|
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.
Yol-xeber.az xəbər verir ki, gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonunun bir sıra küçə və prospektlərində postlar qurulub. Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.
Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.
Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
Yol-xeber.az xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ciddi yoxlanılır.
Xüsusi rejimlə əlaqədar sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Xidmətdən verilən xəbərə görə, müraciətdə çağırışçılar koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırılır.
Müraciətdə deyilir:
“Əziz çağırışçılar!
Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb.
Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.
Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”
Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir”.
aksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər. Yol-xeber.az-ın Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılıb: "Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək".
N.Allahyarova bildirib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib. Vəziyyətdən sui istifadə etmək istəyən şəxlərə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.
Cəlilabad Rayon Polis Şöbəsi karantin günlərində yaşlı və imkansız insanlara yardımlarını davam etdirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” aksiyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı yardım tədbirlərini davam etdirirlər.
Bu dəfə daha 30 ailəyə baş çəkib, onları sevindiriblər. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələr gətirib, onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
"Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz". Yol-xeber.az-ın verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".
Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".
Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən izolyasiya tədbirləri zamanla daha da sərtləşdirilir. Belə ki, zəruri fəaliyyət növləri ilə məşğul olmayan şəxslər yaşayış yerini tərk etmək üçün artıq icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir.
Bəs sosial təcridetmə ilə bağlı görülən işlər ictimai nəqliyyatda sıxlığa necə təsir edib?
Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, virusa qalib gəlmək üçün bu tədbirləri mütləq həyata keçirməliyik:
"İzolyasiya tədbirləri çərçivəsində metro tamamilə bağlandı, hazırda əsasən avtobuslar fəaliyyət göstərir. İctimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırmaq isə mümkün deyil. Çünki elə peşə sahibləri var ki, onlar mütləq işə getməli, fəaliyyət göstərməlidirlər. Fəaliyyəti zəruri olan peşə sahiblərinin hərəkətinə dövlət tərəfindən də icazə verilir. Bu mühüm sahələrə ərzaq məhsullarının istehsalı, kommunal sahədə fəaliyyət göstərən qurumlar, xəstəxanalar, marketlər və s. daxildir. Bu şəxslərin işə getməsi üçün ictimai nəqliyyatın fəaliyyəti zəruridir".
Ekspertin sözlərinə görə, son zamanlar tətbiq olunan izolyasiya tədbirləri sayəsində ictimai nəqliyyatda sıxlığın tamamilə aradan qalxdığının şahidi oluruq:
"Həmçinin nəinki ictimai nəqliyyatda, iri küçə və prospektlərdə də ümumiyyətlə, nəqliyyatın tək-tək hərəkət etdiyi görünür. Virusun hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq yoluxmanın qarşısını almaq üçün bu tədbirlərin həyata keçirilməsinin vacib olduğunu qeyd edə bilərik. Eyni zamanda, insanların sıx yerlərdə, ictimai nəqliyyatda az sayda olması, virusa yoluxmasının qarşısını ciddi şəkildə alacaq. Buna görə də, avtobuslarda insanların sayının barmaqla sayılacaq qədər olması, müsbət hadisə kimi qiymətləndirilməlidir. Bu, müvəqqəti çətinlikdir və izolyasiya tədbirləri ilə biz bu bəladan birlikdə qurtulacağıq".
Qafqazinfo xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O bildirib ki, vətəndaşlar küçəyə çıxma səbəbini seçərək icazə alıb evdən çıxır:"Harada yaşayıb, harada qeydiyyatda olmağın heç bir əhəmiyyəti yoxdur. Polis əməkdaşı vətəndaşı küçədə saxlayarkən görsə ki, Yasamal rayonunda qeydiyyatdadır, amma indi Xətai rayonundadır. Bu zaman vətəndaş Xətai rayonunda yaşadığını və qaldığı ünvanı bildirir".
Ə.Baqişev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan qorunmaq üçün insanlara tibbi maskadan istifadə etməyi tövsiyə edir: "Bu tövsiyələr polis əməkdaşları tərəfindən vətəndaşlara çatdırılır. Maskasız gəzən vətəndaş cərimə olunmayacaq".
Ülvi Quliyev ''Səbr edək, sabahımız dünəndən yaxşı olsun'' başlığı altında video yayımlayıb. O videoda əhalini evdə qalmağa səsləyərək, gücün birlikdə olduğunu deyib.