![]() |
|
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni "Togg T10X" elektromobilini alacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.
"Togg" artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik", - o deyib.
Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.
Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
“Danışıqlara başlamaq üçün Ukrayna Silahlı Qüvvələri yarımadanın sərhədlərinə çatmalıdırlar. Bununla belə Krımın hərbi yolla azad edilməsi variantı da istisna edilmir”.
"Bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Andrey Sibiqa “Financial Times” qəzetinə şərhində bildirib.
“Əgər biz döyüş meydanında strateji məqsədlərimizə nail ola bilsək və Krımla inzibati sərhədə çata bilsək, bu məsələnin müzakirəsi üçün diplomatik səhifə açmağa hazırıq”, - deyə Sibiqa qeyd edib.
Jurnalistlərin fikrincə, Sibiqanın sözləri Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə şübhə edən və nüvə eskalasiyasından qorxan Qərb rəsmilərinin inamının artmasına kömək edə bilər.
Sibiqa, həmçinin söhbətin konkret olaraq Krım yarımadasından getdiyini də qeyd edib.(oxu.az)
Ermənistanı Laçın dəhlizi ilə birləşdirən yeni Kornidzor-Teğ yolunun istifadəyə verilməsi ilə əlaqədar olaraq Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədində 12 km məsafəni nəzarətə götürüb.
Bunu baş nazir Nikol Paşinyan aprelin 6-da hökumətin iclasında deyib.
O əlavə edib ki, Laçın dəhlizinin müvəqqəti marşrutunu təmin etmək üçün ötən il əldə olunmuş razılığa əsasən, həmin ərazilərə birbaşa nəzarət yox idi: “İndi isə bildiyiniz kimi, onlar birbaşa sərhədi mühafizə etməyə başlayanda, bəzi problemlər, xüsusən də yerləşdirmə zamanı xəritələrin hər iki tərəfində uyğunsuzluqların olması səbəbindən yaranıb. Ermənistan tərəfinin bildirdiyinə görə, bəzi ərazilərdə Azərbaycan tərəfi sərhəddən 100-300 metr irəlidə Ermənistan ərazisində mövqe tutaraq mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyətə aydınlıq gətirəcəyi barədə razılıq əldə olundu. Bu müddət ərzində sərhədçilərin dislokasiya məntəqələrinin dəqiqləşdirilməsi istiqamətində iş aparılıb, vəziyyət bir qədər yaxşılaşıb. O cümlədən 12 km-dən 7 km-ə qədər dislokasiya məntəqələri dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir. Bizim yanaşmamız vəziyyətin gərginləşməsinə yol verməməklə məsələni həll etməkdir. Ümid edirəm ki, yerləşdirmə məntəqələrinin dəqiqləşdirilməsi üzrə işlər konstruktiv şəraitdə aparılacaq”, - baş nazir bildirib.
Bu gün dünyada müşahidə edilən qeyri-sabit və qeyri-müəyyən qlobal mühitdə regional vəziyyəti kəskinləşdirməkdə maraqlı olan qüvvələrə rəvac verməmək üçün bizə səbirli və təmkinli olmaq lazımdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Ermənistan hökuməti davamlı olaraq sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir”, - o əlavə edib.
44 günlük Vətən müharibəəsindəki tarixi Zəfərimizə həsr edilən bir çox b əstələr, meyxanalar, mahnılar var və günü bu gün də artmaqdadır.
Lakin "Noldu, Paşinyan" mahnısı o ifalardan oldu ki, ona nəyinki Azərbaycanda, Azərbaycandan kənarda çox qulaq asıblar.
Azərbaycanlı ifaçı gənc qızdan hansı ölkədən olduğunu soruşanda məlum olub ki, qız ermənidir.
Bu da onlar arasında sözügedən dialoq:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydenin rəhbərliyi altında baş verə biləcək üçüncü dünya müharibəsinin təhlükəsi barədə xəbərdarlıq edib.
“Fox News” xəbər verir ki, bunu Donald Tramp Nyu-York məhkəməsi tərəfindən ittiham olunduqdan sonra Mar-a-Laqodakı çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, onun rəhbərliyi dövründə ölkələrin nüvə silahından istifadə ilə bağlı açıq təhdidləri heç vaxt dilə gətirilməyib və müzakirə olunmayıb. Lakin Bayden administrasiyası dövründə üçüncü dünya nüvə müharibəsi mümkündür.
“İnansanız da, inanmasanız da, biz bundan o qədər də uzaqda deyilik”- Tramp qeyd edib.
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399-a çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Özünü “Zaman səyyahı” adlandıran və 2671-ci ilə aid olduğunu iddia edən Eno Alarik yeni xəbərdarlıqları ilə gündəm olub. O, sentyabra kimi “baş verəcək” ən vacib hadisələri sıralayıb.
Alarikin ilk xəbərdarlığı bu ilin aprelin 4-ü ilə bağlıdır. “Zaman səyyahı”nın sözlərinə görə, həmin gün buzda bubon vəbası aşkar ediləcək və 52 000 insan buna yoluxacaq.
Xəbərdarlıq belə davam edir:
“Mayın 12-də elm adamları mükəmməl qorunmuş dinozavr yumurtası tapacaqlar.
İyunun 4-də güclü zəlzələ baş verəcək və okeanın mərkəzində Marian çökəkliyindən daha dərin bir çökəklik açacaq. Yaranan çatdan nəsli kəsilmiş hesab edilən çoxlu canlılar çıxacaq.
İyulun 18-də ABŞ-də supervulkan püskürəcək və bu, yüz minlərlə insanın ölümünə gətirəcək, tüstü və kül Birləşmiş Ştatların bütün ərazisində səmanı bürüyəcək.
Avqustun 24-də Cənubi Amerikada müasirindən daha təkmil texnologiyalara malik qədim sivilizasiya aşkarlanacaq.
Sentyabrın 18-də Afrikada güclü maqnit sahəsinin mənbəyi peyda olacaq və bütün kompaslar şimal yerinə oraya işarə edəcək”.
İstifadəçilər arasında deyilənlərə inananlar tapılsa da, çoxu bu proqnozları gülüşlə qarşılayıb.
“Bu il yay gərgin olacaq”, “Bunların heç biri olmayacaq”, “Bu gülünc və inanılmaz səslənir”, - deyə istifadəçilər “Zaman səyyahı”nın sözlərinə reaksiya veriblər./oxu.az
Fransanın paytaxtı Parisdə Eyfel qülləsindən 10 dəfə kiçik daha bir “Eyfel” inşa edilib.
Xarici KİV xəbər verir ki, "Eyfela" adlanan yeni qüllə Eyfel qülləsindən 200 metr irəlidə tikilib.
“Eyfela”nın rəssam Filip Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Yeni qüllənin hündürlüyü 32 metrdir və burada 23 ton təmirdən istifadə olunub.
"Doğum elanı. Adım Eyfeladır. 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, çəkim 23 tondur. Anam çox sevindi”,- deyə qüllənin üzərində qeyd olunub.
Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan döyülüb.
“Sputnikarmenia” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
Aşot Paşinyana hansı şəraitdə hücum edildiyinin təfərrüatlarını açıqlamayan Simonyan sadəcə bildirib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.
Simonyan onu da bildirib ki, parlamentdə “Daşnaksütyun”partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mher Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı, sonra isə İrəvanın mərkəzində Daşnaksütun partiyasının digər nümayəndəsi onu təhqir edib.
“Bu, mütəşəkkil təxribatlar silsiləsindəndir ki, bunun izləri, əminəm ki, ölkə hüdudlarından kənardadır. Lakin hüquqi-siyasi qiymətlər özünü çox gözlətməyəcək”, - spiker özünün sosial şəbəkə hesabında yazıb.
Polisdən isə bildirilib ki, baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücumla bağlı polisə məlumat daxil olmayıb.