![]() |
|
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır:
“Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.
“Kapitan Rəcəbov” adına gəmi növbəti dəfə 25 faiz endirimlə satışa çıxarılıb.
Axar.az xəbər verir ki, ləğv edilən Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC-yə məxsus gəminin satılması üçün 22 yanvar tarixində açıq hərrac keçiriləcək.
1976-cı ildən istismarda olan buzqıran gəmi üçün ilkin start qiyməti 382. 500 manat müəyyən edilib.
Qeyd edək ki, gəmi 4-cü dəfə hərraca çıxarıldığı üçün qiymətində endirim edilib. Bundan öncə gəmi 459 min manata təklif edilmişdi.
Cinayət Məcəlləsində qızlarını təhsildən yayındıran valideynlərin hətta valideynlik hüququndan, azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susur.
Bu sözləri Axar.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubuna münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir:
“Həmin məktəblərdə yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Bunlardan biri də region məktəblərində qızların təhsildən yayındırılmasıdır. Artıq bu problem kütləvi hal almaqdadır. Bu problemi yenidən gündəmə gətirdiyinə görə Qüdrət Həsənquliyevə təşəkkür edirəm və onun bu təşəbbüsünü dəstəkləyirəm. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir.
Kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bir çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən 8-ci sinifdə oxuyarkən nişanlanır. Ona görə də onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb”.
Ekspert vurğulayıb ki, qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyidir:
“Digər bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. DİM-in məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qız ali təhsil almaq üçün sənəd verir.
Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə kəskin azalır.
Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıb. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir”.
Ekspertin sözlərinə görə, rəqəmlər vəziyyətin ürəkaçan olmadığını göstərir:
“Halbuki, qanunvericilikdə, Cinayət Məcəlləsində konkret olaraq buna görə ciddi məsuliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu maddələr istifadə edilməyib. Bu valideynlər ilk növbədə vətəndaşın konstitusion hüququnu pozur. Belə ki, Konstitusiyanın 42-ci maddəsinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Onlar qızlarının bu hüququnu əlindən alır”.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Deputat qız uşaqlarının təhsildən yayındırılması haqda son məlumatlardan təəssüf hissi keçirdiyini qeyd edərək bu qurumların qaldırdığı problemlə bağlı addımlar atacağına ümid etdiyini ifadə edib.
Həmkarım Qüdrət Həsənquliyevin bəzi rayonlarda, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin aradan qaldırılmasına dair çağırışını birmənalı olaraq dəstəkləyirəm.
Bu sözləri Axar.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubundakı fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, Azərbaycanda qız uşaqlarının təhsildən kənarda qalması bu gün gündəmdə olan ən vacib problemlər sırasındadır:
“Həqiqətən də sözügedən problemin həlli ilə bağlı tapşırıqların verilməsi və bu istiqamətdə addımların atılması olduqca mühümdür. Çünki hüzr yerlərinə gedən insanlara modern dünyanın tərəflərini çatdırmaq şərtdir. Burada insanların çoxu keçmiş rəvayətləri xatırlamaqla baş vermiş hadisələrdən heç də ibrət götürmürlər. İnsanlar üçün əsas olan bu gün onların düzgün istiqamətləndirilməsi və cəmiyyətə mütərəqqi fikirlərin ötürülməsidir. Hesab edirəm ki, həmkarım da həmin məsələni məhz bu kontekstdə qaldırıb”.
Deputat qızların təhsil almaları istiqamətində atılmalı olan addımları da müsbət qiymətləndirib:
“Hesab edirəm ki, din xadimləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını və qadın hüquqlarını təşviq etməlidir. Bu addımların atılması qısa zamanda müsbət nəticələr verə bilər”.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Məktubda deputat Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirlərinin onu dərindən sarsıtdığını bildirib.
Azərbaycanda iki tikinti şirkəti birləşib.
Report xəbər verir ki, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.
Beləliklə, “Şərur” Mənzil-Tikinti Kooperativi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
2001-ci ildə yaradılmış Şərur MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundov, 2004-cü ildə fəaliyyətə başlayan Stil Tikinti MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.
Vergilər Nazirliyi Turizm Tədris Mərkəzi MMC-ni dövlət qeydiyyatına alıb.
Axar.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, ev 15, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Tərlan Möhübbət oğlu Quliyevdir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.
Report xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.
İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində gedən qatarda problem yaranıb.
Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:
"Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatardan boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb".
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb
Türkiyənin paytaxtı Ankarada 28 avtomobilin bir-biri ilə toqquşması nəticəsində zəncirvari qəza baş verib.
“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, qəzada 9 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzaya yolların sürüşkən olması səbəb olub. Hadisədən sonra yaranan tıxac saat yarıma aradan qaldırılıb.