Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Axar.az xəbər verir ki, Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlər akademik Ramiz Mehdiyevin qələminin məhsullarıdır. Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub, qızğın müzakirələrə səbəb olub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.

Bu baxımdan, alimin yeni kitabı da istisna deyil. Bu, Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk cəhddir. Məsələyə bir qədər geniş yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır. Bu proseslərin dərin təhlili ermənilərin müəllif tərəfindən tutarlı faktlarla təsvir edilən və regiondakı iri dövlətlərin tərkibində həmişə “beşinci kolon” rolu oynamasını şərtləndirən psixoloji portretinə əsaslanır. Akademik R.Mehdiyev yazır: “Ermənilərin tarixindəki faktlar sübut edir ki, satqınlıq, başqa millətdən olan insanları qəbul etməmək ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir... Bədrəftarlıq onların xarakterinin mühüm cəhətidir”.

Müəllif ermənilərin daha bir səciyyəvi cəhətini – saxtakarlıqlara meyilli olmasını açıb göstərir. Yalan həmişə ermənilərin əsas ideoloji silahı olub. Bu, kitabın birinci fəslində dəqiq göstərilib. Alim faktlara əsaslanaraq erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə erməni dövləti heç vaxt mövcud olmayıb. Alim, həmçinin erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında “erməni fobiyası”nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Bu halda müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən Orta Əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Müəllif yazır: “Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.

Kitabın ikinci fəsli çox maraqlı və faktoloji materiallarla zəngindir. Müəllif bu fəsildə Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixini izləyir. Qərbin agentura şəbəkəsinə cəlb edilən əsas obyektin kim olmasını güman etmək çətin deyil. Müəllif vurğulayır ki, satılmağa hazır olan erməniləri satın alırdılar. Eçmiədzindəki riyakar və satqın strateqlər bu cür əməkdaşlığa xeyir-dua verirdilər. Alimin yazdığına görə, ermənilər Vatikan missionerlərinə nə lazım olduğunu tezliklə anladılar – Səfəvi dövlətinin daxilində əsl “beşinci kolon” formalaşdırmaq. Lakin bu, Qriqorian kilsəsinin dəstəyi ilə ermənilərin qərbli himayədarları ilə ikili oyun oynamalarına mane olmurdu, nəticədə onların arasında vaxtaşırı münaqişə və ziddiyyətlər yaranırdı. Bununla belə, ermənilər XVII əsrin axırlarında Səfəvilər dövləti tənəzzülə uğrayana qədər Vatikan üçün əsas informasiya mənbəyi, Azərbaycan ərazilərinə soxulmaq üçün təsir vasitəsi kimi qalırdılar. Müəllif bu qənaətə gəlir ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin kökləri uzaq keçmişə gedib çıxır və bu nifrətin səhifələrinin çoxu Azərbaycan və Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir: “Başqa səbəb yoxdur. Erməni xalqının bütün bəlaları Qriqorian kilsəsi başda olmaqla onun siyasi elitasının satqınlığından irəli gəlir”.

Kitabın üçüncü fəslində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə söhbət açılır. Müəllif qeyd edir ki, Səfəvi hökmdarları onlara xas olan praqmatizm, incə siyasi duyum sayəsində maraqların gizli müharibəsində, o cümlədən erməni kilsəsinə nəzarət məsələsində avropalı strateqləri üstələməyə nail olub, özlərindən Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər. Müəllif Qriqorian kilsəsi ilə Moskva dövləti arasında gizli siyasi əlaqələr məsələsinə xüsusi diqqət yetirir, göstərir ki, erməni ruhanilər XVII əsrin ikinci yarısından başlayaraq Qərbdə öz siyasi tədbirləri uğursuzluğa düçar olacağı halda Moskva dövlətini alternativ himayədar hesab etməyə başladılar. Həmişə “fərasətli” olmaları ilə fərqlənən ermənilər Səfəvilər dövlətinin zəifləməsini və Xəzər regionunda, Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışan Rusiyanın güclənməsini hiss edərək öz prioritetlərini kəskin şəkildə dəyişdilər, nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi iqtisadi preferensiyalar, ən başlıcası – özlərinin ilhaqçı planlarına dəstək alırdılar.

Müəllif qeyd edir ki, Qərb və Rusiya diplomatiyası tarixində XVII-XVIII əsrlərdə erməni ruhanilər və erməni icması ilə qarşılıqlı fəaliyyət regiondakı müsəlman dövlətini zəiflətmək üçün erməni kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində ilk təcrübə olub. Tarixin sonrakı dövrlərində bu kartdan dəfələrlə istifadə olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə xidmət edib. Məsələn, XX əsrin əvvəlində Osmanlı İmperiyasının süqutunda erməni amili heç də sonuncu rol oynamayıb. Ermənilər İranı və Azərbaycanı daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən həm Azərbaycan xanlıqlarının, həm də bütün Qafqazın işğal edilməsinə şərait yaradıblar. Müəllif yazır: “XX əsrin əvvəlində ermənilər özlərinin satqınlığı və “beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət yaradılması ilə mükafatlandırıldılar”.

Akademik R.Mehdiyevin başqa əsərlərində olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər tarixi öyrənməsək və ondan lazımi dərs almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif yazır: “Əsla mübaliğə etmədən faktlar belə deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər dövlətinin ətrafında baş vermiş bir çox proseslər bu gün Azərbaycana münasibətdə müşahidə etdiklərimizlə çox oxşardır. Bu proseslər əvvəlki əsrlərdə baş vermiş və ölkəmizin vətəndaşlarının əksəriyyətinə hətta ümumi şəkildə də məlum olmayan hadisələrin bir növ davamıdır. Tarix absurd teatrında tamaşa şəklində təkrarlanır. Bu, tarixdən lazımi dərs alanlar üçün gələcək təhlükələrin və itkilərin qarşısını almağa kömək edir, bu dərsləri mənimsəmək iqtidarında olmayanlar üçün isə keçmişin müasir “don geydirilmiş” hadisələri yeni faciəyə çevrilə bilər, özü də bu, təkcə Cənubi Qafqaz regionuna aid deyil”.

Alim bu baxımdan hər bir xalq üçün öz tarixini bilməyin vacibliyini vurğulayır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, öz keçmişini bilməyən, öz düşmənləri və ənənəvi problemləri ilə tanış olmayan millət özünü başa düşmək və müdafiə etmək iqtidarında olmur. Görkəmli alimin Vətənimizin tarixində az məlum olan və az işıqlandırılmış səhifələrə müraciət etməsi, şübhəsiz, bunu dərindən duymasından, öz millətinin taleyinə görə məsuliyyət hissindən irəli gəlir.

Akademik Ramiz Mehdiyevin yeni kitabının məziyyətləri arasında daha bir məqamı xüsusi qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi material mükəmməl və anlaşılan üslubda şərh edilib. Kitabın sırf elmi əsər olmasına baxmayaraq, o, populyar və sadə dildə yazılıb. Fikirlərin səlisliyi, ifadələrin obrazlılığı oxucunu cəlb edir. Ona görə də kitab, necə deyərlər, maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə oxunur.

Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq. Həqiqətən, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir, böyük diqqət tələb edən əsas istiqamətləri müəyyənləşdirir və problemlərin üzərinə işıq salır. Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Akademik R. Mehdiyev kitaba sözardında yazır: “Hər hansı xalqın və dövlətin tarixinin yazılması intellektual və vicdanlı yanaşma tələb edir, bu prosesdə emosiyalara və şəxsi qənaətlərə yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən mürəkkəb və problemli məsələlərini qaldırmalı, artıq çeynənilmiş, özünün praktiki və elmi əhəmiyyətini çoxdan itirmiş mövzu və problemləri bir kənara atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur.

Akademik Ramiz Mehdiyev humanitar elm sahələrində çalışan Azərbaycan alimlərini müasir tədqiqat metodikasını daha fəal mənimsəməyə çağırır. O xəbərdarlıq edir ki, əks halda “elmimizin rəqabətə davam gətirməsi və Azərbaycan xalqının tarixi və mədəni irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə və mənimsəməkdə maraqlı olan qüvvələrin güclü, ardıcıl təbliğatına qarşı dözüb dayanması çox çətin olacaq”. Əgər müasir terminologiya ilə desək, bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan Azərbaycanın humanitar alimləri üçün “Yol xəritəsi” ola bilər. Ona görə ki, alimin vurğuladığı kimi, tarixin öyrənilməsinə bu cür münasibət formalaşmayınca “bizim tarixi yaddaşımız beləcə qısa və səthi səviyyədə qalacaq”. Bu fikri bundan yaxşı ifadə etmək mümkün deyil!


Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib.

Ardını oxu...

Dəfələrlə tərəfimizdən təbliğat aparılmasına baxmayaraq, piyada zolağı ilə avtomobil yolunun kəsişməsində yenə də problemlər mövcuddur.

Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məhz bu faktların qarşısını almaq üçün 70-dən artıq piyada zolağı ilə avtomobil yolunun kəsişməsində nəzarət postları yaradılıb. Burada yol polisi əməkdaşları keçmə növbəliyini təmin edir.

Bölmə rəisi piyadaları da diqqətli olmağa çağırıb: "Piyadalar yolun bir tərəfindən digər tərəfinə keçərkən avtomobillərin hərəkətinə diqqət etməli, tam dayandığına əmin olduqdan hərəkətə başlamalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətinə nəzər yetirməlidir. Piyadalara yolu tək-tək deyil, qrup halında keçməyi tövsiyə edirik, çünki tək-tək keçmə vaxt itkisinə və süni sıxlığın yaranmasına səbəb olur".

V.Əsədov qeyd edib ki, hazırda piyada-sürücü münasibətlərində sürücülərlə bağlı problem artıq həll olunub:

"Vaxtilə sürücülər piyadalara yol vermirdi. Yol polisi tərəfindən görülən inzibati tədbirlər bu problemi artıq həll edib. Piyadaya yol vermədiyi üçün sürücülərlə bağlı avtomatik elektron qərarların qəbul edilməsinə də şərait yaradılıb. Bunun nəticəsi olaraq sürücülərin piyadalara yol verməməsi halları aradan qaldırılıb. Hazırda isə piyadaların sürücülərin hərəkətinə mane olduğunu desəm, yəqin ki, yanılmaram. Ona görə də piyadalar diqqətli olmalıdır. Yolu keçərkən qulaqcıqdan istifadə etməsinlər, "avtomobil məni görür, mütləq dayanacaq" düşüncəsi ilə kor-koranə addım atmasınlar".

Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq. Artıq bu sistemin Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə təqdimat olub.

Report xəbər verir ki, bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

A.Abasov qeyd edib ki, yeni sistem tətbiq ediləndən sonra vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti ilə tanış ola biləcək:

"Yeni sistem tətbiq edildikdən sonra vətəndaş evində, yaxud digər istənilən məntəqədə qeydiyyatdan keçib sərhəddəki vəziyyəti müşahidə edəcək. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirəcək. Bu isə sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına gətirib çıxaracaq".

Bakı Dövlət Universitetinin bufeti bağlanıb.

Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret səbəb izah olunmayıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər.

Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb.

Yoxlamaların BDU-nun rektor vəzifəsindən azad edilən Abel Məhərrəmovla əlaqədar olub-olmadığı bilinmir.


Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar paytaxt küçələrində sahibsiz küçə itlərinin insanlara qorxu yaşatması ilə bağlı xəbərlərə rast gəlirik. Belə şəraitdə heç kim küçə itlərinin hücumundan sığortalanmayıb. Bəs bir itlə qarşılaşan zaman və ya hücuma məruz qalanda necə davranmaq lazımdır?

Axar.az itlərin hücumundan qorunmaqla bağlı tövsiyələri təqdim edir:

1. İlk növbədə təlaşlanmayın. Əgər qışqırsanız, itin sizə hücum etmə ehtimalı arta bilər. Qaçmağa çalışmayın, çünki istənilən halda it sizə çatacaq.

2. Qətiyyən itə arxanızı çevirməyin, onunla qarşılaşsanız və təhlükə hiss etsəniz, asta-asta geriyə gedin.

3. İtə təpik vurmayın, o, bunu təhdid kimi qəbul edəcək.

4. Küçədə it görəndə göz kontaktı qurmayın.

5. Küçə iti sizə hücum edibsə, çantanız və ya başqa əşyanızla diqqətini yayındırın.

6. İmkan varsa, itin sizə çata bilməyəcəyi hündür bir yerə çıxın.

7. Əgər it qolunuzdan və ya hansısa nahiyənizdən yapışsa, həmin üzvünüzü dartıb onun ağzından çıxarmağa çalışmayın. Belədə ətiniz qopa bilər.

8. İt hücum etsə, üzünüzü, sinənizi və boğazınızı qoruyun. Əgər yıxılsanız, üzü üstə uzanın və əllərinizlə qulaqlarınızı örtün. İtə müqavimət göstərmək istəsəniz, boğazına, burnuna vurun. Unutmayın ki, itin baş nahiyəsi olduqca sağlamdır. Onun başına vurmağınız sadəcə iti daha çox qıcıqlandıra bilər.

9. İt dişləməsi zamanı infeksiya riskini nəzərə alaraq, yaranı təmiz bezlə silin və qanaxmanı dayandırın. İlıq su və sabunla yaralı bölgəni yuyun. İlkin yardımdan sonra mütləq həkim müayinəsindən keçin.

10. Lazımi təhlükəsizlik qaydalarını azyaşlılara da öyrədin.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sabah Almaniyaya səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfərdə məqsəd idarənin nəzdində daimi fəaliyyət göstərən "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılığı ilə noyabrın 19-da Berlin şəhərində keçirəcəyi "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

İdarədən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev sərəncamına uyğun olaraq Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illərinin elan olunmasının ardınca, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 10 illiyi münasibətilə tədbirlərin davamı olaraq keçiriləcək Berlin beynəlxalq konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Berlin konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin Himayədarlar və Məşvərət Şuralarının üzvləri, konfransda təmsil olunan iştirakçıların Almaniyada akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin - ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildirlər.

Almaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.


Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” daim müştərilərinə göstərdiyi yüksək xidmətləri ilə seçilir. Son nəticələrə əsasən, Cağrı Mərkəzinə müraciət etmiş abunəçilər üçün göstərilmiş xidmət səviyyəsi ilin əvvəli ilə müqayisədə 20% artıb. Çağrı Mərkəzinə müraciət etmiş “Nar” abunəçilərinin 88%-i onlara göstərilən müştəri xidmətlərini ən yüksək balla qiymətləndiriblər. Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub.

Axar.az xəbər verir ki, “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.

Qeyd edək ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. “Nar” öz müştəri xidmətlərini bilavasitə sosial media üzərindən təqdim edən ilk və yeganə mobil operatordur. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları qısa zaman ərzində cavablayır. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də Feysbuk, Tvitter və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər. Belə ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

15:56

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Ardını oxu...

Xəbər lenti