![]() |
|
İkihəftəlik sərt karantin rejiminin şərtləri açıqlanıb.
Bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib.
Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir.
Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.milli.az
Eyni zamanda, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq bərpa üzrə xidmətlər (tibbi xidmətlər istisna), mədəniyyət obyektləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti də məhdudiyyətə daxildir. Otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər də qadağandır.
Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərin təşkili, tədbirlərin təşkili üzrə xidmətlər, təhsil müəssələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdə artıq qrupda cəmləşməklə bağlı qadağalar qüvvədə qalır.
Xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonları üzrə xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə çərçivəsində bütün imkanlardan maksimum istifadə edir:
“Peyvəndin hazırlanması ilə bağlı hələ heç bir dəqiq informasiya yoxdur. Vətəndaşlarımız əmin ola bilər ki, virus əleyhinə peyvənd əldə olunarsa, Azərbaycan peyvəndi əldə edən ilk ölkələrdən olacaq”.oxu.az
“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib: “Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.
Binəqədi rayonunda qayda pozan sürücülərin görüntülərini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. İyunun 17-i paytaxtın Binəqədi şossesində hərəkət edən 90-VU-305 qeydiyyat nişanlı "Hyundai" markalı və 90-AP-878 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri və bir moped sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət ediblər.
İddia olunur ki, 90-VU-305 qeydiyyat nişanlı avtomobilin sükanı arxasında polis əməkdaşı olub.
Ötən həftənin sonlarında karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülərlə bağlı araşdırmalar davam edir. Bu barədə Yol-xeber.az-a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.
Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib. Kamran Əliyev onu da əlavə edib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirirlir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.
“Sərt karantin rejimi tətbiq olunan ərazilərdə çimərliyə getmək qadağan ediləcək”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Qeyd edək ki, ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.
“İki həftəlik sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmayacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
O bildirib ki, Bakı metrosu ilə yanaşı, digər ictimai nəqliyyat vasitələri də işləyəcək:
“Bu istiqamətdə heç bir məhdudiyyətin tətbiqi gözlənilmir”.oxu.az
“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı min dollara qədər artırılıb: “Hətta sizə deyim ki, Hindistanda polis karantin rejimini pozan vətəndaşlara dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. İnsanlar artıq vəziyyətin ciddiliyini dərk etməlidirlər. Yadınızdadırsa ötən çıxışlarımda demişdim ki, hər kəs ətrafına baxsa, koronavirusa yoluxmuş ən az bir insan görə bilər. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bunu deməkdə məqəsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.
R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var: “Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməmiş, ad günü məclisində, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.oxu.az
"Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq".
Report xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”, - o deyib.
Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.
Report xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o əlavə edib.