Dövlət Gömrük Komitəsi (DGK) bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

 

DGK-dan Axar.az-a verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizin gömrük orqanları və onun ayrı-ayrı əməkdaşlarına qarşı, onlayn ticarət portalları vasitəsilə xaricdən sifariş edilən və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallarla bağlı əsassız ittihamlar irəli sürülür. Belə ki, gömrük orqanlarının həmin mallara görə guya hansısa əlavə ödəmələr tələb etdiyi, sifariş edilən bağlamaların sahiblərinə gec təhvil verildiyi və ya təhvil verilmədiyi iddia olunur.

Dövlət Gömrük Komitəsi dəfələrlə rəsmi açıqlamalar verərək xaricdən sifariş edilən malların tərkibinin, gömrük dəyərinin düzgün göstərilməməsinin, asan yolla qazanc əldə etmək istəyən şəxslərin dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmasının qarşısının alınması məqsədilə aparılan araşdırmaların poçt göndərişləri ilə gətirilən malların vaxtında ünvanına çatdırılmasında problemlər yaratdığını bildirib.

Lakin görünür gömrük orqanlarının ticarətin qanuni yollarla həyata keçirilməsi ilə bağlı atdığı addımlar kimlərinsə mənafeyinə uyğun gəlmədiyidən əsassız ittihamlar hələlik səngimir.

Bugünlərdə Feysbuk sosial şəbəkəsində İsa Turan adı ilə qeydiyyatdan keçən şəxsin xaricdən sifariş etdiyi mobil telefonu satdığına dair elan verməsi gömrük orqanlarının haqlı olduğunu bir daha sübut edir. "İsti-isti təndirdən çıxdı, kim istəyir" başlıqlı statusda həmin şəxs "Xiaomi" markalı telefonu satdığını bildirir və statusa poçt bağlamasına aid qablaşdırmanın fotosunun əlavə olunması telefonun xaricdən sifariş edildiyini açıq-aydın sübut edir və bu cür elanlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur.

Dövlət Gömrük Komitəsi bir daha hər kəsi dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını vaxtında və düzgün ödəməyi tövsiyə edir.

18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı
16 Aprel 2025 Dövlət orqanları hərəkətə keçdi - Video

Xəbər lenti