![]() |
|
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Prezident İlham Əliyevə məktub göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.
Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm”.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırova ağır itki üz verib.
Qaynarinfo.az xəbər verir ki, S.Bağırovun anası dünən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti jurnalistlər üçün növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib.
Axar.az xəbər verir ki, ardıcıl olaraq beş ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
“Mobil telekommunikasiya ən sürətlə inkişaf edən sahələrdən biridir. Buna görə də mobil rabitə xidmətindən istifadə edən abunəçilərin davranış və tələbləri, eyni zamanda mobil operatorların təklif etdiyi məhsul və xidmətlər tez-tez yenilənir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsindən yazan jurnalistlərin bu sahədəki yeniliklərdən xəbərdar olması və onların peşəkarlığının artırılması üçün biz bu layihəni davamlı olaraq həyata keçiririk”, - deyə "Bakcell" şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
Şəki şəhərində keçirilən seminarda “Mobil internetdə son durum: tətbiqlər və cihazlar”, “Video istehlakı – müasir kontent siyasətin aparıcı gücü”, “Mobil Maliyyə xidmətləri”, “Müştəri Xidmətlərinin Rəqəmsallaşdırıması”, “4G şəbəkəsinin üstünlükləri və əhatə dairəsi” və “Rəqəmsal Nəsil” mövzularında interaktiv sessiyalar keçirilib. “Bakcell”in müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri həmçinin jurnalistlərə şirkətin ən son məhsul və xidmətləri, o cümlədən “Wi-Fi Evinizdə” adlanan cihaz barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki seminar 2 gün davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat veirlib.
H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.
1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.
2011-ci ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.
2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olub.
Rusiyanın İrkutsk şəhərində İnterpol əməkdaşları fırıldaqçılıqda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş ehtiyatda olan hərbçini saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə İnterpolun Rusiyadakı Milli Mərkəzi Bürosundan məlumat verilib.
Hüquq-mühafizə orqanlarına Azərbaycan vətəndaşı olan şübhəli şəxsin şəhər mərkəzində olması barədə informasiya daxil olub. Məlumat öz təsdiqini tapıb və keçirilən operativ əməliyyat tədbirləri çərçivəsində 38 yaşlı həmyerlimiz saxlanılıb.
Saxlanılan şəxs uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət aparıb və 3 il əvvəl mayor rütbəsində ordudan ayrılıb. Təqaüddə olan şəxs keçmiş həmkarlarına qarşı fırıldaqçılıq fəaliyyətinə başlayıb. Belə ki, hərbi hospitalda olan həmkarlarına pul qarşılığında əlilliyə görə təqaüdə çıxmaq imkanı yaradan saxta arayışların verilməsini təklif edib. Öz xidməti qarşılığında isə keçmiş hərbçi hər dəfə bir neçə min dollar qazanıb. Onun barəsində fırıldaqçılıq maddəsi ilə cinayət işi açılıb, beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi müzakirə edilir.
Nazirlər Kabineti “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəzlənib.
Axar.az turizm eksperti, “Hotel Academy” layihəsinin direktoru Ülvan Vəlizadənin ölkəmizdə qış turizminin vəziyyəti ilə bağlı müsahibəsini təqdim edir:
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Axar.az xəbər verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Paytaxtda fəaliyyət göstərən 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O bildirib ki, yeni avtobuslar dekabrın 26-sında istifadəyə veriləcək.
Hazırda xətdə istifadə edilən və yeni istismara veriləcək avtobusların fotolarını təqdim edirik: