![]() |
|
“Ermənilər səfirliyimizin qarşısında sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də suveren Azərbaycan və Türkiyəyə qarşı torpaq tələblərini səsləndirirlər”.
Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin tviter hesabında bildirib
““Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?!” deyə diplomat qeyd edib.
“Qadınların Ermənistan ordusuna cəlb edilməsi faydalı olmaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni ordusunun keçmiş hərbçisi Andranik Poqosyan deyib.
“Məqsədin nə olduğunu söyləmək çətindir, ümumilikdə insanların bu məsələ ilə bağlı fikirləri çox ziddiyyətlidir. “Niyə”sini bilmirəm, amma öz fikrimi söyləyə və bu plan həyata keçirilərsə, indi mövcud olan və gələcəkdə yaranacaq digər riskləri hesablaya bilərəm”, - keçmiş hərbçi bildirib.
Poqosyanın sözlərinə görə, Ermənistan ordusunun bu dəyişikliyə ehtiyacı vardı, amma artıq gecdir:
“Ermənistanın düşdüyü bu depressiyanın içində bu planı həyata keçirmək mümkün olmaya bilər. Çox zəhmət tələb edən layihədir, yanlış moderasiya zamanı qızların orduda olması nəinki faydalı olmayacaq, əksinə, onu tam məhv olmaq həddinə çatdıracaq. Çox həssas mövzudur, bir gün oyanıb qızların da orduda xidmət etməsinə qərar vermək qəbuledilməzdir”.
Poqosyan qərarın Ermənistan cəmiyyətində etiraz yaratdığını vurğulayıb. Keçmiş hərbçi bir gün oyanıb buna qərar verənlərin bir gün də ayılıb, hər şeyin məhv olduğunu görə biləcəklərini də sözlərinə əlavə edib.
“Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:
“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.
Akar terrorla mübarizənin davam etdiriləcəyini və Türkiyənin suriyalıların təhlükəsizlik qayğılarını nəzərə aldığını söyləyib.
Hazırda Qərbin hərbi-siyasi maraqları uğrunda Rusiya ilə savaşan Ukraynaya NATO üzvlüyü ilə bağlı təminat verilmir, rəsmi Kiyevə alyansın "qapılar"ını məhz özünün açmalı olduğunu anlatmağa çalışırlar... Ona görə də, son vaxtlar NATO-Ukrayna ziddiyyətləri dərinləşir, təhlükəsizlik təminatı tələblərinə müsbət cavab ala bilməyən rəsmi Kiyev isə, əks-hücum əməliyyatlarını təxirə salmaqla, ABŞ və Qərbin hərbi-strateji planlarını riskə atır...
Ukrayna savaşının yekun nəticələri bütün dünyanın geopolitik sistemini ciddi şəkildə dəyişə bilər. Hazırda belə qənaət həm Qərb, həm də Rusiya siyasi dairələrində möhkəmlənməyə başlayıb. Və hətta Kremlə yaxın siyasi dairələr ümumiyyətlə, Ukrayna savaşının məhz Rusiyanı beynəlxalq məkandan çıxarıb, dünyada yeni qaydalar tətbiq etmək məqsədilə başladıldığına əmindirlər.
Ancaq o vaxt ABŞ və Qərb bu strateji planı reallaşdırmağa nail olmadı. Çünki Kreml buna gözlənildiyindən daha radikal reaksiya verdi və sərt şəkildə müqavimət göstərdi. Saakaşvili hakimiyyətinin separatçı Abxaziya və Şimali Osetiya bölgələrini Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarətinə qaytarmaq üçün hərbi yola əl atması Rusiya üçün real bəhanə rolunu oynadı. Rusiya ordusu Gürcüstan paytaxtı Tiflisin 50-60 kilometrliyinə qədər irəlilədi. Və bununla da Gürcüstan üçün NATO-nun giriş qapıları qapadıldı.
Çünki Kreml əvvəlcə separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin "müstəqilliyini" tanıdı, ardınca isə bu əraziləri ümumiyyətlə, Rusiyaya birləşdirdi. Nəticədə Gürcüstan mübahisəli əraziləri olan ölkəyə çevrildiyindən NATO geri çəkilməli oldu. Hər halda, NATO-nun ərazilərində hərbi-siyasi münaqişə olan ölkələri öz sıralarına qəbul etmədiyi heç kimə sirr deyil.
Maraqlıdır ki, Rusiya Ukraynaya münasibətdə də təxminən oxşar ssenari üzrə hərəkət etdi. Belə ki, Ukraynada keçirilən seçkilərdə yaranmış vəziyyəti milli-etnik münaqişəyə çevirməyə nail oldu. Ardınca Ukraynanın Donbas bölgəsində rus separatizmi sayəsində münaqişə ocağı yaratdı. Kreml rus separatçıları müasir silahlarla təchiz edərək, Ukraynada yeni terrorizm məkanının əsasını qoydu. Və bununla da NATO-nun qapıları Gürcüstanın ardınca Ukraynanın da üzünə qapadıldı.
Ancaq Rusiyanın Ukrayna və Gürcüstana qarşı bu qədər arxayın və əminliklə davranmasında NATO daxilində olan çatlar da xüsusi rol oynamışdı. Belə ki, Almaniya, Fransa və İtaliya bu iki ölkənin NATO-ya üzvlük planına elə əvvəldən sərt müqavimət göstərirdi. Və hər üç ölkənin Rusiya ilə xüsusi bağlantıları, özəl narahatlıqları olmamış deyildi.
Almaniyanın keçmiş kansleri Angela Merkel ölkəsini Rusiya enerji resurslarından tam asılı vəziyyətə salmışdı. Fransa Rusiyanın Avropa ölkələrinə qarşı savaşa başlaya və nüvə zərbəsi endirə biləcəyindən qorxurdu. İtaliyanın o vaxtkı baş naziri Silvio Berluskoni isə Rusiya prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri qurmuşdu. Nəticədə bu üç NATO ölkəsi o dövrdə özəl maraqlarını üstün tutaraq, Ukrayna və Gürcüstanı Rusiyaya qurban verdi.
Belə anlaşılır ki, NATO Rusiyaya qarşı dinc yollarla mübarizə planı iflasa uğradıqdan sonra yarımçıq qalmış prosesi hərbi modeldə yekunlaşdırmaq məcburiyyətində qalıb. Ukrayna savaşının məhz Rusiya problemini birdəfəlik həll etmək üçün başladıldığı hazırda heç kimdə ciddi şübhələr doğurmur. Hətta rəsmi Kiyev də bu savaşın NATO-nun strateji planlarına xidmət etdiyini vaxtaşırı dolayısı da olsa, gündəmə gətirir. Və hazırda rəsmi Kiyev NATO qarşısında daha konkret, həm də prinsipial tələblər irəli sürür.
Məsələ ondadır ki, rəsmi Kiyev Ukraynanın bu savaş ucbatından dağıdılmasına görə bütün məsuliyyəti ABŞ və Qərbin üzərinə yükləyir. Bəzi məlumatlara görə, Zelenski hakimiyyətinin son vaxtlar intensivləşən ittihamları ABŞ siyasi dairələrində ciddi qıcıq doğurmağa başlayıb. Çünki rəsmi Kiyev ABŞ və Qərbdən Ukraynaya hərbi təhlükəsizlik təminatı üçün NATO-ya üzvlük məsələsinin dərhal həll olunmasını tələb edir.
Halbuki, bu tələbin yerinə yetirilməsinin indiki situasiyada mümkün olmadığını hər kəs, rəsmi Kiyev də anlayır. Çünki NATO Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı öz sıralarına heç bir bəhanə ilə qəbul edə bilməz. Bütün digər siyasi-hüquqi və maliyyə-iqtisadi problemləri bir kənara atdıqda belə, Ukraynanın NATO-ya üzvlüyünün bu hərbi-siyasi alyansı Rusiya ilə birbaşa müharibəyə məcbur buraxacağını qətiyyən unutmaq olmaz. Halbuki, NATO üçün Rusiya ilə birbaşa deyil, məhz Ukrayna üzərindən savaş daha sərfəli variantdır.
Ona görə də, NATO ölkələri Ukraynanın bu quruma üzvlük mövzusundan mümkün qədər yayınmağa üstünlük verirlər. Bu hərbi-siyasi alyansın üzvləri Ukraynanın NATO-ya qəbulunu ən azından indiki mərhələdə ümumiyyətlə, müzakirə etmək istəmirlər. Üstəlik, bu məsələ ilə bağlı alyans daxilində ciddi mövqe ziddiyyətləri də mövcuddur. Və bəzi Avropa ölkələri hələ də Rusiyanın aqressiv reaksiyasından ciddi şəkildə çəkinirlər.
Ancaq NATO daxilində Ukrayna mövzusu tamamilə bir kənara da atılmayıb. Belə ki, bu qurumun aparıcı ölkələri hesab edirlər ki, Ukrayna NATO-ya üzv olmaq üçün əvvəlcə Rusiya üzərində əzici hərbi qələbə qazanmalıdır. Ukrayna özünün ərazi bütövlüyünü bərpa etməlidir. Və Ukrayna savaşının yekun nəticələri Rusiyanın müqavimət göstərə bilməyəcək qədər zəifləməsi vacibdir.
Göründüyü kimi, hazırda Qərbin hərbi-siyasi maraqları uğrunda Rusiya ilə savaşan Ukraynaya NATO üzvlüyü üçün kifayət qədər ağır şərtlər qoyulur. Rəsmi Kiyevə NATO-nun "qapılar"ını açmağa o qədər də tələsmirlər. Əksinə, Ukraynanın həmin "qapıları" özünün açmalı olduğunu qabardırlar. Və bu, rəsmi Kiyevi Ukraynanın gələcək taleyi, eləcə də, təhlükəsizlik problemləri barədə daha ciddi düşünmək məcburiyyətində buraxır.
Ona görə də, hazırda rəsmi Kiyev Ukrayna ordusunun əks-hücum əməliyyatlarını mümkün qədər gecikdirməyə çalışır. NATO Ukrayna ordusunun 12 briqadasını son altı ay ərzində əks-hücum əməliyyatlarına hazırlasa da, rəsmi Kiyev daha effektiv silahlar, xüsusilə də, müasir döyüş təyyarələri, tanklar və raket sistemləri tələb edir. Halbuki, NATO rəhbərliyi Ukrayna ordusunun əks-hücum əməliyyatları üçün yetərli hərbi texnika ilə təchiz olunduğu qənaətindədir.
Belə anlaşılır ki, NATO və Ukrayna arasında müəyyən ziddiyyətlər mövcuddur. Üstəlik, bu ziddiyyətlər durmadan dərinləşir və böyük ehtimalla NATO rəsmi Kiyevin bəzi tələblərini yerinə yetirilməli olacaq. Əks halda, NATO-nun Rusiya ilə bağlı hərbi-strateji planları təhlükə altında qala bilər.(musavat.com)
Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında Azərbaycan Bayrağının yandırılması ilə balı İrəvanda müzakirələr davam edir. Aram Nikolyanın etdiyi iyrənc hərəkətdən sonra erməni cəmiyyətinin onu “qəhrəman” elan etməsi heç də birmənalı qarşılanmayıb.
JAMAZ.İNFO xəbər verir ki, ilk açıqlama Ermənistan parlamentinin deputatı Ağazaryandan gəlmişdi. O, dünya ictimaiyyətindən bu məsələyə görə üzr istəmişdi. Üstəlik, bayrağın yandırılmasını “barbar xalqın ənənələri” kimi təqdim etmişdi.
Dünən isə daha bir deputat Azərbaycan Bayrağının yandırılmasına etiraz edib. “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hakob Aslanyan Aram Nikolyanın hərəkətini axmaqlıq adlandırıb. “”Axmaq Azərbaycan bayrağını yandıranda həycanlı idi. İndi “Hayeli” klubunun başqa bir axmaqı sadalamağa başlayır ki, “baxın, azərbaycanlılar Macarıstanda belə ediblər, Çexiyada ermənilərə belə ediblər”. Bu axmaq başa düşə bilmir ki, bu hərəkəti etməklə Ermənistana hörmət qazandırmırsan. Əgər kişisənsə, bunu başqa idman meydanlarında da elə. Avropada və ya başqa yerlərdə”.
Aslanyan deyib ki, Azərbaycan heç vaxt öz ölkəsində Ermənistan bayrağını yandırmayıb. “Onlar bizdən daha mədənidirlər. Bizdə isə hansısa axmaq bayraq yandırır, cəmiyyət onu alqışlayır. Belə adamı “vətənpərvər” kimi təqdim etməsk isə gülüncdür”.
Ermənistanda 400-ə yaxın məktəb region ölkələrinin dillərinin tədrisinə maraq göstərib.
Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan açıqlayıb.
Onun sözlərinə görə, məktəblər ən çox türk dilinin tədrisi ilə maraqlanır: “Hələlik türk, Azərbaycan, fars və gürcü dili üzrə bu sayda müəllim tapmaq çətindir. Ən çox kadr çatışmazlığı isə gürcü dili ilə bağlı yaşanır”.
Andreasyan xatırladıb ki, məktəblər qonşu ölkələrin dillərini könüllü əsaslarla öz proqramlarına daxil edə bilərlər.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə müsahibəsində deyib.
Paşinyan qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, lakin bunun effektiv olması lazımdır.
“Ermənistan buna hazırdır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır”, - Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir: “Biz bu istiqamətdə işimizi davam etdiririk”.
Paşinyan onu da əlavə edib ki, Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var.
“Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, - Paşinyan bildirib.
Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək üçün layihə hazırlayıb.
Fransa Prezidenti Emmanuel Makron ölkə boyu kütləvi etirazlara səbəb olan pensiya islahatlarının yekun qəbulundan sonra ölkənin şərqinə ilk səfəri ciddi etirazla qarşılanıb.
“Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Fransanın şərqindəki Elzas şəhərinə gələn Makron Selest kommunasının əhalisi ilə görüşmək istəyib, ancaq bu alınmayıb. Belə ki, əhali onu etiraz sədaları və fitə basmaqla qarşılayaraq, görüşməkdən imtina ediblər.
Fransa Prezidentinə ünvanlanan tənqidi qışqırıqlarına və fit səslərinə baxmayaraq, o qeyd edib ki, “insanların şikayətlərini birinci dəfə deyil ki, eşidir”.
“Mən daha pis şeylər görmüşəm”, - Makron deyib.
Teleqram kanallar isə yazır ki, "Makron canını yaxşı qurtardı. Yaxşı ki, ona nəsə atmadı".
Yəmənin paytaxtı Sənada bir məktəbdə Ramazan yardımlarının paylanması zamanı yaranan izdiham 78 nəfərin ölümü ilə nəticələnib.
Xarici KİV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yəmən daxili işlər nazirliyi yardımın paylanmasına görə məsul şəxslərin saxlanıldığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
O bildirib ki, yardım paylanılan zaman artan izdihamı azaltmaq məqsədilə atılan güllələrdən biri elektrik naqilinə dəyib. Bu da partlayışa səbəb oldub və insanlar panikaya düşüb.
Qeyd edək ki, paytaxt Səna 2015-ci ildən üsyançı husilərin əlindədir.
Ölkədəki vətəndaş müharibəsi 150 mindən çox insanın ölümünə səbəb olub, ölkə əhalisinin dörddə üçün - 23 milyon insan ərzaq yardımına möhtacdır.