Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcəyini açıqlayıb.

Ermənistan baş naziri Nikol Paşinyan bunu Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı deyib.

"Gələn həftə mən Moskvaya gedəcəyəm", - Paşinyan deyib.

Səfər zamanı Putinlə regiondakı vəziyyəti, Qarabağ və sülh sazişi məsələsini müzakirə edəcək.

Ermənistan hökumətinin başçısı sonuncu dəfə ötən il dekabrın sonunda Rusiyaya səfər edib.

İsveç Prokurorluğu ifrat sağçı, İslama qarşı düşmən münasibəti ilə tanınan, Türkiyə səfirliyi önündə “Qurani-Kərim”i yandıran Rasmus Pauldanın qiyabi həbsi ilə bağlı qərar çıxarıb.

Bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Belə ki, R.Pauldan İsveç sərhədini keçən anda hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq.

Qeyd edək ki, R.Pauldan Türkiyənin İsveçdə və Danimarkadakı səfirlikləri qarşısında Quranı yandıraraq böyük gərginliyə səbəb olmuşdu.

Hazırda o, Danimarkada yaşayır.(axar.az)

Ermənistan Xarici İşlər Nazirliyinin Vaşinqtonda nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən danışıqların yekunlarına dair bəyanat yayıb.

Ermənistan XİN-in yaydığı bəyanatda deyilir ki, nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövcud məsələlərlə əlaqədar mövqelərini təqdim ediblər.

“Nazirlər və onların komandaları "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər”, - bəyanatda deyilir.

Bayramov və Mirzoyan danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər, həmçinin müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Sabah 2023-cü ilin 1-ci Ay tutulması olacaq.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Kreml dünən Rusiya Prezidenti Vladimir Putini hədəf aldığı iddia edilən dron hücumlarının arxasında ABŞ-ın olduğunu iddia edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir",- o söyləyib.

Qeyd edək ki, Rusiya ötən gün Prezident Vladimir Putini öldürmək məqsədilə Ukrayna Silahlı Qüvvələrinin Kremlə dronlarla hücum etdiyini iddia etmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə iddiaları təkzib etmişdi.

Bundan əlavə, ABŞ Dövlət katibi Entoni Blinken də dron hücumunu Ukraynanın törətməsini təsdiqləyə bilmədiklərini demişdi.

Ermənistan müxalifətini təmsil edən “Ermənistan” və “Şərəfim var” partiyalarının heç bir münasibəti yoxdur. Əgər seçkidən sonra iki müxalifət düşərgəsi bir-biri ilə hər hansı məsələni müzakirə edib, hakimiyyətə qarşı birgə cəbhədə mübarizə aparmağa çalışırdılarsa, bu gün görünən odur ki, onlar bir-birindən tamamilə uzaqlaşıblar.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Məsələn, keçən həftə hər iki fraksiya hökumətin proqramının hazırkı hesabatının müzakirəsində iştirak etməsinə baxmayaraq, “hayastançılar”dan fərqli olaraq, “Şərəfim var” deputatları Paşinyan komandasına suallar verməkdən imtina etdilər. Dünən isə hökumətə sual-cavab formatında yalnız “hayastançılar” iştirak edib.

Bu qarşıdurmaya həmin qüvvələrin liderləri - Robert Köçəryan və Serj Sərkisyan arasındakı münasibətlər kontekstində baxmaq lazımdır. Son günlər Sərkisyan tərəfdarlarının ictimai açıqlamalarında belə bir fikir var ki, Köçəryan uduzub, onlar hakimiyyət dəyişikliyi uğrunda mübarizədə uğursuzluğa düçar olub. İndi o öz yerini Sərkisyana verməlidir”, - nəşr bildirib.

Bu gün ABŞ-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar davam etdiriləcək.

“Bu barədə məlumatı ABŞ dövlət departamentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, görüş ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.

Bu görüşün XİN rəhbərləri arasında Vaşinqtonda keçirilən danışıqların son raundu olacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gündür ABŞ-də Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar davam etdirilir. Tərəflər mayın 1-i Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüş keçiriblər. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub. Bununla yanaşı, C.Bayramov və A.Mirzoyan mayın 3-ü C.Sallivanın vasitəçiliyi ilə yenidən danışıqlar aparıblar.

“Ermənistanın təhlükəsizliyini kim təmin edə bilər" sualı əvvəlcə yanlış qoyulmuşdu. Əgər belə bir sual yaranarsa, deməli, o zaman təhlükəsizlik təhlükəsi çox yüksəkdir”.

Bunu Ermənistanın baş nazir Nikol Paşinyan deputatların suallarını cavablandırarkən deyib.

“Bu risk nəzarət altına alınsa belə, bu, yalnız müvəqqətidir. Sülh mümkündür. Amma bunun üçün siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır. Aydındır ki, bizim sülhə nail olmaq üçün siyasi iradəmiz var. Burada yeganə sual ondan ibarətdir ki, biz danışıqlar prosesi çərçivəsində həm Ermənistan, həm də onun xalqı üçün məqbul olan dünyanın elə parametrlərini nə qədər formalaşdıra biləcəyik”, - Paşinyan bildirib.

Paşinyan onu da bildirib ki, hakimiyyət orqanlarının vəzifəsi real yanaşmalar, onların məqbulluğu və emosional fonu mümkün qədər balanslaşdırmaqdır.

“Bu nə qədər mümkün olacaq, bax məsələ ondadır”, - deyən Paşinyan bununla belə əlavə edib ki, ölkə rəhbərliyi bunun üçün lazım olan hər şeyi etməyə hazırdır.

“Əgər Ermənistana yollar bağlanıbsa, bu, onları bağlayanlardan daha çox, Ermənistanın özünün problemidir”.

Musavat.com bildirir ki, bu etiraf respublikanın baş naziri Nikol Paşinyana məxsusdur. Baş nazir mayın 3-də hökumət saatında Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən, “Nemesis” abidəsinin qoyulması ilə əlaqədar Türkiyənin Ermənistan aviaşirkətləri üçün hava məkanını bağlamaq qərarını şərh edərkən İrəvandakı “”Nemesis” cavab əməliyyatının qəhrəmanları”na xitabən belə deyib.

Paşinyan deyib ki, bir tərəfdən ticarət yollarının şaxələndirilməsinin zəruriliyindən danışırlar. Eyni zamanda, digər tərəfdən belə problemlər yaranır. O qeyd edib ki, bu vəziyyət yeni deyil: “Belə ki, vaxtilə İrəvanda milli qəhrəman Qaregin Njdenin abidəsinin ucaldılması ilə bağlı problemlər yaranıb”.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Ermənistana abidələrlə bağlı suallar təkcə “qərb istiqamətindən” ortaya çıxmır. Paşinyan deyib ki, “Nemesis” əməliyyatının qəhrəmanlarına abidənin ucaldılması ideyası 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində müzakirə edilib. Və hakimiyyət maneələr yaratsaydı, o halda xəyanətdə ittiham olunacaqdı. “Əslində, böyük sual yaranır: əsl milli və dövlət xəyanəti nədir? Yollar üzümüzə bağlı olanda, bu, onları bağlayanların problemindən daha çox bizim problemlərimizdir. Bəlkə onların da problemləri var, amma bizimki qədər dərin deyil. Bütün bunlar barədə danışmalıyıq”, - Paşinyan bildirib.

Hökumət başçısı hesab edir ki, Ermənistan demək olar heç vaxt öz iqtisadi maraqlarını rəhbər tutmayıb. O, həmişə emosiyalara rəhbərlik edib. “Ermənilər emosional insanlardır. Dövlət xalqı olmağın vaxtı çatıb”, - Baş nazir vurğulayıb.

Paşinyanın nöqteyi-nəzərindən bu, çətin, lakin zəruri prosesdir. Ermənistan özünü yol ayrıcında tapdı və bundan sonra da hara gedəcəyi özündən asılıdır. Onun dövlətçiliyi isə öz növbəsində istiqamətdən asılıdır.

Vardanyan 9-cu aydır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirir… - ZİBİLƏ DÜŞMÜŞÜK...

Azərbaycan Respublikasının Xocavənd, keçmiş “Mardakert”, yəni Kəlbəcər, Ağdam və Tərtər rayonlarının, bundan əlavə Xocalı rayonunun da işğal altında qalan kəndlərində məskunlaşdırılmış ermənilər "tezliklə mobil ilkin tibbi yardım qruplarının xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər".

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu iş Putinin Azərbaycanın Qarabağ torpağındakı milyarder desantı olan Ruben Vardanyanın təsis və hazırda rəhbərlik etdiyi “Biz və dağlarımız” adlı qeyri-qanuni “ərazi inkişafı agentliyi”nin təşəbbüsü ilə həyata keçirilir. Separatçı-terrorşu rejimin qanunsuz "səhiyyə nazirliyi" ilə "əməkdaşlıq çərçivəsində” qurulmuş işdə Vardanyanın əsas tərəfdaşları torpaqlarımızda qanunsuz fəaliyyət göstərən digər qurumlar: “HENAR” "xeyriyyə fondu" və “Sante Armenie” "assosiasiyası"dır.

“Proqramın məqsədi səyyar həkim briqadalarının təşkili vasitəsilə kənd yerlərində ilkin səhiyyə xidmətlərinin daha əlçatan olmasını təmin etməkdir. ..."Səyyar həkim briqadası işə" Xocavənd rayonundan başlayacaq. "Səhiyyə nazirliyi"nin "təqdim etdiyi qrafikə əsasən, mayın 3-dən etibarən bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş avtomobil yaşayış məntəqələrinin ətrafında hərəkət edərək əhaliyə lazımi xidmət göstərəcək”- xəbərdə belə deyilir.

Xatırladaq ki, 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ ərazisinə daxil olmuş Ruben Vardanyan noyabrın 4-də baş separatçı Arayik tərəfindən “dövlət naziri” təyin olunub. O, 2023-ci il fevralın 23-də qondarma vəzifəsindən azad edilsə də, hələ də Azərbaycan ərazisində qeyri-qanuni ictimai-siyasi və “xeyriyyə” fəaliyyətini davam etdirir…

Xəbər lenti