Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

Afrikadan qovulmuş, iqtisadiyyatı böhran mərhələsinə keçid etmiş Fransa Avropa Birliyinin hərbi müdafiə vəsaitlərini ələ keçirtməkdə israrlıdır... Rəsmi Parisin “fırıldaqçılıq ssenarisi” baş tutarsa, Avropa Birliyinin kənar hərbi təhdidlərə qarşı müdafiəsiz qala biləcəyi qətiyyən istisna deyil...

Ölkə.Az musavat.com-a istinadən bildirir ki, Avropa Birliyi məkanında Rusiya xofu ən yüksək həddə çatıb. Belə ki, “qoca qitə” dövlətləri Ukraynanın hərbi məğlubiyyətinin Avropa Birliyi üçün böyük fəlakətlərə yol aça biləcəyindən ciddi şəkildə narahatdırlar. Əsas arqumentlər ondan ibarətdir ki, Rusiyanın güclü hərbi-sənaye kompleksi mövcuddur. Ona görə də, Ukrayna savaşından sonra Rusiya hərbi itkilərini sürətlə bərpa etmək şansı qazana bilər. Yəni, Rusiyanın silah-sursat və hərbi texnika istehsalının qısa müddətdə onun ordusunun döyüş qabiliyyətini yüksəltməyə imkan verə biləcəyi ehtimal edilir. Və Avropa Birliyi ölkələri hadisələrin belə inkişafına hələlik qətiyyən hazır deyillər.

Onu da qeyd etmək lazımdır ki, Almaniya və Fransa başda olmaqla, bəzi Avropa ölkələri “qoca qitə”nin real hərbi təhlükə qarşısında olduğuna şübhə etmirlər. Almaniyanın hərbi dairələri hətta yaxın gələcəkdə Rusiya ilə müharibənin qaçılmaz olacağını iddia edirlər. Ona görə də, alman hərbi analitiklər Avropa Birliyini sürətlə savaşa hazırlaşmağa çağırırlar. Üstəlik, onların fikrincə, belə bir hazırlıq üçün o qədər də çox zaman yoxdur. Və Ukrayna savaşı yaxın aylarda dayandırılarsa, Avropanın yeni savaş alovuna bürünməsi hər an baş verə biləcək təhlükəyə çevriləcək.

trump-europe-Снимок.JPG (108 KB) 

Bütün bunları nəzərə alan Avropa ölkələri Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin “qoca qitə”nin gələcək taleyi üçün vazkeçilməz variant hesab edirlər. Onların qənaətinə görə, Ukraynaya dəstək Avropa Birliyinə müharibə hazırlığı üçün zaman qazandıra bilər. Yəni, Avropa ölkələri üçün indi Tramp-Putin sövdələşməsinin pozulması və Ukrayna savaşının nəyin bahasına olursa-olsun, uzadılması xüsusi əhəmiyyət daşıyır. Və bu baxımdan, ABŞ-ın Ukrayna savaşının dayandırılmasına yönəlik cəhdlərinə müqavimət göstərilməsi qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, Tramp-Putin sövdələşməsindən sonra Kremldə də Ukrayna savaşının məhz Rusiyanın mənafeyinə uyğun şərtlər çərçivəsində dayandırılacağına əminlik yaranıb. Ancaq Kremldə indi daha çox “qoca qitə” ölkələrinin mövqeyidən, onların Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədn ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya siyasi dairələri Avropa Birliyi, Böyük Britaniya və Fransanı Tramp-Putin sövdələşməsinin reallaşması qarşısında əsas əngəl olaraq, görürlər. Və onları “sülh prosesi” pozmaq, Ukrayna savaşını uzatmaq cəhdlərində suçlayırlar.

Məsələ ondadır ki, Böyük Britaniya Ukraynaya hərbi texnika göndərməkdə və maliyyə dəstəyi ayırmaqda davam edir. Eyni zamanda, Avropa Birliyi də üzv dövlətlərin hərbi təhlükəsizlik xərcləri üçün 800 milyard avrodan artıq maliyyə vəsiti ayırıb. Avropa Komissiyasının rəhbərliyi öz fəaliyyətini “qoca qitə”nin silahlandırılması və müdafiə sisteminə trasformasiya prinsiplərinə uyğunlaşdırmaq niyyətindədir. Yəni, Avropa məkanında yeni və genişmiqyaslı hərbi layihələrin icrasına başlanılmaqdadır. Və bu proses iştirakçı dövlətlər arasında müəyyən ziddiyyətlərlə də müşayiət olunmaqdadır.

 6f8XB1LXR62QGoJE0gTD.jpg (92 KB)

Bəzi məlumatlara görə, Almaniya Türkiyənin Avropa Birliyi məkanının təhlükəsizlik sistemi üçün vazkeçilməz hərbi-siyasi tərəfdaş olduğunu xüsusi olaraq, qabardır. Rəsmi Berlin hesab edir ki, Türkiyə özünün güclü və yüksək döyüş qabiliyyətli ordusu ilə “qoca qitə”nin təhlükəsizliyində həlledici rol oynamaq imkanındadır. Üstəlik, Türkiyənin ən müasir hərbi texnika növlərinin istehsalı ilə diqqəti çəkən hərbi-sənaye kompleksi də olduqca önəmli faktordur. Və bu səbəbdən də, Almaniya Avropa Birliyi ölkələrinin hərbi təhlükəsizlik sistemində, eləcə də, bu sahəyə ayrılmış maliyyə vəsitinin xərclənməsində Türkiyəyə xüsusi yer ayrılmasında israr edir.

Ancaq bu məsələ Almaniya və Fransa arasında ciddi ziddiyyətlər doğurmağa başlayıb. Belə ki, rəsmi Paris Almaniyadan fərqli olaraq, Türkiyənin bu prosesdən tamamilə kənarda saxlanmasına çalışır. Fransa rəsmi dairələri Türkiyəni olduqca ciddi rəqib statusunda görür və bu səbəbdən də “qoca qitə”nin silahlandırılması prosesinə buraxılmasına qarşı çıxır. Rəsmi Paris bu məsələdə Avropa Birliyi ölkələrindən daha çox, yalnız Fransanın maraqlarından çıxış edir. Və bu fransız eqoizmi yaxın gələcəkdə Avropa Birliyi üçün real təhlükələr törədə bilər.

1741348869_1.jpg (67 KB) 

Makron hakimiyyəti bir tərəfdən Avropa məkanında liderlik etməyə can atır. Digər tərəfdənsə, Fransa hərbi-sənaye kompleksinin istehsal etdiyi silahları Avropa ölkələrinə satmaq niyyəti güdür. Yəni, rəsmi Paris Avropa Birliyinin hərbi tərhlükəsizlik xərcləri üçün üzv dövlətlərə ayırdığı 800 milyard avroluq maliyyə vəsitinin məhz Fransaya axışını təmin etmək planı qurmaqdadır. Halbuki, Fransa hərbi-sənaye kompleksinin istehsal etdiyi silahlar müasir tələblərdən geri qalır. Və belə hərbi texnika ilə silahlanmış Avropa ordularının döyüş qabiliyyətinin ciddi suallar yaradacağı qətiyyən şübhə doğurmur.

Bütün bunlara baxmayaraq, Afrikadan qovulmuş, iqtisadiyyatı böhran mərhələsinə keçid etmiş Fransa Avropa Birliyinin hərbi müdafiə vəsaitlərini ələ keçirtməkdə israrlıdır. Rəsmi Paris buna nail olacağı təqdirdə, Fransa iqtisadiyyatını çökmə təhlükəsindən xilas edə biləcəyinə ümid bəsləyir. Yəni, Makron hakimiyyəti, imkan veriləcəyi təqdirdə, Fransanın maraqları üçün Avropa Birliyini fırıldaqçılıq yolu ilə talamaq niyyəti güdür. Və rəsmi Parisin bu “talançılıq planı” baş tutarsa, Avropa Birliyinin kənar hərbi təhdidlərə qarşı müdafiəsiz qala biləcəyi qətiyyən istisna deyil.

Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalandı

Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb.

Bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.

Sənəd səkkiz maddədən ibarətdir. Mətndə göstərilir ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların dövlət qurumlarında təmsil olunmaq və səlahiyyətləri əsasında siyasi proseslərdə iştirak etmək hüquqlarının təmin edilməlidir. Həmçinin qeyd olunub ki, kürd icması Suriya dövlətində vacib bir cəmiyyətdir və Suriya dövləti kürd icmasının vətəndaşlıq hüquqlarını və bütün konstitusiya hüquqlarını təmin edir. Razılığa görə, bütün Suriya ərazisində atəşkəs təmin olunmalıdır. Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların sərhəd qapıları, hava limanları, neft və qaz yataqları daxil olmaqla, Suriya dövlətinin idarəçiliyinə inteqrasiya olunmalıdır. Eyni zamanda, qaçqın suriyalıların kənd və qəsəbələrinə qayıtmaları təmin edilməsi, Suriya dövləti onların təhlüksizliyini təmin etməlidir. Keçmiş prezident Bəşər Əsəd rejiminin qalıqları və ölkənin birliyini təhdid edən bütün təhlükələrlə mübarizədə Suriya dövlətinə dəstək verilməlidir.

Sənədi imzalayan tərəflər – YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa cəmiyyətin bütün komponentləri arasında parçalanma, nifrət nitqini rədd ediblər. İcra komitələri bu müqavilənin həyata keçirilməsi üçün cari ilin sonunadək çalışacaqlar.

Xatırladaq ki, fevralın 27-də PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan tərəfdarlarına təslim olmaqla bağlı çağırış etmişdi. Daha sonra isə PKK terror təşkilatının yaxın bir ayda qurultay keçirəcəyi və özünü buraxacağına dair məlumat yayılmışdı.

Tramp: Bəşəriyyət üçün əsas təhlükə...

Bəşəriyyət üçün əsas təhlükə iqlim dəyişikliyi yox, müxtəlif ölkələrdə olan nüvə silahlarıdır.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Tramp iqlim dəyişikliyini “ekzistensial təhlükə” adlandıran sələfi Co Baydenin mövqeyi ilə razılaşmır.

ABŞ prezidenti zarafat edib ki, Bayden "həqiqətən bu termini bəyənirdi".

O əlavə edib ki, ən böyük təhlükə müxtəlif ölkələrdə olan nüvə silahlarıdır: “Sizi kilometrlərlə uçura biləcək bu nəhəng canavarlardır”.

10 min ukraynalı əsgər Kurskda mühasirədə - Forbes

Ruslar Kursk vilayətində 10 min ukraynalı əsgərin qarşısını almaq üçün körpüləri dağıdırlar.

“Forbes” xəbər verir ki, Kursk vilayətində 10 min nəfərlik Ukrayna qarnizonu kritik vəziyyətdədir.

Rusiya tərəfi PUA ilə ukraynalı əsgərlərin əsas müdafiə nöqtəsi olan Kursk ilə Sudja şəhəri arasındakı əsas yolda çoxsaylı avtomobilləri məhv edib, yollardakı körpüləri dağıdır.

Rus ordusu şimali Koreya ordusu ilə birgə Ukrayna ordusunu Kurskandan çıxarmaq istiqamətində əks hücuma keçib.

Rusiya qüvvələri Ukrayna təyyarələrinin, xüsusən də MiQ-29-ların hücumlarına baxmayaraq, istənilən qaçış yolunu bağlamağa çalışır.

“Düşmən Kursk vilayətində və beynəlxalq sərhəddə körpüləri dağıtmaqla Seversk operativ-taktiki qrupunun Kursk vilayətindən Ukrayna ərazisinə çıxmasının qarşısını almağa çalışır”, - deyə Ukrayna Müdafiə Strategiyaları Mərkəzi xəbərdarlıq edib.

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusundan vaz keçməyən ABŞ prezidenti Donald Tramp bunu növbəti dəfə dilə gətirib.

Tramp sosial media platformasında açıqlamasında ABŞ Konqresindəki çıxışını xatırladaraq deyib: “Çıxışımda açıq şəkildə qeyd etdiyim kimi, ABŞ Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını güclü şəkildə dəstəkləyir.

Qrenlandiya xalqına İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi də qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik".

Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp qeyd edib ki, bu və ya digər şəkildə Qrenlandiyanı alacaqlar.

Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə "balaca adam" deyərək hədələdi

ABŞ dövlət katibi Marko Rubio, milyarder İlon Mask və Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında qalmaqal yaşanıb.

“reuters” xəbər verir ki, nəticədə ABŞ dövlət katibi Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskini uydurmaçılıq və nankorluqda ittiham edib.

Ağ Ev bu yolla Kiyevə təzyiq edib ən mühüm mineral ehtiyatlarına çıxış imkanı əldə etmək istəyir.

Belə ki, Mask bazar günü özünün X sosial media platformasında yazdığı bir yazıda qeyd edib ki, əgər “Starlink”i söndürsə, Ukraynadakı bütün cəbhə xətti məhv olacaq.

Polşa xarici işlər naziri Sikorski bazar günü Maskın bu açıqlamasına X-də cavab verib: "Ukraynanın “Starlink”dən istifadəsi üçün Polşa Rəqəmsallaşma Nazirliyi tərəfindən ildə təxminən 50 milyon dollar ödənilir".

O əlavə edib ki, təcavüz qurbanını hədələmək etikasından başqa, əgər “SpaceX” etibarsız təchizatçı olduğunu sübut edərsə, biz başqa təchizatçılar axtarmağa məcbur olacağıq.

ABŞ dövlət katibi Rubio Sikorskiyə X-də cavab verərək onun dediklərini uydurma olduğunu və heç kimin Ukraynanı “Starlink”i kəsməklə hədələmədiyini qeyd edib.

"Çox sağ ol deyin ki, əgər “Starlink” olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar hazırda Polşa ilə sərhəddə olardılar", - Rubio əlavə edib.

Mask daha sonra X sosial media platformasında Rubionun şərhlərinin "tamamilə doğru" olduğunu yazıb.

Başqa bir mesajında Mask bunları qeyd edib: “Sakit ol, balaca adam. Siz dəyərin yalnız bir hissəsini ödəyirsiniz. “Starlink” isə heç nə ilə əvəz edilə bilməz”.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters”ə bildirib ki, “Starlink” xidmətlərinin göstərilməsi ABŞ tərəfindən xeyriyyəçilik aktı deyil və Polşa bunun üçün pul ödəyib.

Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşü çox gərgin keçdi. Qızğın danışıqlar zamanı bir neçə dəfə ölkə liderləri arasında münaqişə baş verdi. Gərgin keçən görüşdə ən diqqətçəkən məqamlardan biri Ukrayna prezidentinə geyiminə görə söz atılması oldu.

Ölkə.az xəbər verir ki, rəsmi tədbir zamanı amerikalı jurnalist Qlen Brayan Zelenskiyə Oval ofisə kostyumsuz gəldiyinə görə irad tutaraq, ondan kostyumunun olub-olmadığını soruşdu. Sualın yersiz olmasına baxmayaraq, Volodimir Zelenski özünü itirməyib və öyrədilmiş jurnalistə aydın cavab verib: "Müharibə bizim üçün bitəndə geyinəcəm. Bəlkə də sizin kimi, bəlkə daha yaxşı, bəlkə daha ucuz. Görəcəyik".

Zelenskini tənqid hədəfinə gətirən geyim markası Donetskdə yaradılsa da indi ölkənin hüdudlarından kənarda da populyardır. Dünya ulduzları Kortni Kardaşyan və Cici Hadid, eləcə də yerli məşhurlar bu markanın daimi müştəriləridir.

Bəs üç ildir müharibə içində olan ölkənin liderini belə geyindirən markanın sahibi kimdir? Ukrayna prezidentinin dizayneri "Financial Times"a danışdıqdan sonra onun əslən azərbaycanlı Elvira Həsənova olduğu üzə çıxıb.

Məlum oldu ki, Ukraynada azərbaycanlı ailənin yaratdığı "Damirli" geyim şirkətinin məhsullarından təkcə bu ölkənin yox, Avropa və ABŞ-nin məşhur şəxsləri də yararlanırlar. Brendin yaradıcısı Elvira Həsənovanın geyimlərinin müştəriləri arasında Zelenskidən başqa, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və kral ailəsinin üzvləri də var.

Elvira Həsənovaya gəlincə, o, ukraynalı dizayner və modelyerdir, məşhur "Gasanova" və "Damirli" brendlərinin sahibidir.

Elvira həyat yoldaşı Ehtiram və qızı ilə

Elvira Həsənova 1992-ci ildə Ukraynanın Donetsk şəhərində doğulub. 2008-2013-cü illərdə Maksim Qorki adına Donetsk Dövlət Tibb Universitetində təhsil alıb. Amma təhsilini yarımçıq qoyub. 2012-2013-cü illərdə Donetsk şəhərində 1 saylı Mərkəzi Dövlət Xəstəxanası və 1 saylı Mərkəzi Dövlət Xəstəxanasında stomatoloq kimi təcrübədən keçib və işləyib.

Həmin illərdə bir dəfə Donetsk Moda Günlərində könüllü kimi çalışdıqdan sonra növbəti il ilk kolleksiyasını orada təqdim edib. İkinci kolleksiyasını da orda nümayiş etdirib. Bu, Elviranın moda dünyasına yolunu açıb. Amma Donetskdəki fəaliyyəti uzun sürməyib. Müharibə başladıqdan sonra Elvira Kiyevə köçüb.

Volodimir Zelenski Estoniyanın baş naziri ilə görüşdə "Damirli" sviterini geyinib

"Kiyevdə diş həkimi kimi işləmək fikrim vardı. Amma stajımı təzəcə bitirmişdim, həkim işləyə bilmədim, ayda cəmi 2500 qrivnaya assistent ola bildim. Əlbəttə, Kiyevdə belə bir pul qazanmaq perspektivi məni çox cəlb etmədi. Buna görə də müştərilərimin çoxu Donetskdən Kiyevə köçdüyü üçün brendi inkişaf etdirməyə davam etmək qərarına gəldim", - özü o günlər haqda xatirələrində deyir.

Tibb fakültəsində əldə etdiyi biliklər artıq Elvira üçün faydalı olmasa da, bu təhsili aldığı üçün peşman deyildi. Artıq onu qarşıda başqa bir aləm - məşhurların dünyası gözləyirdi.

Alyona Zelenskaya 2023-cü ilin mayında Cill Bayden və Keyt Middletonla "Gasanova" tərzində

"Tibb fakültəsi ordu kimidir, çox intizamlıdır, buna görə də peşman deyiləm. Yəqin indi belə bir seçim qarşısında qalsaydım, yenidən tibb fakültəsinə daxil olardım", - Elvira söyləyir.

Donetskdəki iş daha çox sınaq və cəhd idisə, Kiyevdə Elvira öz üslubunu tapdı və moda dünyasında özünü təsdiqlədi.

İndi "Gasanova" və "Damirli" brendləri Ukraynadan da kənarda tanınır və sevilir. Brendin ulduz müştəriləri siyahısına modellər Bleona Kereti, Cici Hadid və Kortni Kardaşyan öz adlarını yazdırıb.

Elvira Həsənovanın Alyona Zelenskaya üçün hazırladığı eksklüziv geyim

Məşhur brendin yaradıcısı indi nəinki məşhurlar üçün işləyir, həm də Slava Kaminskaya, Alina Baykova və Snejana Onopko kimi ulduzlarla dostdur.

Elvira məşhur insanlar arasında necə müştəri tapdığını etiraf edir:

"Elə oldu ki, onlara özüm yazdım. Bizə çox vaxt kifayət qədər ulduz geyindirdikdən sonra müraciət edirlər. Əlbəttə, ulduzlarla əməkdaşlıq edən stilistlər vasitəsilə işləyirik, onlar tez-tez bizə yazırlar ki, bəzi məhsullarımızı almaq istəyirlər".

Hazırda Elviranın komandası xeyli böyükdür. "Gasanova" və "Damirli"nin çoxsaylı butikləri və özünün geyim istehsalı sexləri var.

19 yaşlı müharibə əlili Ruslana Danilkina Həsənovanın Yeni il kampaniyasında

Elviranın dizayn etdikləri geyimlər podiumlarda ilk dəfə 2017-ci ildə görünür. Növbəti Ukrayna Moda Həftəsi çərçivəsində isə artıq onun paltarları dünya ulduzlarının əynində idi. Bu gün o brendin baş dizayneri və təsisçisi Elvira Həsənova artıq Ukraynanın birinci xanımı Alyona Zelenskaya, Uels şahzadəsi Keyt Middlton və ABŞ-nin keçmiş birinci xanımı Cil Baydeni geyindirir. Artıq bu brendin 12 yaşı var.

Elvira Həsənova öz soyadını daşıyan geyim brendinin əsasını 23 yaşında qoyub. İndi onun 33 yaşı var. Artıq iki brendi idarə edir - "Gasanova" və "Dəmirli", həmçinin azərbaycanlı həyat yoldaşı Ehtiramla 3 yaşlı qızını böyüdür.

Elvira 2023-cü ilin oktyabrında Parisdə kolleksiyasını təqdim edir

Rusiya-Ukrayna müharibəsi başlayanda Elvira qətliamın baş verdiyi Kiyev vilayətinin Buça şəhərində yaşayıb, vəziyyətin gərginləşməsindən sonra ailəsi ilə birlikdə Kiyevə gedib.

Elviranın naxışlı köynəkləri Ukraynanın peşəkar boksçusu, ağır çəkidə dünya çempionu Aleksadr Usık və Prezident Volodimir Zelenskinin sevimliləri sayılır. Ukraynanın birinci xanımı da tez-tez kameralar qarşısında onun geyimlərində görünür. Elvira Alyona Zelenskayanın qəbuluna düşmək çox cəhdlər etdiyini, sonda bunu bacardığını deyir.

Cici Hadid "Gasanova" kombinezonunda

"Prezidentin andiçmə mərasimindən dərhal sonra birinci xanımı geyindirmək arzusunda idim. Amma stilistə görə alınmadı. Dəfələrlə yazdıq, zəng etdik, amma təəssüf ki, o vaxt orada olan stilist bizə cavab vermədi. Sonra böyük bir layihə zamanı bədii rəhbərimlə söhbət edəndə o mənə dedi ki, indi birinci xanımın stilisti Natalya Kamenskayadır. Onunla danışdıq, bizə dedilər ki, eskizlər çəkək və istədiyimizi təklif edək. Biz çəkdik, eskizi təsdiqlədilər və sifariş verdilər ki, tikin", - Elvira deyir.

Ölkənin birinci xanımı üçün geyimlər hazırlamağa başladıqdan sonra Ukrayna prezidenti də onun daimi müştərisi oldu.

Artıq bu gün Elviranın brendinizi bütün dünya ulduzları geyinir. Amma onun geyindirmək istəkləri başqa məşhurlar da var.

Biyons üçün paltarın eskizi. Həsənova pop-diva üçün geyim yaratmaq arzusundadır

Özü bu haqda deyir: "Hələ geyindirmək istədiyimiz ulduzlar çoxdur. Məsələn, Ancelina Colini geyindirmək istərdim, çünki onun baxışı çox gözəldir. Leonardo Di Kaprio da çox maraqlıdır".

Tramp və Zelenskinin Ağ Evdəki mübahisəsi zamanı Ukrayna prezidentinin geyimi ilə bağlı yaşananlara gəlincə, Elvira etiraf edir ki, jurnalistin bu barədə sualı onun üçün sürpriz olub. Dizayner Ukrayna prezidentinin geyiminin siyasətçilərin görüşündə müzakirə mövzularından birinə çevriləcəyini gözləməyib. Bununla belə, onun fikrincə, Ukrayna lideri öz obrazı ilə xalqla həmrəy olduğunu nümayiş etdirib. (Teleqraf.com)

Tramp dünyada ən pis təhsilin ABŞ-də olduğunu etiraf edib

“ABŞ Təhsil Departamenti və Amerika təhsili dünyada ən pisdir”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Ondan Təhsil Nazirliyinin ləğvi ilə bağlı planlardan danışmağı xahiş ediblər:

“Biz məktəbləri dövlət nəzarətinə qaytarmaq istəyirik, çünki sözün əsl mənasında dünyanın ən pis təhsilimiz var. Biz siyahının ən sonundayıq, lakin bir tələbəyə düşən təhsil xərclərinə görə bir nömrəyik. Biz istəyirik ki, dövlətlər dünyanın ən yaxşı təhsil nazirlikləri qədər yaxşı məktəbləri idarə edə bilsinlər”.

Trump əvvəl bəyan edib ki, ləğvindən sonra Təhsil Departamentinin bəzi funksiyaları Xəzinədarlıq, Ticarət və ya Kiçik Biznes Administrasiyasına verilə bilər.

KİV: PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultayı keçirəcəyi və özünü buraxacağı gözlənilir.

Bu barədə “Sabah” nəşri yazıb.

Qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.

İclasda xeyli sayda terrorçu iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək.

Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələt, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir.

Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir.

Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

turkiye-ve-iranin-xin-rehberleri-gorusdu

Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidanla Abbas Araqçı arasında görüş keçirilib.

Bu barədə məlumatı Türkiyə XİN “X” hesabında paylaşıb.

Görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində baş tutub.

Bununla belə, tərəflərin müzakirə etdiyi məsələlər açıqlanmayıb.

Xəbər lenti