Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Ardını oxu...

Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

Axar.az xəbər verir ki, əvvəlcə Dövlət Gömrük Komitəsinin sri Səfər Mehdiyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.

Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.

DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Parlament “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupununun rəhbərlərinin seçilməsi” haqqında Milli Məclisin 2016-cı il 4 mart tarixli 161-VQR nömrəli qərarının 2,17 və 25-ci bəndələrinin yeni redaksiyada verilməsi haqda qərar verib.

Axar.az xəbər verir ki, Milli Məclisin 2016-cı il 4 mart qərarının yeni redaksiyada verilməsində məqsəd Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsidir.

Qərara əsasən, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişlidə inşa edilən 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, dekabrın 28-də yeni yaşayış binasında mənzillərin sənədlərinin təqdim olunması mərasimi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə mühüm tarixi nailiyyətlər qazandıran uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsi olaraq, respublikamızda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesləri, əldə olunan uğurlar, eyni zamanda, dövlətimizin sosial siyasətinin də ildən-ilə güclənməsi ilə müşahidə olunur.

Hidayət Abdullayev sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edib, hazırda mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, belə sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına xidmət edir.

Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatının xeyli güclənməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamına əsasən, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün cari ildə əlavə olaraq ən azı 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 626 mənzilin həmin insanların istifadəsinə verilməsinə imkan yaradıb.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən aparat rəhbəri, həmçinin bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib. O, şəhid ailələrinin üzvlərinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillə təmin edilmələri münasibətilə təbriklərini çatdırıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinə, dövlətin qayğısı ilə əhatə olunduqlarına, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillər verildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bakı küçələrinə quraşdırılmış tam avtomatlaşdırılmış kameralar parklanma qaydalarını pozanları qeydə almağa başlayıb.

Nəqliyyat eksperti Zamir Musayev Axar.az-a verdiyi açıqlamasında bildirib ki, bu texnologiya dünyanın inkişaf etmiş müxtəlif şəhərlərində geniş istifadə olunur.

“Bu, parklanma qaydalarının pozulmasının foto-videoqeydiyyatı adlanır. Kompüter-görmə sisteminə əsaslanan robotlaşdırılmış texnika nəqliyyat axınına sutka ərzində nəzarəti təmin etmək, qayda pozuntularını qeydə alarkən yol polisi müfəttişi ilə ünsiyyəti aradan qaldırmaq vəzifələrini icra edir”, - Musayev bildirib.

Musayev eyni zamanda qeyd edib ki, sözügedən sistemlər avtomobili əyri saxlayanları da qeydə alacaq:

“Sadə sözlə ifadə etsək, robot “dayanmaq qadağandır” işarəsinin yanında dayanan avtomobilin fotosunu çəkib yol hərəkəti qaydasının pozulması ilə protokol hazırlamaq üçün bazaya göndərir. Bir neçə dəqiqədən sonra avtomobil sahibinin mobil telefonuna cərimə olunması ilə bağlı bildiriş gəlir”, - ekspert deyib.

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə Report Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğız Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğız Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.

Məlumatda vurğulanır ki, ekstradisiya Qırğız və Azərbaycan Baş Prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.

Xatırladaq ki, A.Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Azərbaycan Qırğız Respublikası DGK-nın sabiq rəhbərinin ekstradisiyasına icazə verib.


Hər il daha da inkişaf edən, yenilənən Şahdağ Turizm Mərkəzi qış aylarında yerli və xarici turistlərin ən çox müraciət etdiyi məkanlardan biridir. Bu mərkəzdə yaşından asılı olmayaraq hər kəs üçün maraqlı əyləncələr təşkil edilir.

Axar.az Şahdağ Turizm Mərkəzində yerli və xarici turistlər üçün təklif edilən əyləncələrin qiymətini araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, “Şahdağ”da əraziyə giriş ödənişlidir. Buraya giriş kartı yarım gün üçün 25 manat, bütöv gün üçün isə 35 manatdır. Birinci yarım gün səhər saat 09.00-dan 13.00-a kimi, ikinci yarım gün 13.00-dan 15.00-a kimi davam edir. Bütöv gün üçün giriş kartı alanlar isə saat 20.00-a kimi əraziyə sərbəst daxil ola bilərlər.

“Şahdağ”a gələn turistlərin ən çox sevdiyi əyləncələrdən olan xizək üçün ödəniş 35 manatdır. Bu ödənişə yalnız xizək və ayaqqabılar əldə edə bilərsiniz. Xizək sürənlər üçün nəzərdə tutulan geyim dəsti əldə etmək istəyənlər isə hər biri üçün 10-15 manat civarında ödəniş etməlidirlər.

Uşaqlar üçün bu qiymət bir qədər fərqlənir. Böyüklərdən fərqli olaraq uşaqlara xizək üçün təklif edilən avadanlıqlar və geyimlər arasında təxminən 10 manata yaxın fərq var.

Turizm mərkəzində münasib qiymətə təklif olunan əyləncələrdən biri də kanatdır. 3 nəfərlik kanatlardan istifadə etmək istəyən turistlər 15 manat ödəniş etməlidirlər.

Digər əyləncələr kimi, kanatda da uşaqlar üçün endirim nəzərdə tutulub. Belə ki, 7-11 yaş arası uşaqlar üçün 10 manat nəzərdə tutulsa da, 6 yaşlı uşaqlar üçün bu əyləncə pulsuzdur. 6 yaşdan aşağı uşaqlar üçün isə giriş qadağandır.

Turistlər üçün təklif olunan digər əyləncə isə qar izi maşınında gəzintidir. Bu əyləncədə axşam saat 06.00-da ərazidə gəzinti nəzərdə tutulub. Qar izi maşını ilə gəzintinin yarım saatı 25 manat, 1 saatı isə 35 manatdır.

Onu da qeyd edək ki, hazırda “Şahdağ”da olan əyləncələrin hamısı açıq deyil. Buraya istirahətə gələn turistlər mərkəzdə yalnız 4-5 əyləncədən istifadə edə bilərlər.

Sabahdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.

Ardını oxu...

Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə qarşı müvafiq cəza tədbirləri görüləcək.

Qafqaz Müsəlmanları İdarəsindən Axar.az-a verilən məlumata görə, bu barədə Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısında qeyd edilib.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verilib ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan deyib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur:

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb.

Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli və Ülvi Quliyev olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili və Sevinc Fətəliyevadır.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov və Əflatun Amaşov olub.

Aqil Aslan qeyd edib ki, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli və Qənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar.

Xəbər lenti