![]() |
|
“Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır”.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bildirib.
O, bütün ölkələri “nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə” çağırıb.
Rusiya Federasiyasının İrkutsk vilayətində TU-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz Telegram kanalında yazıb.
“TU-22M3 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər bütün gecə davam edib. Çox təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmadı”, - Kobzev yazıb.
Onun sözlərinə görə, digər pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar və onlar xəstəxanaya yerləşdiriliblər.
“İndi mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər. İlkin versiyada texniki nasazlıq olub”, - qubernator qeyd edib.
Aropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturun başa çatdığını elan ediblər.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Müşahidələr göstərib ki, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Mütəxəssislər qeyd ediblər ki, ötən ilin iyul ayında dünya üzrə orta hava temperaturu 16,91°C olub ki, bu da bir il əvvəlki nəticədən 0,04°C azdır.
Tədqiqatçılar hesab edirlər ki, qlobal temperaturun uzun müddət yüksək olması bir sıra amillərin birləşməsindən qaynaqlanır. Bunda karbon və digər istixana qazlarının, o cümlədən metanın antropogen emissiyaları mühüm rol oynayıb.
Bununla belə, istiləşmə həm də Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və son Günəşdə hiss edilən aktivlik ilə əlaqədardır.
Alimlər əlavə ediblər ki, “El Nino” öz yerini daha soyuq “La Nina”ya verdiyi üçün qlobal temperatur aşağı düşməyə davam edəcək, lakin 2023/24-cü ildən əvvəlki səviyyələrə çata bilməyəcək.
Digər tərəfdən qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir və 2000-ci illərin əvvəllərindən bəri aşağı səviyyəyə düşüb.(Report)
"Düşmən birlik dövlətinin sərhədini keçənə qədər ölkə ərazisində mövcud olan taktiki nüvə silahlarından (TNS) istifadə etməyi planlaşdırmırıq".
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Biz taktiki nüvə silahları hazırlandıqda, xarici rəqiblərə (baxmayaraq ki, onlar "səfeh silahdan istifadə edəcəyimizi" iddia edirlər) birbaşa bildirdik ki, siz bizim dövlət sərhədimizə addım atmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Axı bu, bizim birlik dövlətimizin sərhədidir", - Belarus lideri "Rossiya-1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində bildirib.
Qeyd edilib ki, Lukaşenko bunu Ukrayna XİN-in ölkənin hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə bağlı bəyanatına sərt cavab olaraq söyləyib.
İsrail ordusu (SAXAL) Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizində radikal HƏMAS hərəkatına aid 50 tunelin məhv edildiyini bildirib.
Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
"Hərbçilər bir aydır ki, Rəfahdakı Filadelfiya dəhlizində əməliyyat apararaq yeraltı terror infrastrukturunu müəyyənləşdirib və məhv ediblər. Son bir həftə ərzində HƏMAS-ın 50-yə yaxın tuneli dağıdılıb", - məlumatda bildirilir.
Gorus-Qafan yolu 2020-ci il dekabrın 18-də rəsmi olaraq Azərbaycan ərazisi kimi tanındı.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan çıxış edib.
Onun sözlərinə görə, müharibənin bitməsindən bir ay sonra yolun Azərbaycana təhvil verilməsi ilə bağlı sənəd imzalanıb:
“İrəvan bununla bağlı rəsmi protokolu təsdiqlədi və ərazini təslim etdi, çünki həmin vaxt Azərbaycan Ordusunun Gorus istiqamətində hücuma hazırlaşdığına dair informasiya var idi. Rusiya isə sözügedən yola nəzarət etmək üçün hazırlıq görürdü. Lakin Azərbaycan yolu öz ərazisinin tərkib hissəsi kimi rəsmi sənədlə təsdiqlədi. 2021-ci ildə isə oranı bağladı. İrəvana şərt qoyulmuşdu ki, Naxçıvana maneəsiz gediş-gəliş üçün şərait yaradılacağı zaman bu yol da açılacaq. Beləliklə Moskvanı da istəyindən məhrum etdilər”.
“Maraqlıdır ki, o zamankı Prezident Armen Sərkisyan və deputat Armen Tatoyan sənəd imzalandıqdan sonra hələ bağlanmamış Gorus-Qafan yoluna getmişdilər. Lakin oranın təhvil verildiyini açıqlamadılar”, – Baqratyan bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan 2021-ci ildən yola Azərbaycanın nəzarət etdiyini və bununla bağlı rəsmi sənəd imzalandığını açıqlayıb. Keçmiş XİN başçısının iddialarına görə, yola nəzarətin itirilməsi aylarla Ermənistan xalqından gizlədilib. Hətta bu gün də təhvil-təslimlə bağlı rəsmi sənəd Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilir.
Şimali Koreya illər sonra bu ölkəyə turistlərin gəlişinə icazə verib.
Xarici kİV xəbər verir ki, koronavirusa görə turist səfərlərinin qadağan edildiyi ölkədə sözügedən qadağa 5 ildən sonra götürülüb.
2 tur operatoru bu ilin dekabrından etibarən Şimali Koreyanın turizmə açılacağını təsdiq edib.
Qeyd edək ki, Şimali Koreyada hökumət vətəndaşları Covid-19-dan qorumaq üçün 2020-ci ildə sərhədlərini bağlayıb. Hətta xaricdəki Şimali Koreyalıların belə ölkələrinə gəlməsinə icazə vermirdi.
2023-cü ilin ikinci yarısında beynəlxalq uçuşlar bərpası edilib və xarici ölkələrdəki Şimali Koreyalıların evlərinə qayıtmasına icazə verilib.
Bu ilin fevralında isə bir qrup rusiyalı turist Pxenyana səfər edib.
Ermənistanın baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdləri ilə görüşü zamanı sərhəd dirəyini göstərməsi viral hadisəyə çevrilib.
Paşinyan öz kabinetində orta məktəb şagirdlərinə birinci sərhəd dirəyinin maketini göstərib, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası barədə danışıb.
“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, - o qeyd edib.
ABŞ hesab edir ki, İsrail Qəzza zolağında HƏMAS-a qarşı mümkün olan hər şeyi edib.
Bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, İsrailin hərbi əməliyyatı bir çox cəhətdən HƏMAS-a müharibənin oktyabr ayında başlayandan sonra ABŞ rəsmilərinin proqnozlaşdırdığından qat-qat çox ziyan vurub.
Məqalədə vurğulanır ki, bununla belə, girovların hərbi yolla qaytarılmasına nail olmaq mümkün deyil.
Bundan əlavə, yüksək rütbəli Amerika rəsmiləri etiraf edirlər ki, İsrail HƏMAS-ı ciddi şəkildə zəiflətsə də, İsrail hərbçiləri onu tamamilə məhv edə bilməyəcək.