ABŞ: İran səhvə yol verməməlidir

ABŞ müdafiə naziri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yohav Qallant arasında baş tutan telefon danışığında Ağ Evin İsrailin təhlükəsizliyinə sadiqliyini və İsrailin özünümüdafiə haqqını dəstəklədiyini bir daha bəyan edib.

Ostin sosial media hesabından verdiyi açıqlamada bölgədəki ABŞ personalını, obyektlərini və tərəfdaşlarını qorumaqda qərarlı olduqlarını vurğulayaraq, həmçinin İranla bağlı mövqeyini açıqlayıb: "İran İsrailin hücumlarına cavab verməkdə səhvə yol verməməlidir".

İsrail: İran ən azı iki-üç illik imkanlarını itirdi

Oktyabrın 26-da İsrailin hava hücumu nəticəsində İran strateji müdafiə imkanlarından tamamilə məhrum edilib.

Bu barədə İsrail ordusunun "Galley ÇAXAL" radiostansiyası X (Tvitter) sosial şəbəkəsində bildirib.

Hücum İranın uzaqmənzilli ballistik raketlər arsenalına təsir etməyib. “İranın bütün strateji müdafiə imkanları məhv edilib. Yəni uzaqmənzilli zenit raketlərinin bütün batareyaları”, - mesajda aydınlıq gətirilir.

İsrail ordusunun məlumatına görə, Tehranın sərəncamında yalnız qısa mənzilli sistemlər qalıb. Radiostansiya həmçinin bildirib ki, İran yaxın iki-üç il ərzində strateji "yer-hava" raket imkanlarını itirib.

"Galley ÇAXAL" qeyd edib ki, açıq mənbə məlumatlarına görə, İranda 2 mindən çox uzaqmənzilli ballistik raket var. İsrail Hərbi Hava Qüvvələrinin reydi zamanı yalnız yeni raketlər istehsal etmək qabiliyyəti zədələnib, mövcud arsenal isə İsrailin zərbələrinin əhatə dairəsindən kənarda qalıb. Radio eyni zamanda internetdə İranda pilotsuz təyyarələrin istehsalının xeyli ziyan gördüyünə dair nəşrləri təkzib edib.

Bu ölkələr Gürcüstandakı seçkiləri TANIMADI - ŞOK SİYAHI
Markedonov: Əliyevlə Paşinyanın Kazan görüşü bu səbəblərdən əlamətdar hadisədir

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kazanda baş tutan görüş bir neçə səbəbdən əlamətdar hadisədir.

Bu barədə sosial media hesabında rusiyalı politoloq Sergey Markedonov yazıb.

“Bir neçə amili nəzərə alsaq, hadisə əhəmiyyətlidir.

Birincisi, son bir il ərzində rəsmi İrəvanın nümayəndələri Rusiyanın sülh yolu ilə nizamlanması platformasından səylə yayınaraq, ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqının “zəmanətlərinə” diqqət yetirirlər. Belə ki, oktyabrın 22-də Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter və Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə danışıqlar aparıb. Karpenter Ermənistan Nazirlər Kabinetinin rəhbərinə öz rəhbəri Co Baydenin mesajını çatdırıb. Onların söhbətinin əsas mövzusu sülh sazişinin hazırlanması perspektivləri olub. Qeyd edək ki, Əliyevlə Paşinyanın yolları bu yaxınlarda MDB sammitində kəsişsə də, orada heç bir mənalı danışıqlar aparılmayıb.

İkincisi, ilin əvvəlində tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı çoxlu proqnozlar verilirdi. Bu arada tərəflər artıq on raund razılaşma və düzəlişlərdən keçiblər. Və bir klassikin dediyi kimi, "hələ də var", - politoloq qeyd edib.

ABŞ-dan İrana qeyri-adi çağırış: İsrailə hücumu dayandırın ki, müharibə şiddətlənmədən bitsin

ABŞ administrasiyası İsrailin raket hücumundan sonra müharibənin çiddətlənib daha da genişlənməməsi üçün İranı İsrailə hücumu dayandırmağa çağırıb.

Bununl bağlı ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən edilən açıqlamada deyilir: "İranın İsrailin ən sıx məskunlaşdığı şəhəri hədəf alan hücumundan fərqli olaraq, İsrailin cavabı özünümüdafiə olub və xüsusilə məskunlaşan bölgələrdən qaçaraq yalnız hərbi hədəflərə yönəlib. İranı İsrailə qarşı hücumları dayandırmağa çağırırıq. Bu müharibə daha da şiddətlənmə mərhələsinə keçmədən sona çatsın”.

İsrail İrana hücuma keçdi - RƏSMİ AÇIQLAMA
İsrail döyüş təyyarələri bu hədəfləri vurdu

İsrailin İrana cavab hücumu rəsmi olaraq başlayıb. 

Bu barədə İsrail ordusu açıqlama yayıb.

İsrail ordusunun verdiyi açıqlamaya görə, savaş təyyarələri İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirib. Hücumdan sonra Tehranda və İranın hərbi bölgələrində şiddətli partlayışlar baş verib.

İsrail ordusunun İrana əməliyyatı gecə saatlarında başlayıb və bir neçə saatda davam edən hücum əməliyyatı səhər saatlarında bitib.

İsrail ordusunun  ictimaiyəyət verdiyi  açıqlamada deyilir ki, üç hücum dalğasından sonra İrana qarşı əməliyyatın başa çatıb.

İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, əməliyyatla bağlı  Netanyahu Kiryadakı Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzində müdafiə naziri, Baş Qərargah rəisi, İsrailin Xarici Kəşfiyyat Təşkilatının Mossad rəhbəri, İsrailin daxili kəşfiyyat agentliyinin rəhbəri Şin-Bet və Baş Qərargah rəisi ilə görüş keçirib. 

Baş nazir Netanyahu və müdafiə naziri Gallant yeraltı qərargahdan hücumları izləyib.
Qeyd edək ki, İran tərəfi də hücum əməliyyatını təsdiqləyib. İranın  "Fars" agentliyi  İsrailin Tehranın qərb və cənub-qərbindəki bəzi hərbi bazaları hədəfə aldığını açıqlayıb.

İsrail rəsmisi NBC News-yə açıqlamasında bildirib ki, İsrail İranın nüvə obyektlərinə və ya neft yataqlarına zərbə endirməyib, ancaq diqqəti hərbi hədəflərə yönəldib.

İran Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın qərbində havaya qalxıb. 

Putin: Ukrayna ordusunun komandirləri öz əsgərlərini güllələyirlər

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri (USQ) komandirlərinin təslim olmağa çalışan öz əsgərlərini güllələdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə danışıb və görüntülər Rossiya 24 telekanalında yayımlanıb.

Putin, "Təslim olmağa cəhd edən əsgərləri dərhal güllələyən komandirlər USQ hərbçilərindən onların mühasirəyə düşdüklərini gizlətməyə çalışırlar"- deyə əlavə edib.

O həmçinin qeyd edib ki, bir çox Ukrayna hərbçisi əsir düşsə də, onlara yaxşı münasibət göstərilir.

Rusiya prezidenti sonda deyib ki, Ukrayna qüvvələri mühasirəni yarmağa cəhd etsə də, buna nail ola bilmir.

İranın hava məkanı bağlandı - Təyyarələr Bakıya təcili eniş etdi

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

“Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

İrandan ABŞ-yə ciddi  xəbərdarlıq: Vuracağıq

İran Xarici İşlər Nazirliyi, ABŞ-nin üçüncü ölkə (İsveçrə səfirliyi) vasitəsilə təcili xəbərdarlıq mesajı göndərib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial şəbəkələrində dərc olunan mesajında deyilir.

Mesajda bildirib ki, yanacaqdoldurma və İsrailin hücumunu dəstəkləmək üçün istifadə edilən istənilən ABŞ bazası İranın cavab zərbələri üçün qanuni hədəf olacaq.

Daha əvvəl bildirilmişdi ki, İsrailin İrana hücumuna hazırlıq fonunda ABŞ bölgəyə əlavə F-16-lar yerləşdirib.

Hizbullahın bir raketini tutmaq İsrailə neçəyə başa gəlir?

Hizbullah tərəfindən buraxılan hər bir pilotsuz uçan aparatının İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulması təxminən 100 min dollara başa gəlir.

Musavat.com xəbər verir ki, məlumatı “Voll Strit Jurnal” (WSJ) yayıb.

Bildirilib ki, vurulan hər raket İsrail Müdafiə Qüvvələrinə (İDF) bir neçə milyon dollara başa gəlir ki, bu da ölkənin resurslarını tükəndirir.

Yəhudi dövlətinin şimal bölgələrinə edilən son hücum zamanı Livandan 50-yə yaxın raket atılıb. Onlardan bəziləri, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ələ keçirilib.

Mütəxəssislərin qeyd etdiyi kimi, döyüş meydanında dronlardan artan istifadə xərclərin asimmetriyasını üzə çıxarıb: müdafiə hücumdan daha bahalıdır.

Xəbər lenti