İran Prezidenti İbrahim Raisi bu gün Suriyaya rəsmi səfərə gedib, onu Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın İqtisadiyyat naziri Məhəmməd Samer əl-Xəlil tərəfindən qarşılayıb.

Suriyanın “Əl-Vətən” qəzetinin məlumatına görə, Rəisinin səfəri iki gün davam edəcək. Səfər çərçivəsində İran və Suriya prezidentləri iki ölkə arasında, xüsusilə də iqtisadi sahədə strateji əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparacaq.

Qəzetin məlumatına görə, Rəisinin səfəri zamanı İran və Suriya arasında iqtisadi sahədə çoxlu sayda saziş və anlaşma memorandumu imzalanacaq

Qeyd edək ki, Rəisi son 13 ildə Suriyaya səfər edən ilk İran prezidentidir.

Ermənistanın müdafiə naziri Suren Papikyan N saylı hərbi hissəyə qəfil səfər edib.

 ermənilərin 15 dəqiqə ərzində dərc etdikləri açıq mənbələrdən və 2-3 fotoşəkildən istifadə etməklə bu "sirli" hərbi hissənin dəqiq mövqeyi bəlli olub: İrəvanın şimal hissəsi, Çarav Ağbyur küçəsi. 

Bu hərbi hissənin ərazisində Ermənistan Müdafiə Nazirliyinin 5-ci ordu korpusunun qərargahı yerləşir.

Bundan əlavə həmin ünvanın dəqiq koordinatları belə müəyyən olunub: 40°13'10.21"N 44°32'52.36"E.

 

 

 

 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

Hadisə dünən axşam saatlarında şəhərdən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində baş verib. Belə ki, partlayış döyüş sursatlarının daşınması zamanı yaşanıb.

Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat verib.

Qəzanın səbəbləri araşdırılır.

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı sənəd tezliklə imzalana bilər.

Bunu “News.am”a müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

O hesab edir ki, Ermənistan Qərblə paralel olaraq, Türkiyə ilə də oynayır. Qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Ankaraya səfərini və Türkiyədə baş verən zəlzələdən sonra Çavuşoğlu ilə görüşü bunun göstəricisidir.

“Mənə elə gəlir ki, bunda Qərb diasporunun ciddi rolu var və türklər də bu kartla oynayırlar. Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər”, - deyə ekspert əlavə edib.

Laçın sərhədində yaradılan nəzarət-buraxılış məntəqəsinə gəldikdə isə Tarasov əmin edib ki, hazırda Laçın dəhlizində gedən proseslər Rusiyanın oyunu deyil.

“Rusiya əlindən gələn hər şeyi etdi, lakin İrəvan özü Qərbin tövsiyələri ilə müstəqil prosesə getdi. Bundan sonra Ermənistan sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Moskvada keçiriləcək üçtərəfli görüşə getmədi. Daha sonra İrəvan Münhen konfransında Blinkenin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi layihəsini Bakıya göndərdi. Azərbaycan isə sazişdə "Qarabağ" terminindən istifadə etmək istəmir. Qeyd edək ki, Ermənistan da Qarabağı Azərbaycanın daxili problemi kimi tanıyır. Sadəcə olaraq, İrəvan Qarabağı müəyyən şərtlərlə təslim edir”, - politoloq vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin yeganə namizədi Kamal Kılıçdaroğlu 48,6% səs toplayıb.

Axar.az xəbər verir ki, bu barədə “Optimar” araşdırma mərkəzinin seçkiqabağı sorğusunun nəticələrinə istinadən “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib:

“Hər iki namizəd son on gündə yüksəlişdədir. Ərdoğan zəlzələdən sonra böhrandan çıxdı və artıq iki həftədir ki, yüksəlişdədir. Dörd namizədin hamısı ilə bağlı sorğunun nəticələri belə olub: Ərdoğan 48,6%, Kılıçdaroğlu 44,1%, Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%”.

Qeyd olunur ki, seçki ilə bağlı proqnozlar ikinci turun olacağını deyir:

“Seçkiyə iki həftə qalmış səs faizini 48%-dən yuxarı qaldırmağı bacaran Ərdoğan ilk tur üçün lazım olan iki ballıq artımı təmin edə bilərdi. Çünki bir müddətdir ki, Ərdoğan yüksəlişdədir. Onun səsi yüksəlir, azalmır. Bu, ona ilk mərhələdə lider mövqe tutmağa imkan verə bilər”.

Türkiyənin Mardin şəhərində komendant saatı elan edilib.

“Hürriyet” xəbər verir ki, bu barədə Mardin valiliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Mardinin Nusyabin rayonda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlardır.

Belə ki, Nusyabin rayonunun ərazi hüdudları daxilindəki kənd yerlərində separatçı terror təşkilatının üzvləri və onların yüksək səviyyəli rəhbərləri hesab edilən əməkdaşlarının zərərsizləşdirilməsi, həmçinin terrorçuların istifadə etdiyi zenit mövqe və materialların, bunker, sığınacaq, anbar sahələrinin ələ keçirilməsi üçün əməliyyat elan edilib.

Qeyd edəl ki, komendant saatı Nusyabin rayonunun 9 məhəllə və bir sıra ərazilərində tətbiq edilir.

Qərbin qarşısında hazırda iki məqsəd var: Qarabağdakı ermənilər arasında sülhməramlılara etimadsızlıq yaratmaq və Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Tiqran Köçəryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı proses Praqa görüşündən sonra başladılıb.

Ekspert ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun səfərindən etibarən Paşinyanın Qərbin tapşırıqlarını icra etdiyini söyləyib.

“Onların planın iki əsas istiqamət var. Bunlar Qarabağın verilməsi və Türkiyə ilə danışıqların yenilənməsidir. Yeri gəlmişkən, şayiələr gəzir ki, Türkiyə ilə sərhəddəki Marqara məntəqəsi 1 iyunda – Paşinyanın doğum günündə açılacaq. Əgər Ermənistan və Türkiyə münasibətləri yoluna qoysalar, İrəvan növbəti gün Rusiyaya deyəcək ki, biz artıq təhlükəsizliyimizə təhdid görmürük. Yəni Rusiyaya “hələlik” deməyə cəhd edəcəyik”.

T.Köçəryan bunun üçün Ermənistandakı dərsliklərdən “soyqırım” ifadəsinin yığışdırılmağa başlandığını deyib.

Köçəryana görə, son proseslər Ermənistanda Suriyalaşma prosesinin getməsi ehtimalını artırır.

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüş zamanı Paşinyan onlara Ermənistan üçün çətin zamanların başladığını etiraf edib. O, beynəlxalq ictimaiyyətin artıq İrəvandan Azərbaycanla məsələnin qısa zamanda həll edilməsini və sülh müqaviləsi imzalamasını tələb etdiyini bildirib.

“Hər kəs bu situasiyadan yorulub” – deyə Paşinyan Azərbaycan-Ermənistan konfliktindən danışarkən söyləyib.

Erməni baş nazir həmçinin Ermənistanın yaxın 3 ildə mövcud olmaq şansının status-kvonu uzatmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu üç il ərzində Ermənistan silahlanacaq, güclü olacaq və müxtəlif istiqamətlərdə hərəkət edə biləcək.

Bununla belə erməni baş nazir Qarabağdakı proseslərin Rusiyanın ucbatından baş verdiyini söyləyib. O, həmçinin Qarabağın öz müqəddəratını təyinatı məsələsinin qeyri-real olduğunu qeyd edərək, Xankəndinin Azərbaycana reinteqrasiyasının vacib olduğunu bildirib.

“Ağ Ev İrəvanla Bakı arasında ən qısa zamanda sülh müqaviləsinin bağlanmasını istəyir və bütün fəaliyyətini də bu istiqamətdə qurub. Hətta bu yaxınlarda Ermənistana səfər edən ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi özü ilə müqavilənin layihəsini gətirib”.

“Bu barədə “hraparak” qəzeti yazır.

Nəşrin yazdığına görə, Ağ Ev hətta Ermənistanın Azərbaycanla sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün İrəvana təzyiq də edir.

Məlumata görə, ABŞ tərəfi tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir. Qeyd olunur ki, sənədin layihə variantını bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib.

Mən erməni şərhçilərdən daha çox azərbaycanlılara hörmət edirəm, onlar reallığı daha yaxşı başa düşüb, ona uyğun hərəkət edirlər.

“Bunu “News.am”a müsahibəsində politoloq Artur Xaçikyan deyib.

“Ancaq azərbaycanlılar vəziyyətin necə olduğunu bilirlər. Real düşünürlər, bizim kimi qeybət eləmirlər. Onların keçmiş xarici işlər naziri deyib ki, Rusiya indi zəifdir. Bəzi şərhçilərimizdən daha çox onlara hörmət edirəm. Başa düşürlər ki, bu dünyada məsələlər zorla həll olunur. Bir il əvvəl Ukraynada müharibə başlayanda mən demişdim ki, Azərbaycandan hücum gözləyin və belə oldu. Təbii ki, bu gün ruslar bizim üçün müharibəyə başlaya bilməzlər. Xüsusən də bizim anti-Rusiya hökumətimiz var ki, bizdə boş oturub hər şeyə kənardan baxır və bəyan edir ki, “bizim üçün bunu da et, etməsən də, deyəcəyik ki, pissən. Bu, sadəcə, gülünc vəziyyətdir”, - Xaçikyan qeyd edib.

Politoloq hesab edir ki, Qərb istəsəydi və Ermənistan onun üçün vacib olsaydıq, o zaman Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edə bilərdi, amma bu, baş vermir.

“Biz nə bu, nə də digər tərəfə, yəni heç kimə lazım deyilik. Bizim heç bir rıçağımız yoxdur. Biz heç kimə heç nə təklif edə bilmərik. Bundan öncəkilərin günahları çox idi, amma onların xarici siyasəti belə deyildi, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var idi, Rusiya Federasiyası bizim təhlükəsizliyimizi təmin edirdi, eyni zamanda Qərblə də yaxşı münasibətlərimiz var idi. İndi nə bu var, nə də digəri”, - deyə Artur Xaçikyan yekunlaşdırıb.

Xəbər lenti