Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir?
Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan yaşlı insanlar müşahidə edilir. Bəs belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:

“Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədini güdür. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır”.

O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi deyib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq:

“Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar”.

Xüsusi karantin rejimində bu şəxslərin Bakıya girişinə icazə veriləcək

“Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək”.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

O, rayon qeydiyyatında olub Bakıda işləyənlər və hazırda rayonda olanların paytaxta geri dönməsi ilə bağlı vəziyyəti də şərh edib:

“Yəqin ki, rayon qeydiyyatında olub, Bakıda elə bir sahədə, strateji obyektdə işləyənlər var ki, onların şəhərə girişi tənzimlənəcək. Amma strateji əhəmiyyətli işlərdə çalışmayan şəxslər xüsusi karantin rejimi başa çatanadək gözləməli olacaqlar. Bütün bu addımların məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunmasıdır”.

Mətbuat xidmətinin rəisi bildirib ki, bəzi sahələrdə işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması şəhərə girişdə qurulan postlarda müəyyən ediləcək:

“Bu səbəbdən hər bir vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən və harada işləməsini müəyyən edən sənədlər olmalıdır”.

“Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək”.

"Ölkə.Az" bildirir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

O, rayon qeydiyyatında olub Bakıda işləyənlər və hazırda rayonda olanların paytaxta geri dönməsi ilə bağlı vəziyyəti də şərh edib:

“Yəqin ki, rayon qeydiyyatında olub, Bakıda elə bir sahədə, strateji obyektdə işləyənlər var ki, onların şəhərə girişi tənzimlənəcək. Amma strateji əhəmiyyətli işlərdə çalışmayan şəxslər xüsusi karantin rejimi başa çatanadək gözləməli olacaqlar. Bütün bu addımların məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunmasıdır”.

Mətbuat xidmətinin rəisi bildirib ki, bəzi sahələrdə işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması şəhərə girişdə qurulan postlarda müəyyən ediləcək:

“Bu səbəbdən hər bir vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən və harada işləməsini müəyyən edən sənədlər olmalıdır”.

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə
Bakı metrosundan istifadə edənlərin sayı əvvəlki günlərə nisbətən azalıb.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Metropolitenin də "Evdə qal" şüarı var:

"Artıq bir neçə gündür ki, yeni qaydalara görə, regionlardan Bakıya rayon qeydiyyatlı şəxslərin girişi müvəqqəti dayandırılıb və bu da metrodan istifadə edənlərin sayına təsir göstərib. Əlavə olaraq, Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunur. Bizim #evdəqal şüarımız var və biz bu şüarla insanları evdə qalmağa dəvət edirik".

B.Məmmədov əlavə edib ki, insanlar arasında məsafəni nə qədər çox saxlasaq, bir o qədər koronavirusa yoluxma riskini azaltmış olarıq:

"Ona görə də tövsiyə olunur ki, metrodan istifadə mümkün qədər az olsun".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Rejim qaydalarına uyğun olaraq sərnişinlərə metrodan istifadənin minimuma endirilməsi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə edilib.

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə — MÜRACİƏT

Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək
Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib.

Bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb.

Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir
Nazirlər Kabinetinin yanında operativ qərargahın KİV nümayəndələri üçün brifinqi keçirilir.

Oxu.az məlumatına verir ki, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iştirak edir.

Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirildi
Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.

Bu barədə ''Yol-xeber.az''-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. 

Belə ki, sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu
Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib. 

Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.

Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı
Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Həmin müddətdə Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

İctimai iaşə müəssisələrində xidmət vaxtı üç saata endirildi
Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunacaq.

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Qərara əsasən ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

BNA yeraltı qarajlarda dezinfeksiya aparıb
Avtomobil qarajları xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib

COVİD-19 virusunun yayılmasının qarşısını alınması məqsədi ilə şəhər nəqliyyatında da qabaqlayıcı tədbirlər davam etdirlir. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yol-xeber.az-a bildirib ki, müntəzəm marşrut xətləri ilə yanaşı vətəndaşların istifadə etdiyi nəqliyyat infrastrukturlarında da dezinfeksiya işləri aparılır. Bu çərçivədə "Azadlıq" meydanı, eləcə də Mirzəağa Əliyev və Məhəmməd Füzuli küçələri arasındakı yeraltı avtomobil qarajları da xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib.

Xəbər lenti