![]() |
|
2018-ci il üzrə ilk 11 ayın nəticələrinə əsasən, daşınmaz əmlak bazarında 6,78 faiz artım qeydə alınıb.
Bu sözləri Axar.az-a açıqlamaslnda “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, torpaq sahəsi, həyət və bağ evlərinin qiyməti daha çox bahalaşıb.
O bildirib ki, təkrar mənzil bazarında 2, ilkin bazarda 3, torpaq bazarında 9, kommersiya obyektləri bazarında isə 1 faiz artım olub.
N.İbrahimov ötən 11 ayda icarə və kirayə bazarı üzrə 5 faizə yaxın, ümumi bazar üzrə 4,72 faiz artım olduğunu qeyd edib.
Baş direktor 2019-cu il üzrə daşınmaz əmlak bazarı ilə bağlı gözləntilərini də açıqlayıb:
“2019-ci ildə birinci rübündə, yəni martın sonu, aprelin əvvəlində artım gözlənilsə də, ilin ikinci yarısında artım inandırıcı deyil. Ümumi il üzrə yalnız 4-6 faiz artım olacaq”.
Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub.
"Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir.
2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır", - deyə C.Qurbanov vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.
A24.az-ın əldə etdiyi məlumata görə, T.Əhmədov bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun ölkənin Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.
Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.
Qax rayonuna qış fəslinin ilk qarı yağıb.
Report-un məlumatına görə, axşam saatlarından başlayan yağış gecə saatlarında qara çevrilib.
Qar əsasən, rayonun dağlıq əraziləri olan İlisu və Sarıbaş kəndlərinə yağıb. Səhər saatlarından yollarda qar və buzdan təmizləmə işləri çərçivəsində dağ kəndlərinə gedən avtomobil yollarına duz-qum qarışığı tökülüb. Magistral və digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problem yaşanmaması üçün lazımı tədbirlər görülüb.
Hazırda İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 25-30 santimetrdir.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Siyahının “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinə aşağıdakı məzmunda 16-30-cu hissələr əlavə edilib:
“16. 1 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
17. 2 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
18. 3 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
19. 4 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
20. 5 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
21. 6 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
22. 7 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
23. 8 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
24. 9 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
25. 10 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
26. 11 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
27. 12 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
28. 13 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
29. 14 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
30. 15 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi”.
Parlamentin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
müraciəti vitse-spiker Bahar Muradova səsləndirib. Müraciətdə qeyd olunur ki, Azərbaycan son 1 əsrdə qərinələrə bərabər yol keçib. Azərbaycan Cənubi Qafqazın liderinə və azərbaycanlıların qürur yerinə çevrilib. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib. Müraciətdə dünya azərbaycanlıları bir daha birliyə və həmrəyliyə çağrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şamaxı rayonunda 36 mənzilli yaşayış binasını,İmişlidə isə 54 mənzilli binanı şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Şamaxıda mənzillərin təqdim olunması tədbirində icra başçısı Tahir Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli iştirak ediblər.
M.Kərimli bildirib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsi sahəsində işlər ildən-ilə gücləndirilir:
“Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilməsi üçün əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Nəticədə, bu il həmin kateqoriyalardan olanlara təqdim olunan mənzillərin sayı 3 dəfə artaraq 626-ya çatıb. Bu isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən xüsusi qayğıdan xəbər verir”.
İmişlidə keçirilən tədbirdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşılır. O, hazırda da mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb.
Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatı proqramının xeyli güclənməsinə səbəb olub.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən H.Abdullayev həmçinin, bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib.
Azərbaycanda “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratmaq və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görmək tapşırığı verilib.
1. milli məkan məlumatlarını bu fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər,
2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.
Nazirlər Kabinetinə milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etmək tapşırılıb.
Misirin paytaxtı Qahirədə turitləri daşıyan avtobusa bombalı hücum olub.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə Giza pirmadiları bölgəsində baş verib.
Avtobusun partladılması nəticəsində 2 vyetnamlı turist ölüb, 10 nəfər isə yaralanıb.
Teraktın hansı qruplaşma tərəfindən törədildiyi bilinmir.