![]() |
|
“Odur, bax, taksi, min, get!”
Bu məşhur ifadə “Əhməd haradadır” filmində rəhmətlik Əliağa Ağayevin kiçik fraqmentdə yaratdığı tarixi səhnədir. O vaxt Azərbaycanda və xüsusən Bakı küçələrində taksi xidməti göstərən maşınlara çox rast gəlinməsə də, bu gün taksilərin göbələk kimi sürətlə artdığı müşahidə olunur. Ancaq keyfiyyət olduqca aşağı, hətta bərbaddır.
Axar.az xəbər verir ki, sərnişin şikayətinin çox olduğu, narazılıq yaradan, sosial şəbəkələrdə tez-tez adı pis şəkildə hallanan taksi şirkətləri az deyil.
Benzin iyi verən taksi xidməti göstərən maşınlar
Şikayətlərin qısa şəkildə leytomitivini çatdıraq ki, adıçəkilən taksi firmaları əvvəlcə qiymətdə spekulyasiya edirlər. Bundan başqa, qeyd edilən ünvana gəlməmək, gəlib geri qayıtmaq, sərnişindən əlavə pul tələb etmək kimi hallar da müşahidə edilir. Buna natəmiz, bir çox hallarda isə benzin iyi gələn avtomobillərlə xidmət göstərmək də daxildir.
Bu kimi hallada əsasən sərnişinlər taksi şirkətinin müştəri xidmətlərinə müraciət edərək, şikayətlərini bildirirlər. Lakin göz qabağındadır ki, şirkətin özünə edilən şikayətlər nəticə vermir.
Pərakəndə formada xidmət göstərən taksi xidmətləri
Məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı vahid standart, qayda tətbiq edilməyib:
“Bu sahə bir qədər pərakəndə formada formalaşıb. Bu da həm cəmiyyət üçün, həm də şirkətlərin özü üçün faydalı deyil. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vahid standart tətbiq edilməlidir.
Bakıda və bölgələrdə də Naxçıvan modeli tətbiq olunsa, yaxşı olar. Məsələn, Naxçıvanda olduqca ucuz, konfortlu taksi xidmətləri fəaliyyət göstərir ki, sürücülər olduqca səliqəli və mədənidir. Naxçıvandakı taksi şirkəti modeli brendə çevrilib və bunu bütün ölkədə tətbiq etmək olar.
Son günlər Bakıdakı taksi şirkətlərinin sürücüləri ilə bağlı həddən artıq şikayətlər olur. Xüsusilə də maşından benzin iyi gəlməsi, sürücünün geyimi, sükan arxasında siqaret çəkməsi, ünvana gəlməkdən imtina etmək, bir çox hallarda kobud rəftarla bağlı narazılıqlar eşidirik. Təkcə bu şikayətlər kifayət edir ki, artıq ciddi addımlar atılsın bu istiqamətdə”.
Narkoman, içkili və həbs yaşamış taksi sürücüləri
Ekspert bildirib ki, BNA rəhbərliyi bu istiqamətdə gözəl bir təklif irəli sürülmüşdü. Lakin o təklifin həyata keçirilməsi çox vaxt aparacaq:
“Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli təklif vermişdi ki, gələcəkdə taksi sürücüləri ilə bağlı baza fomalaşdırılacaq. O bazada da taksi fəaliyyəti ilə məşğul olanların əlaqə nömrələri, maşın nömrələri qeyd olunacaq və maşından istifadədən sonra həmin sürücü barədə o bazada rəy bildirmək mümkün olacaq. Bunun əsasında da sürücünün gələcək taleyi həll olunacaq. Vüsal müəllimin bu ideyası olduqca yaxşı ideyadır və bir çoxları da bunu yüksək qiymətləndirir. Ancaq bu, çox vaxtaparan bir şeydir. Bu proses işə salınana qədər vətəndaşların taksi xidmətlərinə inamı ölər. Hələlik vətəndaş məmnuniyyəti nəzərə alınaraq bir iş görülməlidir.
Əlimiz çatan sistemi tətbiq etməliyik. Məsələn, taksi sürücüləri işə götürülərkən onlarla fərdi söhbət aparılmalıdır, onun barəsində hər şey ətraflı öyrənilməlidir. İnsanlar var ki, dəfələrlə məhkum olub və bu gün maşın sürməyi bacardığı üçün taksi xidməti göstərir. Bu, qətiyyən yolverilməzdir”.
E.Muradlının sözlərinə görə, bu gün taksi sürücüləri arasında narkoman, içki düşkünü və dəfələrlə həbs həyatı yaşayan şəxslər var:
“Gedin 20 Yanvar dairəsində dayanan taksi sürücülərini müşahidə edin. Aralarında narkoman, qolları doğram-doğram olan, dəfələrlə məhkum olunmuş, içki iyi verən taksi sürücüləri var. Hətta bu yaxınlarda öyrəndim ki, həm lal, həm də kar olan bir şəxsi taksi şirkətlərindən biri işə götürüb. Lal və kar bir şəxs necə taksi sürücüsü ola bilər, bu şəxs necə fərqlənmə nişanı ala bilər? Deməli, şirkət Bakı Nəqliyyat Agentliyindən toplu şəkildə fərqlənmə nişanı alır, sonra da paylayır sürücülərə. Elə bunun nəticəsidir ki, bu gün taksi xidməti ilə məşğul olan şirkətlərin göstəriciləri çox aşağıdır”.
Ünsiyyət belə olmalıdır...
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hər bir şirkət taksi sürücüsü kimi götürdüyü şəxsin həm mənəvi, həm fiziki xüsusiyyətlərini nəzərə almalıdır. Ən azı bilməlidir, işçi qəbul edəndə kimi qəbul edir:
“Bundan başqa, sözügedən qanunvericilikdə o da qeyd olunub ki, işə qəbul edilməmişdən əvvəl sürücü sərnişinlərlə etik davranış qaydaları, ərazinin küçə-yol şəbəkəsini tanımaqla bağlı xüsusi kurs keçməlidir. Bundan başqa, şirkət işçiləri də onları təlimatlandırmalıdır. Sürücü sükan arxasına əyləşməzdən öncə nələrin etik normalara uyğun olmadığını yaxşı bilməlidir. Məsələn, dünyanın hər yerində sürücülərə təlimat verilir ki, sürücülərlə artıq ünsiyyət qurmasınlar. Ünsiyyət sadəcə belə ola bilər: Hara gedirsiniz? Harada dayanım? Məbləğ nə qədərdir? Düzdür, əlavə danışıq qadağan deyil, ancaq məsləhət də deyil”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb.
Report-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
“Bildiyiniz kimi, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaş pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi. Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil”, - o bildirib.
Bakı Metropoliteni QSC mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.
QSC-dən Axar.az-a verilən məlumata görə, işçi Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə tələb edilir.
Müraciət etmək istəyən iddiaçılardan sahə üzrə ali təhsil tələb edilir. Müraciət edən şəxslərin 25-45 arası yaşı, 3 ildən yuxarı iş təcrübəsi, hərbi mükəlləfiyyətli olması da tələblər sırasındadır.
Rus və ingilis dilini sənədləşmə səviyyəsində, "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində, istehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarının tələblərə əsasən idarə olunmasını bilməli və dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Şəxsin vəzifə öhdəliklərinə ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi, təhqiqat və monitorinqlərin aparılması, istehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi, həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması, ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi daxildir.
Ondan həmçinin mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi, ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması, qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi tələb ediləcək.
OPEK rəhbəri neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edib.
“Bloomberg” agentliyinə açıqlamasında OPEK prezidenti, BƏƏ-nin energetika naziri Suheyl əl-Məzrui bildirib ki, neft bazarının fundamental göstəriciləri adekvat olaraq qalır və bu, ötən gün neft qiymətlərinin kəskin ucuzlaşmasına əsas yaratmır.
Süheyl əl Məzrui əlavə edib ki, OPEK+ neft qiymətlərinə yönəlmir, ilk növbədə xammal ehtiyatının səviyyəsini dəyərləndirir və onu orta beş illik dəyərinə uyğun olaraq saxlamağa çalışır.
OPEK prezidenti, həmçinin qeyd edib ki, OPEK və onun tərəfdaşları bazarı balanslaşdırmaq üçün lazım olan zaman hasilat həcmini azaltmağa və yaxud tənzimləməyə hazırdılar.
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 50 nəfərədək artıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, noyabrın 8-dən Paradayz şəhərində başlayan “Kemp” yanğını nəticəsində 48 nəfər həlak olub. 3 nəfər yanğınsöndürən isə xəsarət alıb.
Hazırda yanğın sahəsi 52,6 min hektar ərazini əhatə edir. Alov 8 mindən çox evi və tikilini məhv edib. Yanğının tamamilə noyabrın 30-da söndürüləcəyi ehtimal olunur.
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət edib.
müraciətin mətni səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.
Səfirlik vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırıb, hər hansı çətinlik olduğu təqdirdə, səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edib.
Noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari və İtalya şirkətlərinin nümayəndələri ilə ETSN-nin məsul şəxsləri, “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri arasında görüş keçirilib.
görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.