![]() |
|
Sosial şəbəkələr yazılı mətbuatı sıxışdırır, bu, başadüşüləndir. Amma heç kim məsuliyyət hissini itirməməli və bundan sui-istifadə etməməlidir. Bu o demək deyildir ki, heç kim qəzet oxumur.
Axar.az xəbər verir ki, bu sözləri sabiq deputat Alqış Musayev sosial şəbəkədə qeyd edib.
O bildirib ki, qəzetlərin birində bir məqalə üç millət vəkilinin imzası ilə dərc olunub:
“Nə ilə rastlaşsam yaxşıdır? Bir il əvvəl qəzetlərin birində bir millət vəkilinin imzasıyla dərc olunmuş məqalə 6 ay əvvəl elə həmin qəzetdə başqa bir millət vəkilinin adıyla, bir neçə gün bundan əvvəl isə yenə həmin qəzetdə başqa bir millət vəkilinin imzasıyla dərc olunub. Biabırçılıqdır!”
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.
Trend-in məlumatına görə, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.
3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Binanın altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış doqquz ədəd elektrik sayğacı, üç ədəd elektrik açarı və 0.5 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.