaqədə bu koronavirusun ən çox yayılan ölkələrdəki təcrübəsi analiz olunur. Ona uyğun qlobal təcrübə lokallaşdırılır və yerli mentalitetə görə uyğunlaşdırılır. Yenə də bu dövlət tərəfindən atılan addımlardır. Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda həm ictimai nəqliyyatda, həm də küçələrdə-parklarda gəzməyək”.
BNA rəsmisi qanunsuz parklanmaya görə cərimələnmənin ləğv edildiyini də söyləyib:
“Mən sizə bir fakt deyim. Biz bu məsələ ilə əlaqədar olaraq Bakı şəhərində parklanmaya qarşı müəyyən tələbləri azaltmışıq. Artıq sadəcə o kameralardan müşahidə istiqamətində istifadə olunur. Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sırada nəqliyyat vasitələri dayanır və 4-5 şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil.
Burada bir məqam var. Mən istərdim onu vurğulayım. Atılan bu addımlar zərurət doğuran addımlardır. Dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat bundan çox böyük ziyan görür. əm maliyyə cəhətindən, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi cəhətindən. Bu bayram tətili olaraq qəbul edilməməlidir. Bu dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq sosial izolyasiya insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımz, eyni dərəcədə özümüz də baxışımızı bir az dəyişdirməliyik. Bu bayram tətili deyil. Bu sırf sosial izolyasiya istiqamətində aparılan tədbirlərdir”.
Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirlərinin tam yerinə yetirilməsi üçün paytaxtda üzərimizə düşən bütün vəzifələr icra olunmaqdadır. Yol-xeber.az xəbər verir ki, bu məqsədilə paytaxtda koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlar tərəfimizdən müəyyən olunduqda profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi müəyyən olunduqda onlar da tövsiyələrə uyğun olaraq, vəziyyət onlara izah olunmaqla toplaşdıqları yerdən uzaqlaşdırılır.
Yalnız bir halda qadağalara məhəl qoyulmadıqda qanunvericliyə uyğun olaraq, tədbirlər görüləcəkdir. Xüsusi təyinatlı avtomobillər vasitəsilə bütün küçə və prospektlərdə, məhəllədaxilli yollarda əhaliyə xəbərdarlıqlar edilir.
Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, qərarların anlayışla qarşılanmasını, tələb və tövsiyələr əməl etməyi xahiş edirik.
Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda deyilir:
"Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər.
Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.
Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.
Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.
Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.
Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.
Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.
Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq".
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.
Sazişə əsasən, tərəflər “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq öhdəliyini götürüb.
Eyni zamanda sazişdə tərəflərin içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq öhdəliyi öz əksini tapıb.
Həmçinin sazişdə tərəflərin götürdüyü öhdəlikləri arasında Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərməsi də yer alıb.
Bu rejimə daxil olan qaydalardan biri də ictimai iaşə müəsisələrinin saat 12:00-dan 15:00-dək çalışmasıdır.
Qaydalara nə dərəcədə əməl olunduğunu araşdırmaq məqsədilə Baku TV-nin əməkdaşları şəhərin müxtəlif kafe və restoranlarında müşahidələr aparıb.
Ətraflı videomaterialı təqdim edirik: