Rusiyanın “Krılya Sovetov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov futbolçu karyerasına son qoymaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə futbolçu TASS-a müsahibəsində deyib.

“Mən hələ bilmirəm klubla müqaviləmi uzadacam, ya yox. Mənin burda hər şey xoşuma gəlirdi. Görək bundan sonra nə olacaq. Hazırda mən müalicə almaq istəyirəm”, - 34 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, ötən il keçirilən Dünya çempionatından sonra Səmədov Rusiya millisindən getdiyini açıqlamışdı.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın böyük ölkələri təkcə hərbi deyil, texnoloji silahlardan da istifadə edirlər. Xüsusən kiberhücum məsələsi çağdaş dünyada önəmli savaş alətinə çevrilib. Bəzən kiberhücum vasitəsilə bir dövlətin hətta ən məxfi xüsusi xidmət orqanını da çökdürmək olur.

Axar TV-nin hazırladığı dünyanı şoka salan 10 ən güclü haker haqda çarxı təqdim edirik:


Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistanın hərbi hissələrindən birində növbəti dəfə əsgər ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə naziri Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb: “Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrində 1999-cu il təvəllüdlü kiçik çavuş Ararat Simonoviç Xeçumyan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”.

Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı verib.

 

Yazıçı Anar AYB-nin binasındakı gecə klubu haqda:

Xəbər verdiyimiz kimi,  Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb. Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin  katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki,  sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib, eyni zamanda gecə klubunda striptiz şouların nümayiş etdirilməsi ilə bağlı xəbərləri şərh edib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe fəaliyyət göstərirdi.  Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.


İsfahanda qadınların velosiped sürməyi qadağan edildi

İranın İsfahan şəhərində qadınların ümumi məkanlarda velosiped sürməyi qadağan edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərara riayət etməyənləri cəza gözləyir. Belə ki, şəhər mərkəzində velosiped sürən qadınlara əvvəlcə xəbərdarlıq ediləcək və velosipedləri əllərindən alınacaq. İkinci dəfə bu hal baş verərsə, qanunla cəzalandırılacaqlar.

Qeyd edək ki, bu qərar mollaların və bəzi vətəndaşların qadınların velosiped sürmələrinə etirazından sonra qəbul edilib.

 

 

 

25 ildir itkin düşən azərbaycanlı tapılıb

Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov  bildirib ki, 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri qayıtmayan Yusif Nağıyev Vətənə yola salınıb.

Murad Cəfərovun sözlərinə görə, Yusif Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı.

“Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönüb. Mariupl şəhərindəki diaspor fəalımız Ayxan Hacıbəyliyə təşəkkürümüzü bildiririk. Onun sayəsində Yusif Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı”, - deyə UABD-nin sədr müavini bildirib.


Ramazanın 10-cu gününün

Ramazan ayının 10-cu günüdür.

“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, bu gün Bakıda imsak saat 03:43, iftar isə saat 20:05-dədir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver Öz yaxşılığınla, ey istək sahiblərinin son Qayəsi!"

Allah orucunuzu qəbul etsin!

İşgəncə etməkdə təqsirli bilinən Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib.

Həmin maddənin sanksiyası çərçivəsində cəzaçəkmə müddəti başa çatdığı üçün Əliqulu Ağamaliyevə cəza təyin edilməyib.

Qeyd edək ki, Əliqulu Ağaliyev Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham edilib.

Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb. Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib.

Əliqulu Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.

Həll yolları axtaran zaman həmin mövzuda hökumətin hansı səlahiyyətlərə sahib olduğuna diqqət etməliyik. Hökumət xarici siyasətdə hansı səlahiyyətlərə sahibdir? ABŞ-ın eks-prezidenti Barak Obama 19 dəfə görüş tələb etdi, ancaq hökumətin buna cavab vermək səlahiyyəti yox idi.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Məsələn, hökumət Məşhəddəki maliyyə və kredit təşkilatları üçün 30 trilyon tüməni (təxminən 7.5 milyard dollar) ödəməyə məcbur oldu, ancaq bu hökumətin deyil, bir hakimin işi idi. Bundan əlavə, hər hansı bir hakim ölkənin bir tərəfindən milyonlarla sosial şəbəkənin bağlanmasına hökm edə bilir”, - Ruhani bildirib.

Qeyd edək ki, İranda dövlətin xarici siyasətinin prioritetlərini ali dini lider müəyyən edir. Ölkədə ali dini lider tərəfindən ABŞ hökuməti ilə danışıqlar qadağan edilib.

 

Hava limanında avtomobil Merkelin təyyarəsinə çırpıldı

Dortmund hava limanında kansler Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb:

“Hökumətin təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətin nəqliyyat vasitəsi dayanacaqda olan “Global 5000” laynerinə çırpılıb”.

Kansler təyyarəsini dəyişərək Dortmunddan Müdafiə Nazirliyinin layneri ilə uçmalı olub. İnsident sürücünün maşını əl əyləcinə qoymağı unudaraq tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarədə olmayıb.

Xəbər lenti