ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Belə ki, ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənədə əsasən, Adeyemo və Qriqoryan çərşənbə axşamı görüşüblər. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Bəyanatda deyilir ki, Adeyemo həmçinin “ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini vurğulayıb”.
O, Birləşmiş Ştatların ABŞ və Ermənistan arasında əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya və Ermənistan da daxil olmaqla bir neçə ölkənin 28 müəssisəsinə ixrac məhdudiyyəti qoyub./oxu.az

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə xarici ölkələrin agenti kimi çalışan yüksək rütbəli məmurların ola biləcəyini istisna etməyib.

O bunu parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin yüksək rütbəli xarici ölkə agentləri orduda çaxnaşma yaradırlar.

“Məsələn, hərbçilər arasında panika, çaxnaşma yaratmaq üçün tabeliyində olanlara tapşırır ki, hamı döyüş mövqelərini tərk etsin. Niyə? Motivasiya üzə çıxmayınca heç bir cinayətin üstü açılmayacaq. Ola bilsin ki, onlar başqa ölkənin agentləridir”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, bunun üçün yuxarıdan əmr almalı idilər: “Daha doğrusu, bu əmri mən verməliydim, amma verməmişəm. Deməli, onlar hansısa daha yuxarılardan əmr, sifariş alıb, onu yerinə yetiriblər. Özü də əmri kimdən aldığını demir”.

Erməni politoloq Ermənistan ərazisində İran PUA-larının olduğunu etiraf etdi... - "Bu, o deməkdir ki..."

“Əslində İran PUA-ların köməyi ilə Ermənistan ərazisinin konkret hissələrinə nəzarət edir və Ermənitsan tərəfinin “qanuni qurbanlar” vasitəsilə əraziləri Azərbaycana necə təslim etdiyini müşahidə edir”.

Moderator.az xəbər verir ki, bunu dünən - aprelin 11-də Ermənistanın Laçınla sərhəd ərazidəki Dığ kəndi yaxınlğındakı qanlı təxribatdan sonra erməni mediasına açıqlamasında İrəvan dövlət universitetinin dosenti, politoloq Alen Gevondyan bildirib.

“İndiyədək bu səlahiyyətə yalnız 102-ci Rusiya bazası malik idi... Bu, o deməkdir ki, Ermənistan İrandan sadəcə olaraq imtina edə bilməz. Çünki İran Ermənistan tərəfinin sürünən müharibə vasitəsilə ən yüksək səviyyədə torpaqları necə təhvil verdiyini öyrənib... Xatırladım ki, İran çox gözəl bilirdi ki, erməni tərəfi türklərə və azərbaycanlılara dəhliz vəd edib. Və buna görə də Ermənistana Zəngəzur dəhlizinin İran üçün qırmızı xətt, Ermənistan üçün isə son olacağı barədə xəbərdarlıq etmişdi”, - deyə erməni politoloq əndrəbadi yalanları arasında gerçəkləri də etiraf etməli olub.

Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna görə Rusiyanın hərbi-siyasi rəhbərliyində isterika davam edir, eyni zamanda işğalçıların özləri də fiziki və mənəvi cəhətdən tükəniblər. Müharibənin bu il bitməsi ehtimalı var.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib.

Qudkov qeyd edib ki, Rusiya işğalçı qüvvələri döyüş sursatı, ərzaq və digər təchizatla bağlı vəziyyəti yaxşılaşdıra bilsə də, itkiləri artmaqda davam edir:

“Rusiya döyüş ruhunu və hücum qabiliyyətini itirir. Və o, başa düşsə ki, heç bir nəticə yoxdur və Ukrayna güclənir, o zaman müharibə sonsuza qədər davam edə bilməz. Mən həqiqətən Ukraynanın gələcək əks-hücumuna çox inanıram”, - siyasətçi vurğulayıb.

Qazaxıstanda yenidən etiraz aksiyaları keçirilir.

"Ölkənin cənub-qərbindəki Manqistau vilayətinin Janaozen şəhərinin yüzlərlə sakini mərkəzi meydana toplaşaraq, bir müddət əvvəl Astanada saxlanılan həmyerlilərinin azad edilməsini tələb edirlər.

Bu gün günorta saatlarında Astanada Energetika Nazirliyinin qarşısında tətil zamanı işçilər polis tərəfindən saxlanılıb. Neftçilər işdən çıxarılmalarından narazı qalaraq, neft şirkətinin rəsmiləri və nümayəndələri ilə görüş tələb ediblər.

ABŞ Prezidenti Co Baydenin səfərə hazırlaşdığı İrlandiyada ona qarşı təxribatçı planlar qurulub.

Xarici KİV xəbər verir ki, bu barədə Şimali İrlandiya polisi məlumat verib.

Verilən məlumata görə, Yeni İrlandiya Respublika Ordusunun (İRA) C. Baydenə qarşı təxribatçı bombalama planı pozulub.

Həmçinin, “The Belfast Telegraph” yazır ki, “New İRA” respublikaçı hərbiləşdirilmiş qrupun üzvləri hücum üçün bomba hissələri axtarırdılar.

Başqa bir mənbədə isə bildirib ki, “İRA”nın yeni lideri Tomas Mellon Baydenin səfərini kölgədə qoymaq istəyib.


Braziliyanın şimalında Maranha əyalətinin 64 şəhərində leysan yağışları səbəbi ilə  fövqəladə vəziyyət elan edilib.

Xarici KİV xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həlak olub.

 .Həmçinin, 7700 ailə evsiz qalıb, 35 mindən çox insan təxliyə edilib.

Prezident Luiz İnasio Lula da Silva seldən ən çox zərər çəkən Bakabal məhəlləsinə baş çəkib:

“Xəsarət alan insanlarla məşğul olmalıyıq. İnsanlar yataq istəyir, su istəyir və onları rahatlaşdırmaq üçün hər şey istəyir. Hökumət olaraq bunlar edə biləcəyimiz şeylərdir”,- deyə o əlavə edib.

Xatırladaq ki, ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.

 

Ermənistan dünəndən etibarən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri haqda müxtəlif uydurmalar tirajlayır.

Publika.az xəbər verir ki, dünən iki azərbaycanlı əsgərin Qərbi Zəngəzurda gördüklərini deyən ermənilər bu gün “3 azərbaycanlı var idi” deyirlər.

Sisian polisi isə “3 deyil, bəlkə 6-dır” kimi iddialar irəli sürür. Baş verənlər ermənilərin saxladıqları idda edilən “azərbaycanlı əsgərin” də ssenari olduğu versiyasını gücləndirir. Lakin o dəqiqdir ki, Qərbi Zəngəzur bölgəsində yaşayan ermənilər ciddi şəkildə təşvişə düşüb.

Ermənilərin ən maraqlı iddialarından biri azərbaycanlı əsgərin getdiyi evlə bağlıdır.

“Hraparak” qəzeti iddia edir ki, saxlanılan azrbaycanlı əsgərlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olub.

“Cəmi bir neçə ay əvvəl Anna Akopyan Benunis kəndini ziyarət edərək, müharibədə ölən Qor Qasparyanın evinə gəlmiş, ailə ilə görüşmüşdü. Əldə etdiyimiz məlumata görə, Benunis kəndinə gələn azərbaycanlı əsgərin daxil olduğu ev də məhz Akopyanın ziyarət etdiyi evdir”, - qəzet iddia edir.

Görünür, məsələ tam dəqiqləşməyən qədər ermənilərin uydurmaları davam edəcək.

Tacikistan televiziyası İranla bağlı əhaliyə xəbərdarlıq edib.

Əhaliyə İrana səfər etməmək tövsiyə olunub:

“İrana səfər etməyin. İran terrorçudur. İrana getməklə özünüzün və övladlarınızın həyatını təhlükəyə atırsınız, övladlarınız isə ekstremist məktəblərə üz tuturlar və terrorçu olular və terrorçu qruplara qoşulurlar. 

Sizin övladlarınız isə sonda vətəninə, millətinə xəyanət edib, İran əsgəri olacaqlar”,- deyə xəbərdə qeyd olunur.

Sosial şəbəkələrin erməni seqmentində guya Azərbaycan əsgərinin Qarakilsədə (Sisian) evlərdən birinə girdiyi haqda iddia yayılıb.

“Hərbi formada olan” azərbaycanlının Qarakilsədə bir erməninin evinə girdiyi, onunla ermənicə danışdığı, daha sonra isə yoxa çıxdığı bildirilir.

İddianı paylaşanlar azərbaycanlının erməni sakinlə nə danışdığı, sonra hara yoxa çıxdığı haqda heç bir məlumat verilmir.

Məlumat heç bir fakta əsaslanmasa da, Ermənistanda ajiotaj yaradıb.//Axar.az

Xəbər lenti