Dünən aldığım xəbər məni dəhşətə saldı.

Axar.az xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsi ilə bağlı İnstaqram səhifəsində yazıb. O, hər zaman Fuad Abbasovu dəstəklədiyini bildirib:

“Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorçudur? Nə edib axı? Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular, yerin dibinə giriblər? Niyə belə oğullara sahib çıxmırlar? Diaspor deyirlər, hanı o diaspor? Niyə Azerbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib?”

M.Mənsimov qeyd edib ki, millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir:

“Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi. Niyə susuruq, niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm ki, Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”

Bu gün və sabah Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu ASC-dən Axar.az-a verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22-də Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrinə su fasilələrlə veriləcək.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Paytaxtın Nəsimi rayonu 20 Yanvar küçəsi 237/241 ünvanında yerləşən bu beşmərtəbəli yaşayış binasının divar hissəsinə vurulan şiferlər sakinlər üçün təhlükə yaradır.

Ardını oxu...

Son dövrlər bəzi siyasi şərhçilərimiz açıqlamalarında Qarabağdakı separatçı rejimlə Ermənistan münasibətlərindən bəhs edərkən, “Xankəndi-İrəvan” ifadəsini səsləndirirlər. Bəzi ziyalılarımızın fikrincə isə bu yanaşma doğru deyil. Onlar hesab edir ki, Xankəndinin tanınmış bir rejimin, respublikanın paytaxtı kimi ayrıca işlədilməsi düzgün deyil.

Axar.az məsələ ilə bağlı ziyalı və politoloqların mövqeyini öyrənib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı düşünür ki, separatçı rejimdən danışarkən “Xankəndi” sözündən istifadə qəbuledilməzdir:

“Qondarma qurumla bağlı “Xankəndi” sözünü deyiriksə, biz bu rejimi sözdə tanımış oluruq. Ona görə də separatçı rejimdən danışanda belə işlətdiyimiz ifadələrə diqqət yetirməliyik. Hesab edirəm ki, “Qondarma Dağlıq Qarabağ Respublikası” əvəzinə kiçik hərflərlə “dqr” yazıla bilər. Azərbaycan Ordusunun zabiti Ramin Səfərov əsgərlikə olanda macar bir müəllifin kitabını tərcümə etmişdi. Həmin kitabda qeyd olunnurdu ki, komanda üzvləri bir-birlərini təhqir etmək istəyəndə adlarını balaca hərflərlə yazırdılar. Hesab edirəm ki, bu da bir mövqedir, münasibətdir. Yəni vətəndaş münasibətini göstərmək üçün kiçik hərflə də yazıla bilər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Stepanakert yox, Xankəndi deyildiyinə görə, bu, o qədər də böyük problem deyil:

“Məsələnin bir hüquqi tərəfi var, bir də real tərəfi. Hüquqi baxımdan əlbəttə ki, biz separatçıları tanımırıq. Amma reallıq bundan ibarətdir ki, torpaqlarımız işğal altındadır və işğala həmin rejim nəzarət edir. Bunu görməzlikdən gələ bilmərik. “Xankəndi” demək bizim həmin rejimi tandığımız anlamına gəlmir. Məsələn, mən “Xankəndi” yazıram, onların dediyi kimi “Stepanakert” adlandırmıram. Xankəndi o deməkdir ki, orada bir separatçı rejim var, topraqlarımızı işğal altında saxlayır”.

Arzu Nağıyev də Xankəndinin separatçı rejimin mərkəzi kimi ayrıca təqdim edilməsinə qarşı olduğunu söyləyib:

“Birmənalı şəkildə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğuna görə separatçı rejimdən bəhs edərkən heç vaxt “Xankəndi” sözündən istifadə etmirəm. Çünki mən Qarabağa tək bir anlayış kimi baxıram”.

Dövlət Gömrük Komitəsi balansında olan istifadəsiz qalmış 48 ədəd avtomobilin satılması üçün hərraca təqdim edib.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 18 iyun tarixində hərrac təşkil edib.

Komitə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Onlar arasında 1990-cı illərə aid avtomobillərlə yanaşı, 2004-cü il istehsalı olan maşınlar da var.

Hərraca “Nissan Maksima”, “Nissan Sanni”, “Mitsubişi L-200”, “Daevoo Leqanza”, “Daevoo Neksia”, “Hunday Aksent”, “Hunday Elantra”, “Hunday Sanata”, “Hunday Xoros”, “Ford Fokus”, VAZ-21214, UAZ-3153, “Tofaş Kartal SLX”, “Şevralet” və “Şevralet Niva 2123L” markalı avtmobillər təqdim edilib.

Avtomobillər arasında ən yüksək qiymətə təqdim edilən avtomobil 2004-cü ilin “Nissan Maksima”sıdı ki, müəyyən edilən ilkin start qiyməti 6000 manatdan başlayır.

Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

“Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir”.

Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

“Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur”.

A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

“Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz”.

Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızdan imtina edilməsi uşaqların ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumasına səbəb olacaq. Dərs yükünün azaldılması əvəzinə kitab kağızının qramının azaldılması olduqca gülüncdür.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin dərsliklərin çəkisinin yüngülləşdirilməsi, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilməsi ilə bağlı verdiyi tapşırıqları şərh edərkən deyib.

Ekspert bildirib ki, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilib daha az qrama malik kağızdan istifadə heç nəyi dəyişməyəcək. O bildirib ki, bununla məktəblilərin dərs və çanta yükünü azaltmağı hədəfləyiblərsə, bu çox gülməlidir:

“Belə kosmetik işlərlə heç nəyə nail olmağın mümkün olmadığını başa düşmürlər. Kağızın qramının azaldılası ilə başqa bir problem yaranacaq. Bundan sonra uşaqlar ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumalı olacaqlar. Şagirdlərə yorucu və əlavə materialların yüklənməsi az imiş, indi də keyfiyyətsiz kağızda çap olunan dərsliklər gələcək.

Əvvəla, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, alternativ dərsliklərin yaradılması məsələsi sürətlənməlidir. İkincisi isə tədrisdə olan dərsliklərdə şagirdləri yoran materialların çıxarılması və dərsliklərin birbaşa fənn müəllimləri tərəfindən yazılması təmin olunmalıdır. Problem dərs yükünün ağır olmasındadır.

Ümumtəhsil dövlət standartlarında da göstərilir ki, ağırlaşdırıcı materiallar və məlumat yönümlü materiallarla dərsliklərin yüklənməsi yolverilməzdir. Hazırda dərsliklərin ən böyük problemi belə materiallarla dolu olmasıdır”.

E.Qafarovun sözlərinə görə, dərslik çapında rəqabət də olmadığı üçün problem həllini tapmır:

“Rəqabət olsa, dərsliklərlə bağlı vəziyyət bu qədər acınacaqlı olmaz. Mən sosial şəbəkədə tez-tez canlı yayımlar açaraq nazirliyə təkliflər verirəm. Həmçinin rəsmi qaydada müraciət də etmişəm, təkliflər vermişəm. Ancaq təəssüflər olsun ki, nazirlik təklifləri dinləmir və konkret olaraq onlar təhsil işçiləri ilə işləmirlər. Bu səbəbdən də dərs yükünün azaldılması dedikdə onlar proqramın ağırlığını nəzərə almaq əvəzinə, çantanın ağırlığı, kitabların vərəqinin qramını azaltmağı hədəfləyirlər”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılmalıdır ki, yük də azalsın. Kitablarda əlavə, lazımsız mövzulara ehtiyac yoxdur:

“Əslində məktəbli çantasının ağır olmasına 4 amil təsir göstərir ki, onlardan biri çantaya qoyulan dərsliklər, ikincisi isə köməkçi və əlavə dərs vəsaitləridir.

Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm reallığı əks etdirmir. Çəki bundan da artıq ola bilir.

Kitabın yüngülləşdirilməsi müxtəlif formada həyata keçirilə bilər:

1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər ki, bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. Yəni yükün azaldılması üçün dərslik kağızının qramının azaldılması doğru yol deyil.

2. Dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması ola bilər ki, bundan da ümumiyyətlə istifadə etmək olmaz. Çünki onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər.

3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi ola bilər ki, bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxar.

Dəsrliyin çəkisinin azaldılması istiqamətində atılması ən zəruri addımlardan biri dərsliklərin hər bir şagirdə iki nüsxədə verilməsidir. Bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qoymaq üçün. Bununla şagirdlər çantalarında dərslik daşımayacaq.

Ancaq ən əsas addım dərsliklərdə təkcə lazımi məlumatlar, biliklərin yazılmasıdır. Dərsliklərdə əlavə, lazımsız mövzulara ehtiyac yoxdur. Proqram yüngülləşdirilməlidir. Ağırlaşdırıcı, qavraması çətin olan və ən əsası o qədər də əhəmiyyəti olmayan, vacib hesab edilməyən proqramlar dərsliklərdən çıxarılmalıdır ki, kitab yüngülləşsin”.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib:

“Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".

Güclü külək İsmayıllıda ağacları kökündən çıxarıb

 

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Nazirliyin rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”, - deyə bildirilib. 

 


 

Prezidentdən 20 milyonluq sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gəncədə çay evində dava, polis xəstəxanalıq oldu

Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb. 

"Qafqazinfo" xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti