erdogan-bu-gun-rusiyaya-gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın Kazan şəhərinə səfərə yollanacaq.

“TRT Haber xəbər verir ki, Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirə qatılan bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək.

Türkiyə liderinin Kazana səfəri iki gün davam edəcək.

İran və ABŞ hərbçiləri arasında toqquşma olub

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar ilə ABŞ qüvvələri arasında qarşılıqlı hücum əməliyyatı baş verib.

Bu barədə Suriya mediası yazır.

Verilən xəbərə görə, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar axşam saatlarında çayın əks sahilində ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərinə raketlərlə hücum edib. ABŞ bazasının yerləşdiyi ərazidə güclü partlayış səsləri eşidilsə də, bazada hər hansı itki olub-olmadığı məlum deyil.

Buna cavab olaraq ABŞ qüvvələri İranın dəstəklədiyi qrupların mövcud olduğu Havicet Sakır, Cefra, Mreyiyye və Murat kəndlərini artilleriya atəşinə tutub.

Bu toqquşmadan sonra hansı ölkəyə məxsus olduğu bilinməyən döyüş təyyarələri sözügedən kəndlərə hava zərbələri endirib.

Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Qərb Gürcüstandan müharibə istəyibmiş - Sensasiyalı qurbanlar təklifi

Qərb ölkələrindən birini təmsil edən yüksək rütbəli məmur Gürcüstanı Rusiyaya qarşı müharibəyə başlamağı təklif edib.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili "İmedi" telekanalına müsahibəsində deyib.

“Mən keçmiş baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram. Onunla Qərb ölkələrindən birinin yüksək rütbəli məmuru söhbət edib. O, İraklidən soruşub ki, Gürcüstan Rusiya ilə müharibə edərsə, nə qədər Rusiyanın qarşısında tab gətirə bilər. Ona cavab verilib ki, belə bir müharibə baş verərsə, Gürcüstan üç-dörd gün Rusiyanın qarşısında tab gətirə bilər", - İvanişvili bildirib.

Qaribaşvili həmin şəxsə onu da bildirib ki, həmin üç-dörd günlük müharibədə gürcülər tamamilə məhv ola bilər: "Həmin məmur cavabında deyib ki, 3-4 milyon gürcü var, üç-dörd günə hamısını öldürməzlər. 3-4 gündən sonra Qərb Gürcüstana Rusiyaya qarşı partizan müharibəsində kömək edəcəyinə söz verərək, meşələrdə və dağlarda müharibəyə başlamağı təklif edib".

HƏMAS üzvləri İranda təlim keçib - İsrail nəşri

İranla HƏMAS arasında əlaqə və əməkdaşlıq təsəvvür ediləndən daha geniş olub. Tehran hökumətinin bu təşkilata maddi yardımları göstəriləndən bir neçə dəfə çoxdur.

Bu barədə İsrailin “Haaretz” nəşri kəşfiyyat sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, İran yüzlərlə HƏMAS üzvünü tünellər vasitəsilə Misirə, oradan Türkiyəyə və sonra İrana aparıb:

“İranın şiələşdirmə siyasəti planları çərçivəsində fələstinli gənclərə ideoloji kurslar təşkil olunub. Onlar bir sıra universitetlərdə təhsilə cəlb edilib, həmçinin hərbi təlimlər keçiblər”.

İlon Mask oğurluğa görə məhkəməyə verildi

ABŞ-da “Blade Runner 2049” serialının istehsal şirkəti amerikalı milyarder İlon Maskı məhkəməyə verib.

Publika.az xəbər verir ki, Mask "Tesla"nın “Robotaxi” adlı sürücüsüz avtomobilini tanıtmaq üçün filmdəki kadrlardan qeyri-qanuni istifadə edib.

Bu səbəblə İlon Maska və ona məxsus “Tesla” ilə “Warner Bros. Discovery” şirkətlərinə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı ittiham irəli sürülüb.

Filmin istehsal şirkəti olan “Alcon Entertainment”in rəsmiləri bildirib ki, oktyabrın 10-da "Tesla"nın sürücüsüz avtomobili “Robotaxi”nin tanıtımında filmdəki səhnələri əks etdirən süni intellektlə yaradılmış şəkillər icazəsiz və qeyri-qanuni istifadə olunub.

Aİ Ukraynaya 18 milyard avro verəcək

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Ukraynaya kredit kimi 18 milyard avro verəcək.

Bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner danışıb.

O, həmçinin ABŞ-nin maliyyə naziri Janet Yellenin Vaşinqtonun Kiyevə Rusiyanın aktivləri hesabına 20 milyard dollar ayırmağa hazır olması barədə bəyanatını yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycana hücum olmayacaq - Paşinyan

Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq.

Üstəlik, Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır”, - Paşinyan bildirib.(Axar.az)

Fetullah Gülenin yerinə onlar gələ bilər - SİYAHI

Terrorçu FETÖ başçısı Fətullah Gülenin ölümündən sonra terror təşkilatında nələrin baş verəcəyi maraq doğurur.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, pulu kimin idarə edəcəyinə qərar verə bilməyən təşkilatın dağılmaq üzrə olduğu bildirilir.
Qeyd olunur ki, geriyə həm də çox sayda daşınmaz əmlak qalıb.

CNN-in canlı yayımında məsələni şərh edən aparıcı Hande Fırat bildirib ki, təşkilatın ləğvi məsələsi gündəmə gələ bilər:

"Təkcə Afrikadakı məktəblərdən illik 200-250 milyon dollar pul axını var. Ona görə də ABŞ və Avropa komandaları bu pula nəzarət etmək üçün öz aralarında ciddi mübarizə aparırlar. Bu mübarizənin hansı həddə çatacağını görəcəyik. Həm Avropa, həm də ABŞ komandası rəhbərliyi öz üzərinə götürmək istəyir. Bu təşkilatın ipləri ABŞ və bir çox kəşfiyyat orqanlarının əlindədir. Sözügedən kəşfiyyat təşkilatları, Gülənin illərdir qonaq olduğu ABŞ təşkilata kimin rəhbərlik edəcəyinə qərar verəcək. Hər bir terror təşkilatının istifadə müddəti var və həmin istifadə müddəti bitibsə, təşkilat ABŞ tərəfindən ləğv edilə bilər. Bu, mübarizə davam edərsə və kimisə təyin etməsələr, mübahisənin getdikcə böyüyəcəyi göz qabağındadır”.

F.Gülenin yerinə kimin keçcəyinə ABŞ-nin qərar verəcəyi deyilsə də, artıq bir neçə namizədin adı səsləndirilir. Bu adlardan birincisinin terror təşkilatının yüksək səviyyəli idarəçilərindən Mustafa Özcan olduğu iddia edilir. O, təşkilatın İstanbul və Balkan lkələrindəki “imamı”, daha sonra xüsusi xidmətlər çərçivəsində Hava Qüvvələri Komandanlığının “özəl imamı” vəzifələrində çalışıb.

F.Gülenden sonra təşkilatda ən təsirli ikinci şəxs kimi adı çəkilir. O, F.Gülenin “təşkilat üzərindəki kölgəsi” adlandırılır. M.Özcanın əsas fəaliyyəti təşkilatın digər ölkələrdən də əldə edilən çirkli plların yuyulmasından ibarətdir. 
Onun eyni zamanda FETÖ-nün tələ əməliyyatları üzrə əsas məsul adamı, həmçinin təşkilat daxilində “təyinat”larla məşğul olduğu qeyd edilir. Yəni M.Özcan təşkilatın üzvlərinin foto və video və digər məlumatları əldə edərək arxivləşdirir və lazım gəldikdə onlara qarşı istifadə edir. Ona qarşı olan  FETÖ üzvlərinin ayağının altını qazdığı da məlumdur. 

Digər namizəd isə Gülənin sirdaşı kimi tanınan İsmayıl Büyükçelebidir. FETÖ-də uzun illər ən yüksək səviyyədə “imam”ı kimi fəaliyyət göstərən Büyükçelebi təşkilatda “Böyük Qardaş” kimi tanınır.

Terrora görə axtarışda olanlar siyahısındakı M.Özcan və İ. Büyükçelebi qırmızı bülletenlə axtarışdadır. Onların hər iksinin başına ayrı-ayrılıqda 10 milyon lirə mükafat qoyulub. 

Bu adlardan başqa Cevdet Türkyolu və Osman Şimşək adları da çəkilir.

C.Türkyolunun F.Gülenin katibi olduğu və eyni zamanda təşkilata aid sərvətin böyük bir hissəsini nəzarət altında saxladığı deyilir. Məlumata görə F.Gülenin qohumu ilə evli olan Ləqəbi “uzun Cevdet”olan bu şəxs F.Gülene ən yaxın şəxslərdənhesab edilirdi. Digər təşkilat üzvlərinin ondan çəkindiyi bildirilir. Məlumata görə, F.Gülenin xəstə oluğu dövrdə birbaşa ona qulluq göəstərib. C.Türkyolunun  FETÖ daxilində xaosun qarşısını almaq üçün Gülenin uzun müddət sağlam görünməsi məqsədilə ona dərmanlar verdiyi də məlumatlıar arasındadır. 

Onun O.Şimşəklə (təşkilatın sosial şəbəkə hesablarından məsul şəxs)  2021-ci ildə bir-birinə yumruq vuraraq mübahisə etdiyi həmin dövrlər xeyli danışılmışdı. Buna səbəb kimi isə C.Türkyolunun təşkilata aid 30 milyard dolları öz mənfəəti üçün xərcləməsinə dair üzə çıxan məktub olduğu bildirilir.  Onun Türkiyənin 4 ayrı şəhərində 39 mülkünün, Pensilvaniya və Florita ştatlarında onun ailəsi adına qiyməti təxminən 100-450 min dollar aralığında olan 7 mənzili var.

FETÖ rəhbərliyinə namizədlər arasında adı hallanan digər bir şəxs isə təşkilatın kütləvi informasiya vasitələrin üzrə məsul şəxsi Ekrem Dumanlıdır.

Haber Global-ın məlumatına görə, F.Gülenin uzun müddətdir xəstə olması, psixi baxımdan qeyri-sabit əziyyətdə olmasına görə, təşkilat daxilində mübahisələr, xüsusilə də pul davası çoxdan yaranıb və get-gedə böyüyür. Təşkilatın yaradılmasından bəri orada olan Abdullah Aymaz isə FETÖ-nün Avropa üzrə məsul şəxsi kimi fəaliyyətə başlayıb. Onun M.Özcan və C.Türkyolunu Avropa qolunu təşkilatdan ayrımaqla hədələdiyi deyilir. Bu da təşkilat üzvlərinin daxildə bir-birlərinə qarşı sui-qəsdlər təşkil edə biləcəyi barədə söz-söhbətlərə səbəb olub. 

Mənbə: haberler.com
Haber Global

Billurə

 

 

 

 
Bu, Ermənistan üçün əsl fəlakət olacaq - "Biz Zəngəzur dəhlizinə nəzarət etməməliyik!"Mən Ermənistan üçün ABŞ-İran müharibəsindən daha böyük fəlakət təsəvvür edə bilmirəm.

Bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.

“Ermənistanda çox diqqətli olmalıdırlar. Bölgə ölkələrinə qarşı forpost olmaq doğru deyil. Mən heç cür təsəvvür edə bilmirəm ki, Azərbaycan o müharibəyə qarışsın”, - o bildirib.

***

Zəngəzur dəhlizi - təkcə dəhliz məsələsi deyil. Burada da müxtəlif geosiyasi maraqlar iştirak edir. Obrayen açıq şəkildə dedi ki, Ermənistan Rusiyanı həmin layihədən sıxışdırmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.

“Mən istəmirəm ki, biz dəhlizə nəzarət edək, çünki biz ona nəzarət etsək, azərbaycanlılar çox sakit bir oyun qurub, bunu bizim boynumuza atacaq və müharibəyə səbəb yaradacaqlar”, - o iddia edib.
moldovada-seckiler-ikinci-tura-qaldi

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ölkədə keçirilən prezident seçkilərində 41,84 faiz səslə öndədir.

Bu barədə ilkin nəticələri Moldovanın Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Hələ ki bülletenlərin 97,88 faizi hesablanıb.

İkinci pillədə isə 26,35 faizlə ölkənin keçmiş baş prokuroru, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo yer alıb.

İlk üçlüyü isə səslərin 13,77 faizini qazanan “Bizim partiya”nın lideri Renato Usatıy tamamlayıb.

Qeyd edək ki, səsvermədə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan ediləcək. Əks halda isə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək və burada birinci turun iki lideri iştirak edəcək.

Onu da xatırladaq ki, 52 yaşlı M.Sandu 2020-ci ildən Moldova Prezidentidir.

***

Moldova MSK-nın sədri Anjelika Karaman ölkədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyini açıqlayıb.

Belə ki, 11 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməyib.

Məlumata görə, bülletenlərin 98,56 faizinin hesablanmasına əsasən, Maya Sandu 42,07%, Aleksandr Stoyanoqlo 26,27%, Renato Usatıy isə 13,72% səs toplayıb.

Xəbər lenti