![]() |
|
İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə BNA tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradıb.
Axar.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib.
Sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir.
BNA-dan bildirilib ki, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da öz növbəsində, mübahisələndirmə halları olacağı təqdirdə qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir.
Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.
Bu gün qəbiristanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər. Özü də bu telefonların qiyməti min dollardan bahadır.
Report-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, artıq bu faktlarla bağlı istintaq gedir, cinayət işləri başlanılıb:
“Bu gün bizim problemimiz “qurunun oduna yaş da yanar” dediyimiz məsələdir. Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bizim üçün bu riskdir”.
S.Mehdiyev onu da bildirib ki, ölkəyə mal idxalı ilə məşğul olan “Comex” şirkəti Komitəyə elektron qaydada müraciət edib:
“Biz malları qaytarmaq üçün 2 gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı 4 gömrük işçisi haqqında cinayət işi başlanılıb. “Comex” şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır. Elektron ticarət sivil ticarətdir və bunu etmək lazımdır. Amma bu o demək deyil ki, vergi rüsümunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsümlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq”.
DGK sədrinin sözlərinə görə, Azərbaycanın daxili bazarına hələ də qaçaqmalçılıq yolu ilə mal çıxarılır:
“Kölgə iqtisadiyyatı budur. Bu gün mobil telefon mağazaları Komitəyə minnətdarlıq, təşəkkür məktubları yazırlar. Çünki kontrafakt malların poçt xidmətləri ilə, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb. Bu qanundursa, biz qanuna əməl etməliyik. Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib. Əgər kimsə min bir dollarlıq mal alıbsa, mütləq onun vergisini ödəməlidir”.
Fransada siyasi sığınacaq alaraq, Azərbaycan dövlətinə və dövlət adamlarına qarşı əxlaqdankənar ifadələr işlədən və antikonstutision çıxışlar edən, terrora çağırış edən ünsürlərdən biri – Vidadi isgəndərliyə qarşı petisiya yaradılıb.
Axar.az xəbər verir ki, petisiyada fransızca yazılan mətndə bildirilir:
“Dövlət hüquqi təşkilatıdır. Millətin bütün üzvləri dövlətin təsislərinə, atributlarına və simvollarına, eləcə də millətin ümumi iradəsini əks etdirən qanunlarına eyni dərəcədə hörmət göstərməlidirlər. Bu baxımdan xarici dövlətin ərazisindən insanları zorakılıq və terrorizmə çağırmaq və onları qeyri-konstitusion davranışlara yönəltmək suveren millətin, demokratiyanın ruhuna, beynəlxalq hüquqa zidddir.
Biz Fransada "siyasi sığınacaq" əldə edən, Azərbaycan dövlətinin qurumlarını və simvollarını təhqir edən bir şəxsi avropalı olaraq görünməsini qeyri-məqbul hesab edirik. Bu şəxs Vidadi İsgəndərlidir.
O, Azərbaycanda yaşayarkən siyasi fəaliyyət göstərməyib. Ən azı bu səbəbdən heç bir şəkildə "siyasi miqrant" hesab edilə bilməz. Yanlış davranış qaydası ucbatından işdən çıxarıldıqdan sonra o, ictimai şəbəkələrdə yaydığı videolarda ölkədəki vətəndaşlar arasında narahatlıq yaratmaq və hakimiyyəti devirmək üçün bəyanatlar səsləndirib”.
Petisiyada bildirilir ki, bu, Azərbaycan dövləti və xalqına qarşı açıq-aşkar bir sabotaj və hörmətsizlikdir.
Sonda Fransadan bu təxribatla maraqlanması istənilir.
“Biz Fransa hökumətini Vidadi İsgəndərinin başlatdığı terrora və zorakılıq çağırışlarına ölçü götürməsini istəyirik”.
Qeyd edək ki, petisiyaya BURADAN daxil olmaqla qoşulmaq mümkündür.
Xaricdə özünə sığınacaq tapmış bir sıra anti-milli ünsürlər imkan tapan kimi Azərbaycan dövləti əleyhinə çıxışlar edir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu insanlar ölkədə qanuni konstitusion quruluşun devrilməsinə, ölkədə xaos və anarxiyanın yaranması lehinə çağırışlarla gündəmə gəlməyə çalışırlar:
“Məqsədləri də Azərbaycanda mövcud olan sabitliyi, təhlükəsizlik mühitini pozmaq və idarəolunan xaos vəziyyəti yaratmaqdır. Onlar bununla vətəndaş itaətsizliyinə nail olub qanuni hakimiyyətin devrilməsini həyata keçirmək istəyirlər. Bu kimi antimilli ünsürlərin sırasında Vidadi İsgəndərli xüsusi canfəşanlığı ilə seçilir. Onun antiazərbaycan mövqeyini təhlil etdikdə başqa bir qənaət də hasil olur ki, bu insanın çox ciddi əqli problemləri var. Çünki öz çıxışlarında məntiqə sığmayan ifadələr işlədir. Ümumiyyətlə, onun bütün ritorikası yalnız söyüş və təhqirdən ibarətdir. O, bəzən elə küçə söyüşlərindən istifadə edir ki, onun məktəbə getməsi, ali təhsil alması, kitab üzü açmasına belə şübhə edirsən. Hesab edirəm ki, Vidadi İsgəndərli ilə bağlı fikir söyləməyə mənim tam haqqım çatır. Çünki o, Göyçayda doğulub və mən də Göyçaydan seçilmiş millət vəkiliyəm. Dəfələrlə seçicilərlə görüşlərimizdə, xüsusilə, 11 apreldə prezident seçkiləri ərəfəsində təbliğat, təşviqat prosesi gedişatında göyçaylılar bildirirdi ki, Vidadi İsgəndərli bu torpaqda doğulsa da, Göyçayın və göyçaylıların adından danışmağa onun mənəvi haqqı yoxdur. O səbəbdən ki, dövlətimizə, dövlətçiliyimizə qarşı dayanan antiazərbaycan qüvvələrinin əlində alət olub. Onlar müəyyən vəsaitlər hesabına onu öz dövlətinə və xalqına qarşı formalaşdırıblar”.
Millət vəkili vurğulayıb ki, əslində bu insan azərbaycanlı kimliyini itirib:
“Hətta artıq o, elə bir səviyyəyə gəlib çatıb ki, öz atasının qəbrindən siyasi şou düzəldib. Bütün araşdırmalar və təhlillər göstərdi ki, onun iddiaları əsassızdır. Sadəcə olaraq, bütün bunlar onun sahiblərinin qurduğu ssenarinin tərkib hissəsidir. Vidadi İsgəndərli də həmin ssenaridə öz rolunu oynayır və buna görə də “zəhmət haqqı” alır. Bütün bunları xalqımız çox gözəl görür. Vidadi İsgəndərli kimi antimilli ünsürlərin arxasında dayanan siyasi qüvvələr çalışır ki, Azərbaycanda xalq ilə hakimiyyət arasındakı monolit birliyi pozsun. Amma onların arzuları hər zaman olduğu kimi, bu dəfə də ürəklərində qalacaq. Bunlar öz məqsədlərinə bir dəfə nail olublar. 90-cı illərin əvvəllərində onların ssenariləri işləyib. Bunun da yeganə səbəbi odur ki, o zamankı tarixi reallıqda xalq ilə hakimiyyət arasında çox böyük uçurum var idi. O dövrün hakimiyyəti antimilli siyasət həyata keçirirdi və diktə altında fəaliyyət göstərirdi. Heç bir halda xalqın milli maraqları məsələsi gündəmdə yox idi. Ona görə də o hakimiyyətlər bu gün artıq tarixin arxivinə qovuşub. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqın nicatı tapıldı və dövlətimizin gələcək inkişafının əsası qoyuldu. Bu gün də Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada artıq çox böyük müsbət imici var:
“Buna görə də həmin antimilli ünsürlərdən istifadə edirlər ki, Azərbaycanın bundan sonrakı inkişafına kölgə sala bilsinlər. Amma bütün bunların nəticəsi olmur. Xalqın gözü tərəzidir. Qətiyyətlə söyləyərdim ki, xalq çox gözəl bilir ki, bu qüvvələrin əsl niyyəti nədir. Ona görə də Vidadi İsgəndərli kimi sapı özümüzdən olan baltalar nə qədər çox sabitliyi pozmağa cəhd etsələr, bir o qədər əks-effekt yaranır. Bizim çox böyük hədəflərimiz var və Vidadi İsgəndərli kimi cılız insanların bu hədəflərin qarşısını almaq üçün heç bir gücü, potensialı yoxdur; nəinki onun, elə onun arxasında duranların da...”
Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Telekom abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb.
Axar.az xəbər verir ki, 14-15 dekabr tarixlərində Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlandı. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi "Azercell" şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirildi. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olundu.
Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirdi ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir. “Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin, Azercell UDC layihə qrupu Ericsson mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə bilmişlər” deyə Vahid Mürsəliyev bildirdi. O, bütün diqqətin "Azercell" şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldəyini vurğuladı. Vahid Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcəkdir.
Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation)– Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC –çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir..
Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funskionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda, istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanmışdır.
Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. "Azercell" onun köməyilə İnternetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.
Ümumiyyətlə, bütün sadalanan proseslər təkmilləşməyə yönəldiyindən müştərilərin rahatlığını təmin etməkdə yardımçı olur.
Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən "Azercell" bundan sonra da öz missiyasına sadiq qalaraq innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün şəbəkəsinin gücləndirilməsini davam etdirəcək, bu istiqamətdə zəruri olan tədbirləri həyata keçirəcəkdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2018-ci il dekabrın 29-dan 2019-cu il yanvarın 3-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək. Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
Bakıda könüllü bir gənc Şaxta baba geyimində küçə təmizliyi ilə məşğul olan xanımlara hədiyyə paylayıb.
Ramal Şəmşədli adlı şəxs bayram münasibətilə yüzdən artıq şəxsə hədiyyə verib.
Təşəbbüsü ilə bağı Axar.az-a danışan R.Şəmşədli bildirib ki, bu, onun öz ideyasıdır və bu ideyanı həyata keçirmək üçün heç kəsdən maddi dəstək istəməyib:
“Özüm könüllü olaraq belə bir addım atdım. Hədiyyələri də özüm almışam. Təxminən 100 hədiyyə payladım bu gün ərzində. Qarşımıza çıxan küçə təmizliyi ilə məşğul olan 100-ə yaxın insana hədiyyə vermişik”.
Avstriyada super-marketlərdə Yeni il bayramı ilə əlaqədar təbii şam ağacları satışa çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə telejurnalist Mir Səməd Cəfərli məlumat paylaşıb. Avstriyadan xüsusi reportaj hazırlayan telejurnalist bildirib ki, avstriyalılar Yeni ildə evlərində təbii şam ağacı bəzəməyə daha çox üstünlük verirlər. Səbəb isə təbii şam ağacının özünəməxsus xoş ətri ilə otaqda gözəl atmosfer yaratmasıdır.
Avstriyalıların bu istəyini nəzərə alan super-marketlər bu cür ağacların satışına başlayıb. Bu ağacların qiyməti isə 14.90 avrodan başlayır (təxminən 29 manat 80 qəpik).
Azərbaycanda isə ağacların kəsilməsi qanunla qadağan edildiyi üçün təbii şam ağaclarının satışı həyata keçirilmir. Lakin Yeni il ərəfəsində evində təbii şam ağacından ibarət yolka bəzəmək istəyən şəxslər üçün də alternativlər var. Belə ki, paytaxtda təbii güllərin və ağacların satışa çıxarıldığı yerlərdə dibçəklərdə xüsusi yetişdirilmiş müxtəlif ölçülü şam ağacları təklif edilir.
Bu cür ağaclar dibçəkdə böyüdülmək üçün nəzərdə tutulduğundan onları evdə saxlayıb böyütmək, növbəti illərdə də yolka ağacı kimi bəzəmək mümkündür. Bu ağacların qiyməti isə ölçüsünə görə dəyişir. Lap böyük ağaclar 100-150, nisbətən orta ölçülü şam ağacları 50, kiçiklər isə 30 manata təklif edilir.
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.
Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli, fasiləsiz şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlara, həmçinin digər telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Nazirlikdən Axar.az-a bildirilib ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.
Nazirlik onu da qeyd edib ki, bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Bununla yanaşı, şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcəyi, sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacağı bildirilib.
Nazirlik vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar xətt”lə əlaqə saxlamalarını xahiş edib.