![]() |
|
Yanvarın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.
Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.
Nazirlər Kabineti Dövlət Turizm Agentliyi kollegiyasının yeni tərkibini təsdiq edib.
Axar.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Dövlət Turizm Agentliyinin sədrinin müavini
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri
Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.
Paytaxtda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı şikayətlər gün keçdikcə artır. Adətən müştərilər bu şirkətlərin fəaliyyətindən narazılıq etsələr də, bu dəfə şikayətçi tərəf sürücülərdir. Sürücülər bildirirlər ki, qazandıqları məbləğdən faiz ödəməklə yanaşı, vaxtaşırı müştəriləri əldə etmək üçün şirkətdəki bəzi adamlar onlardan həftəlik 20-50 manat pul alırlar. Kim bu məbləği ödəmirsə, günlərlə sifariş də almır.
Taksi sürücülərinin sözlərinə görə, bu məbləği şirkət rəhbərliyinə aid olan şəxslərə deyil, əsasən, operatorlarla nəzarət edən şəxslərə ödəyirlər. İddiaya görə, bu hal bütün taksi şirkətlərinə aid olmasa da, sərnişinlərin tanıdığı tanınmış şirkətlərin əksəriyyətində belədir.
Məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu sahədə fəaliyyət göstərən özəl şirkətlərlə bağlı heç bir qanuni tənzimləmə olmadığına görə belə problemlərin yaşandığını deyib.
“Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin əksəriyyəti ilk vaxtlar işlərini normal şəkildə qursalar da, bir müddət keçdikdən sonra “başıpozuq” sistem işə düşür. Bu zaman nəinki keyfiyyətli xidmət, eyni zamanda, sürücülərin istismar edilməsi məsələsi də önə çıxır.
Hesab edirəm ki, bu xidmət sahəsi hansısa bir formada qanunvericiliyə uyğunlaşdırılmalı, onlarla əmək müqaviləsi bağlanılmalıdır. Çünki o şirkətlər sürücüləri istismar edərək, külli miqdarda pul qazanırlar. Bu xidmət heç bir formada rəsmiləşdirilmir, gəlir kimlərinsə cibinə gedir. Həmin şirkətlər vergi ödəyirmi, bu pullar hardan gəlir, hara gedir – bunun hesabatını aparmaq lazımdır.
Taksi şirkətləri ilə yanaşı, ayıq sürücü xidmətində də belə problemlər müşahidə olunur. Bunlar yeni xidmət növü olsalar da, fəaliyyətlərinin qanunvericiliklə nizamlanması üçün artıq zaman yetişib”, - E.Muradlı bildirib.
Ekspert taksi şirkətləri ilə bağlı müşahidə olunan digər şikayətlərdən də danışıb:
“Bəzən müştəri zəng edib taksi sifariş edir. Yarım saatdan sonra sürücü yığır ki, gələ bilmirəm, başqa müştərim var. Belədə sürücülər çox pul verən müştərinin dalınca gedirlər. Bəzi hallarda sürücülər sərnişinlərə qarşı nalayiq hərəkətlər edir, müştərini mənzil başına çatdırmır və ya işə istismara yararsız nəqliyyat vasitəsi ilə işə çıxır. Taksi şirkətləri pul qazanmağı bilirsə, xidmət, keyfiyyət məsələsinə də əməl etməlidir.
Şirkətlərin əksəriyyəti sürücüləri ayda-ildə bir dəfə, pul alıb-verəndə görür. Bir çox hallarda taksi şirkətləri heç maraqlanmır ki, sürücü qatı cinayətkardırmı, maşını hansı vəziyyətdədir, müştərini normal şəkildə aparıb ünvana çatdırdımı və s. Çox vaxt problemlərlə bağlı şikayət etmək istəyəndə “qaynar xətt” nömrələrinə zəng çatmır və ya şirkət şikayətlə bağlı ölçü götürmür”.
Ekspert hazırda bu sahədə xaos olduğunu vurğulayıb:
“Sürücülər 18 manat verib, BNA-dan fərqlənmə nişanı alır və taksi şirkətləri ilə işləməyə başlayırlar. Məsələ orasındadır ki, bu işin hesabı-kitabı yoxdur! Ona görə də işin keyfiyyətindən danışmaq olmur. Düşünürəm ki, bu xidmət sahəsi olduğuna görə məsələyə yaxın vaxtlarda baxılmalıdır. Bu sahəyə İnzibati Xətalar Məcəlləsi ilə bir əncam çəkmək olar. Hazırkı vəziyyətdə sənişinlər uzaqbaşı Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edə bilərlər. BNA həmin şəxslərə gələcəkdə fərqlənmə nişanı verməyə bilər. İndiki halda həmin şirkətləri məsuliyyətə cəlb etmək üçün inzibati metodlar yoxdur. Hesab edirəm ki, BNA hökumət qarşısında özəl taksi şirkətləri ilə bağlı təklif verməli və bu sahəyə nəzarəti gücləndirməlidir”.
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib.
Axar.az xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Ramil Usubov ötən gün Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasındakı məruzəsində deyib.
Nazir vurğulayıb ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq altıncı ildir ki, nəzərəçarpan azalma müşahidə olunur:
“Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib”.
Azercell Telekom MMC 2019-cu ildə də abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir.
Axar.az xəbər verir ki, “Azercell” bu dəfə ABC Content MMC ilə birgə reallaşdırdığı yeni "Azercell"dən Hədiyyəli Balans” adlı stimullaşdırıcı tirajlı lotereya ilə Sim-Sim abunəçilərini sevindirir. Kampaniya 24 yanvar - 29 dekabr 2019-cu il tarixləri ərzində keçiriləcək. Azercell abunəçiləri müxtəlif ödəmə üsulları ilə (Simkredit və Paycell istisna olmaqla) balanslarını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə boş SMS göndərməklə (SMS ödənişsizdir) lotereya iştirakçısı ola bilərlər.
Qeyd olunan müddət stimullaşdırıcı tirajlı lotereyaya qoşulan Sim-Sim abunəçiləri Azercell-dən xallar və hədiyyələr qazanma imkanı əldə edəcəklər:
- Hər gün 1000 AZN
- Hər ay 10,000 AZN
- 100 000 AZN-ə qədər SUPER HƏDİYYƏ
Hər bir iştirakçı www.hediyyelibalans.az internet səhifəsinə daxil olmaqla lotereyanın iştirak şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər. Qeyd edək ki, lotereyada yalnız 18 yaşına çatmış abunəçilər iştirak edə bilər.
Kampaniyaya qoşulun və “Azercell”dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı əldə edin!
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/hediyyelibalans/
səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Polisin əsas funksiyalarından olan cinayətlərin açılması 85,5 faiz təşkil edib. Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3794 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 11 faiz çox təqsirləndirilən şəxs tutulub. Bütövlükdə, axtarış işinin nəticələri 3,1 faiz yaxşılaşaraq 74,5 faiz təşkil edib.
Axar.az xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Ramil Usubov bu gün Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasındakı çıxışında deyib. Nazir bildirib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib:
“Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib. Ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib”.
Ötən gün axşam saatlarından ölkə ərazisində internetin verilişində problemlər yaranıb.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, ölkə ərazisində internetin kəsilməsi ilə bağlı quruma hər hansı bir şikayət daxil olmayıb.
“Sürətindəki problemlərlə bağlı da indi məlumat aldıq. Araşdırılacaq”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, ötən gündən başlayaraq, bəzi provayderlərin internet xidmətində kəsilmələr və zəif ötürülmələr müşahidə olunur. Xüsusilə “Ultel”də bu problem daha qabarıqdır.
Mobil operatorların internet xidmətində hələlik problem müşahidə olunmur.
Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra tezliklə Bakı və İrəvanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında bəyanatlar verilib.
Oxu.az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasovun fikrincə erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu iyunda baş verəcək.
“Novosti-Armeniya”yanın verdiyi məlumata görə digər rusiyalı politoloq Modest Kolerov Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O, hesab edir ki, anlaşma artıq mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki mövcuddur.
Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin “Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin Media.az-a müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib.
“Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var. Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”, - A.Duqin söyləyib.
Həmsöhbətin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub:
“O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcəkdir.
A.Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur.
“Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş, və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”, - deyə həmsöhbət fikrini tamamlayıb.
Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, sərnişindaşıma sahəsində tənzimləyən və nəzarəti həyata keçirən publik hüquqi şəxs olsa da, təəssüf ki, üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etsə də, nəqliyyat vasitələri ilə bağlı bunları deyə bilmərik.
Bu sözləri Axar.az-a nəqliyyat eksperti Rəşad Quliyev son günlər ləğv edilməsi ilə bağlı təkliflər irəli sürülən Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti və gördüyü işlər barədə danışarkən bildirib.
Ekspert qeyd edib ki, ölkəmizdə bu sahəyə nəzarətedici bir qurumun olmadığı təsəvvürü yaranır:
“İlk olaraq elektron avadanlıqlar barədə demək istəyirəm. Dayanacaqlarda elektron tablolar quraşdırıldı. Çox gözəl addımdır. Amma gəlin baxaq görək, onlardan neçəsi düzgün işləyir və ya heç işləyirmi? Avtobuslarda gediş haqqının ödənilməsi də elektronlaşdırıldı. Barmaqla sayıla bilən avtobuslarda bu sistem işləyir. Ümumiyyətlə, Bakıda bu sahəyə nəzarətedici bir qurumun olmadığı qənaətinə gəlmək olar. Halbuki bu sahəyə də nəzarəti BNA edir və ya edirmi? Çünki sərnişindaşıma şirkətləri ilə müqavilə bağlamaq və ya ləğv etmək məhz onların səlahiyyətindədir”.
R.Quliyev bildirib ki, yol hərəkətinin texniki vasitələrlə təchiz edilməsi ilə bağlı tədbirlər, demək olar ki, yox dərəcəsindədir:
“Taksi minik avtomobilləri üçün duracaq yerlər müəyyən edilib. Bəs nəzarəti kim edəcək? İdarə etmək kimin səlahiyyətindədir? BNA-nın, əlbəttə! Ancaq nəzarət və idarə sıfırdır. İndi də avtomobillərin yenidən evakuasiyası məsələsi gündəmə gəlib. BNA-nın nizamnaməsində fəaliyyət istiqaməti olaraq Avropa təcrübəsinin öyrənilməsi qeyd edilib. Ancaq qurum hələ də öz təcrübələrindən istifadə edir. Evakuasiyanın hansı hallarda edilməsi, evakuatorların nə işə yaradığını özləri müəyyənləşdirirlər. Avropanın böyük ölkələrindən biri Almaniyanı misal gətirmək istəyirəm. Qanunsuz park edilmiş avtomobil evakuasiya edilmir, əksinə, üzərinə cərimə yazılır və sahibi məlumatlandırılır”.
Xarici təcrübədən danışan ekspert bildirib ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir:
“Avropada avtomobil parkı üçün sürücülərə yaxşı şərait yaradılıb. Yerləşmə nöqtələrindən asılı olaraq, ilk 1-2 saat pulsuzdur. Ondan sonrakı saatlar isə artıq ödənişlidir. Sürücü park edərkən ön şüşənin üzərinə xüsusi hazırlanmış (hər yerdə satışdadır) xəbərdaredici kiçik saat lövhəsi qoyur və bununla da onun dayanma saatı müəyyənləşir. Evakuasiya isə yalnız nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətdikdə atılan bir addımdır. Ümumiyyətlə, BNA yarandığı gündən etibarən heç bir işin öhdəsindən gələ bilmir. Pandusların quraşdırılması müsbət hal olsa da, dəmir dirəklər və daş bardürlər sürücülərin yaşadığı ən böyük maneələrdən biridir. Düşünürəm ki, bu qurumun mövcudluğu sadəcə artıq xərcdir”.