![]() |
|
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra minlərlə rusiyalı Ukrayna tərəfdən Rusiyaya qarşı döyüşlərdə iştirak edir.
“Lenta.ru” xəbər verir ki, hərbi əməliyyatlar başladıqdan sonra minlərlə rusiyalı könüllü olaraq Ukrayna tərəfinə keçərək ruslara qarşı savaşmaqdadır.
Nəşrin yazdığına görə, Ukrayna tərəfdən döyüşən rusiyalıların ideologiyası və etnik tərkibi müxtəlifdir.
“Bura müstəqil İçkeriya (yəni Çeçenistan) tərəfdarlarından tutmuş rus neonasist qruplarınadək daxildir. Çox vaxt Ukrayna komandanlığı onları Rusiya daxilində təxribat fəaliyyətinə cəlb edir. Onlar təkcə terror aktları və təxribatlar törətmir, həmçinin kəşfiyyat məlumatları toplayır, hətta Ukrayna ordusunun maliyyələşdirilməsi üçün vəsait axtarışında olurlar”, - Lenta yazır.
Nəşrin yazdığına görə, Rusiya kəşfiyyat orqanları xeyli sayda belə insanı saxlayıb və dindirib. Dindirilmələr zamanı saxlanılanlar tez-tez etiraf ediblər ki, onlar xaricdə gizlənən və Rusiya daxilində hökumət əleyhinə hərəkatlara rəhbərlik edən şəxslərin dəvəti ilə Ukrayna ordusunun sıralarında döyüşmək qərarına gəliblər.
Ukrayna tərəfindən döyüşən qruplardan ən məşhuru Rusiya vətəndaşlarından formalaşan mühacirət siyasi həyatı yaşayan “Rusiyanın azadlığı” legionudur. Legiona Rusiya Dövlət Dumasının qaçaq deputatı İlya Ponomarevin rəhbərlik etdiyi “Silahlı Rusiya Müxalifətinin Siyasi Mərkəzi” də qoşulub. Onların əsas məqsədlərindən biri də Rusiyada hakimiyyəti devirməkdir.
Növbəti silahlı qruplaşma “Rusiya könüllülər korpusu”dur. Bu radikal qruplaşma mart ayında Rusiyanın Bryansk vilayətinin sərhədində kəndlərə hücumlar təşkil edib.
“Rusiya könüllülər korpusu”, “Rusiyanın azadlığı” kimi, Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq legionunun bir hissəsidir.
Korpusun lideri və təsisçisi Denis Kapustindir. “Rusiya könüllülər korpusu” özünün mövcudluğunu 2022-ci ilin avqustunda rəsmən elan edib. Burada döyüşənlər etnik ruslardan ibarətdir.
Ukraynada döyüşən digər hərbi qruplaşma “İçkeriya Çeçenistan Respublikası” qrupudur. Qrupun siyasi lideri 2003-cü ildə Londonda siyasi sığınacaq alan, Cövhər Dudayev hökumətində mədəniyyət naziri vəzifəsində çalışmış Əhməd Zakayevdir. Zakayev Ukraynaya döyüşlərdə dəstək vermək üçün prezident Zelenskiyə müraciət edib. Bu məqsədlə 2022-ci ilin may ayında Kiyevə rəsmi səfər edən Zakayev Ukrayna Silahlı Qüvvələrinin komandanlığının qanadı altında yeni çeçen birləşmələrinin yaradılması ilə bağlı müqavilə də imzalayıb.
Zakayevin əsas hədəfi Rusiyanın Ukraynada məğlubiyyətinə nail olub Çeçenistanın müstəqilliyini əldə etməkdir.O bununla bağlı fikrini də açıqca bəyan edib: “Rusiya Ukraynaya uduzsa, Çeçenistanın işğaldan azad edilməsi, bir neçə günün işidir. Mən buna tam əminəm”.
Məlumatlara görə, 2500-dək çeçen Zakayevin liderliyi altında Ukraynada Rusiyaya qarşı savaşır.
Bundan əlavə olaraq çeçen hərbi birləşmələrinin formal lideri radikal sələfi ideoloqu, terror hücumlarının təşkilatçısı və suriyalı cihadçıların liderlərindən biri kimi tanınan Abdul-Hakim Şişanidir (əsl adı Ruslan Ajiyevdir-red). Şişanı İkinci Çeçenistan müharibəsi zamanı Qafqazda rus bölmələri ilə döyüşlərdə xüsusi qəddarlığı ilə məşhurlaşıb.
“France 24” telekanalının məlumatına görə, yanvarın əvvəlində Ruslan Acıyev (Şişani) Baxmut yaxınlığında döyüşüb. Bir ay əvvəl o, Ukrayna vətəndaşlığını və İçkeriya Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin olunub.
“Bizim üçün savaş yaşamaq məsələsidir. Nə qədər ki, Rusiya var, biz sülh içində yaşaya bilmərik” -“İçkeriya” Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Ruslan Acıyev (Şişani) deyib.
Ermənistan parlamentində müzakirə zamanı ölkənin xarici işlər naziri Mirzoyan deputatlardan birinə yaxın vaxtlarda Moskvada azərbaycanlı və rusiyalı həmkarları Bayramov və Lavrovla üçtərəfli görüş keçiriləcəyini deyib.
Axar.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Qəzetin mənbəsinin sözlərinə görə, bu epizod təkcə deputatlar üçün deyil, hətta Paşinyan üçün də sürpriz olub:
“Söhbət görüşün özündən yox, bunun parlamentdə elan olunmasından gedir. Üstəlik, Paşinyan bu barədə ictimaiyyətə məlumat verdiyinə görə Mirzoyanı qınayıb. Lakin Mirzoyan geri çəkilməyib və bu addımının düzgün olduğunu qeyd edib.
Yeri gəlmişkən, Moskva görüşündə hakimiyyət prosesə yekun aydınlıq gətirməyə hazırlaşır. Qarşıdan gələn görüşdə Mirzoyan Rusiya tərəfinə Qərbin təklif etdiyi paket üzrə danışıqları davam etdirməyə hazırlaşdıqlarını və Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsi üçün danışıqlar platforması olduğunu bəyan edəcək”.
Fransada bir qadın Prezident Emmanuel Makronu təhqir etmək şübhəsiylə saxlanılıb.
“France 24” xəbər verir ki, hadisə Saint-Omer bölgəsində baş verib.
Fransa polisi “sarı jiletlilər” hərəkətinin nümayəndələrindən olan qadını işlətdiyi “murdar” sözünə görə evindən aparıb.
Yerli televiziyalardan BFMTV-nin xəbərinə görə, qadın qubernatorun şikayəti ilə saxlanılıb.
Qadının Makronun pensiya islahatı ilə bağlı 22 martda xalqa müraciətdən bir gün əvvəl feysbukda paylaşım etdiyi məlum olub.
"Bu murdar saat 13:00-da sizə müraciət edəcək. Biz bu murdarı həmişə televiziyada görürük",- deyə o yazıb.
İttihamlarla bağlı danışan qadın başqa bir söz yazmaq istədiyini, lakin "klaviatura qurbanı olduğunu" deyib.
Məlumata görə, 20 iyunda “prezidenti təhqir etmək" ittihamı ilə hakim qarşısına çıxarılacaq qadın təqsirli bilinərsə, 6 ilədək azadlıqdan məhrumetmə və 22 550 avroya qədər cərimə ilə cəzalandırıla bilər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçkilərdə qələbə qazanacağı halda müharibələrə qatılmamaq, ailə institutunun qorunması və Suriyadan olan miqrasiya axınının qarşısını almaq kimi üç ana xətt üzrə hərəkət edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində bildirib.
Ərdoğan, həmçinin əlavə edib ki, son iki il ərzində Qərb ölkələri Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi, lakin AK Parti bunun qarşısını alıb.
“Rosselxoznadzor” Ermənistan tərəfinin pis nəzarəti və məhdudlaşdırıcı tədbirləri pozması səbəbindən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına məhdudiyyətlər qoyub.
“RİA-Novosti”xəbər verir ki,
Ermənistan tərəfdən alınan məlumata görə, Ermənistanın süd emalı müəssisələri İran müəssisələrinin istehsal etdiyi xammaldan istifadə edir. “Rosselxoznadzor” mütəxəssislərinin 2023-cü il martın 20-dən 24-dək apardığı yoxlama zamanı Ermənistan istehsalçılarının Rusiyaya tədarük hüququ olmayan İran müəssisələrindən xammaldan istifadə etməsi faktı təsdiqlənib. Buna görə də “Rosselxoznadzor” tərəfindən Ermənistandan idxal olunan süd məhsullarına məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
“Müəyyən edilmiş pozuntuların xarakteri həm də dövlət baytarlıq xidməti tərəfindən süd emalı müəssisələrinin fəaliyyətinə lazımi nəzarətin olmamasından xəbər verir. Bu da keyfiyyətsiz və təhlükəli məhsulların Rusiyaya idxalı riskini artırır”, - “Rosselxoznadzor”dan bildirilib.
Məsələ ilə bağlı Ermənistana xəbərdarlıq edilib, bu, ciddi qanun pozuntusu hesab edilib.
Departament əlavə edib ki, Rusiya tərəfi ilə razılaşmadan və ya rəsmi imtinaya baxmayaraq, üçüncü ölkələrin müəssisələrinin Gömrük İttifaqının reyestrlərinə daxil edilməsi halları “Rosselxoznadzor” üçün xüsusi narahatlıq doğurur.
İranın Mazandaran əyalətinin Babol şəhəri yaxınlığında yerləşən zavodda partlayış baş verib.
“Khabarfoori” xəbər verir ki, partlayış Babol şəhərinin şərqində yerləşən sənaye şəhərciyində baş verib. Nəticədə xeyli sayda insan yaralanıb, 3 nəfər isə ölüb. Yaralılar Babol xəstəxanasına yerləşdirilib.
Babol Sənaye Məhəlləsinin Yanğından Mühafizə İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib ki, 60 nəfərin çalışdığı istehsalat kompleksinin təxminən 50%-i yanıb və dağıdılıb.
ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl xristian məktəbi “The Covenant”a silahlı hücum edilib.
Star” qəzeti xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.
Neşvill Polis İdarəsi tvitter hesabından verdiyi açıqlamada əlində 2 uzun lüləli silah və bir tapança olan təcavüzkarın hadisə yerində öldürüldüyünü bildirib.
Atışmadan sonra ABŞ Prezidenti Co Bayden martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsini əmr edib.
“Putinin indi müharibədə daha çox hava hücumuna üstünlük vermək taktikasını seçib. Bununla da ruslar Ukraynanın hava hücumundan müdafiə sistemini sıradan çıxarmaqdır”.
Bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı məlumat verib.
Məlumatda deyilir ki, hazırda Rusiya komandanlığı aviasiyaya arxalanıb.
“Lakin əldə etdiyimiz nəticələrə əsasən, düşmənin bu planının da baş tutmadığını görürük”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 27-də axşam saatlarında işğalçılar Shahed-136/131 hücum dronları və idarəolunan hava bombaları ilə Ukraynaya havadan zərbələri endiriblər. İran PUA-larının hücumu şimal və cənub-şərq istiqamətlərindən həyata keçirilib. Hərbi Hava Qüvvələrinin məlumatına görə, Ukrayna hərbçiləri 13 hava hədəfini məhv edib. Onların arasında 12 “Shahed-136/131” zərbə PUA və bir “Qranat-4” kəşfiyyat PUA-sı var.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb.
Bu barədə “tass”a Rusiya XİN-dən məlumat verilib.
“Moskva BCM-in Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “qarantları” fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - XİN-dən bildirilib.
Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.
2022-ci il Türkiyə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim etdi. BMT Baş Assambleyasının aldığı qərara əsasən 30 Mart, artıq bütün dünyada “Beynəlxalq Sıfır Tullantı Günü” kimi qeyd olunur. BMT Baş Assambleyası Türkiyənin əsas server, digər 105 ölkənin isə ortaq server olduğu Beynəlxalq Sıfır Tullantı Günü elan etdi.
Türkiyənin Azərbaycandakı səfirliyindən “Ölkə.Az”a verilən məlumata görə, Türkiyə, Sıfır Tullantı layihəsi ilə dünyanın maraq mərkəzində olan bütün ekoloji və təbiəti mühafizə layihələrində nümunəvi ölkə kimi seçilir. Layihə tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıların yaranması səbəblərini nəzərdən keçirməklə qarşısını almaq və ya minimuma endirmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.
Türk mətbəxinin yüzillik dayanıqlılıq prinsipləri dünyaya ilham verir
Sıfır tullantı fəlsəfəsi tullantıları həyatın bütün sahələrindən çıxarmağı hədəfləyir və israfsız mətbəx məhsulları istifadəsini tələb edir. Müasir şəraitdə zərurət olan tullantısız mətbəx nəsillər boyu türk mətbəxinin ayrılmaz hissəsi olmuşdur.
Türk mətbəxi tullantısız və dayanıqlı mətbəx tətbiqləri fəlsəfəsini qorumaqla yemək israfına yol verilməməsi prinsipinə əsaslanır, bitki və heyvan mənşəli məhsulların bütün elementlərindən faydalanmaq üçün həll yolları təqdim edir. Təbii və orqanik məhsullardan hazırlanan vegan və vegetarian mətbəxi uzun müddətdir ki, türk süfrələrinin olmazsa olmazıdır. Türk mətbəxinin zəngin diapazonuna daxil olan, demək olar ki, hər növ yemək inqrediyentlər israf edilmədən hazırlanır. Məsələn, bayat çörəkdən çox növ yemək hazırlanır. Plov qalığından isə şorba və ya düyü piroqu hazırlanır. Dolma hazırlayarkən balqabağın və ya badımcanın içi çıxarılır, amma çıxarılan içlik heç vaxt atılmır, fərqli bir dada çevrilərək istifadə olunur. Böyük ailə məclislərində təqdim olunan ənənəvi yemək növləri illərdir bu torpaqlarda dayanıqlı və ahəngdar mövcudluğun əsasını təşkil edir.
Türkiyədə Dayanıqlı Turizm
Türkiyə eyni zamanda dünyanın bir nömrəli ətraf mühit və dayanıqlılıq platforması olan Qlobal Dayanaqlı Turizm Şurası (GSTC) ilə Milli Dayanıqlı Turizm Proqramı qurmaq üçün əməkdaşlıq müqaviləsi imzalayaraq dünyaya nümunə oldu.
Müqavilə çərçivəsində növbəti üç ildə turizm sektorunun yenidən qurulmasını hədəfləyən Türkiyə, dünyada dayanıqlı turizm sahəsində hökumətlə birgə milli proqram hazırlayan və “qollarını çırmalayan” ilk ölkə oldu. Keçən il start verilən Proqramın məqsədi yerli əhali üçün sosial və iqtisadi faydaları maksimum dərəcədə artırmaq , mədəni irsi inkişaf etdirmək, biomüxtəlifliyi, ekosistemləri və təbii gözəlliyi qorumaqla yanaşı çirklənməni azaltmaq və resurslara qənaət etməkdir. Başlanğıcda qonaqlama yerləri üçün yaradılan Dayanıqlı Turizm Proqramı çərçivəsində 2030-cu ilə qədər mərhələli keçidin başa çatacağı gözlənilir. Qonaqlama yerləri effektiv dayanıqlı planlaşdırma əsasında ardıcıl olaraq dayanıqlılığı təkmilləşdirməyə təşviq edilir. Bu çərçivədə, Mədəniyyət və Turizm Nazirliyinin 15 noyabr 2022-ci il tarixli sərəncamına əsasən Türkiyədəki bütün qonaqlama yerləri 2023-cü ilin sonuna qədər 1-ci Mərhələ Dayanıqlı Turizm Təsdiqini almalıdır.