![]() |
|
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Bus" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanında deyilir.