![]() |
|
Rusiyada ermənilər kütləvi şəkildə saxlanılır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.
O qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə Cinayət Axtarış İdarəsinin rəisi Aleksey Biryukov və polis rəisinin müavini Denis Qribanovun simasında bu işin konkret təşəbbüskarları var.
“Bəlkə də Biryukov özü edir bunu, çünki onun ermənilərə nifrət edir. Ən pisi odur ki, onları cərimə edirlər. Onları çoxlu kabab hazırlamağa məcbur edirlər. Və onlar da kabaı rüşvət kimi pulsuz bişirib verirlər”, - deyə Ananyants əlavə edib.
O, Ryazan hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin səbəblərini və motivlərini bilmədiyini deyib.
Ukrayna əks-hücumunun növbəti uğurlu əməliyyatların taleyini məhz ilk 24 saat həll edəcək və çox şey həmin gündən asılı olacaq.
“Bu barədə “Foreign Policy” jurnalı yazıb.
Nəşr qeyd edir ki, Ukrayna qüvvələri həmin 24 saat ərzində Rusiya hərbi rəhbərliyini iflic vəziyyətinə sala bilsə və Rusiyanın sıravi əsgərlərini panikaya sala bilsə, əks-hücum uğurlu olacaq.
Ona görə də mətbu orqanı hücumun ilk 24 saatını taktiki sürpriz, döyüş meydanında üstünlük və döyüş ruhu yüksəkliyini qoruyub salanması baxımdan vacib olduğunu qeyd edib.
“Ukraynanın çoxdan gözlənilən əks-hücumunun ilk günü Ukrayna silahlı qüvvələri üçün ən uzun gün ola bilər”, - nəşr yazıb.
Ermənistan baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirildiyini bildirib.
O bunu müxalifətçi deputatların sualını cavablandırarkən deyib.
"Bəli, məni çox təfərrüatlı şəkildə dindirdilər. Nə qədər lazımdırsa, dindirəcəklər", - Paşinyan deyib.
O, eyni zamanda müxalifəti 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb.
“Sizə müraciət edirəm, gəlin məni komissiyada dindirin”, - Paşinyan bildirib.
Rusiyanın genişmiqyaslı işğalı fonunda ümid etməyə əsas var ki, donorlar Ukraynanı vaxtında və istənilən ssenari ilə maliyyələşdirəcəklər.
“Bunu “Amerikanın səsi”nə müsahibəsində Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnı bildirib.
Ukrayna Milli Bankın rəhbəri vurğulayıb ki, Ukrayna istənilən ssenaridə yardım alacaq: “Bu təminat G7 ölkələri tərəfindən verilib. 4 illik müddətdə maliyyə dəstək paketi təxminən 140 milyard dollar olacaq”.
Suriya 10 illik fasilədən sonra Tunislə diplomatik əlaqələri bərpa edir və tezliklə Tunisdə səfirliyini açacaq.
Bu barədə Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Miqdad Tunis Prezidenti Qays Səidlə görüşdən sonra bildirib.
Miqdadın sözlərinə görə, Suriya-Tunis münasibətləri iki ölkə arasında əlaqələrin kəsildiyi 2012-ci ilə qədər yaxşı olub.
Suriyalı nazir və Tunis Prezidenti regionda baş verənləri müzakirə edib və ərəb xalqının maraqları naminə səyləri ikiqat artırmaq üçün ümumi iradəni təsdiqləyiblər.
Tunis Suriya ilə diplomatik əlaqələri təxminən 10 il əvvəl bu ölkədə silahlı qarşıdurmaların başlamasından qısa müddət sonra kəsib.
Ermənistan 2007-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Madrid prinsiplərini əsas kimi qəbul edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Bunu Ermənistanın baş nazir Nikol Paşinyan müxalifət “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
Paşinyanın sözlərinə görə, bütün problem ondadır ki, 2018-ci ildə aldığı danışıqlar irsində Qarabağ xalqı anlayışı yoxdur, əhali anlayışı var: “Bu sözlər çox vacibdir. Bəli, Helsinki Aktına və bütün digər qanunlara görə, xalq konstitusiya subyekti olsa da, əhali konstitusiya subyekti deyil, yəni suverenliyin subyekti deyil. İkincisi, öz müqəddəratını təyinetmə deyiriksə, o zaman kimdən və haradan öz müqəddəratını təyin edirik?”
O əlavə edib ki, 2007-ci ildə ortaya çıxan Madrid prinsiplərində təsbit olunub ki, Qarabağın statusunun həlli və bütün proses Azərbaycanla razılaşdırılmalıdır: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırıqsa, o zaman danışıqları niyə Azərbaycanla koordinasiya etməliyik? Biz isə Madrid prinsiplərinə uyğun olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq. Dedim ki, danışıqlarımızın məzmunu ilə ictimai diskurs üst-üstə düşməyəndə problem olur. Biz bunu tanıdıq və bütün müharibələr və toqquşmalar bununla əlaqələndirilib”.
Paşinyan sual edib ki, öz müqəddəratını təyinetmə məsələsindən necə danışmaq olar ki, Qarabağ 1998-ci ildə danışıqlar prosesindən kənarlaşdırılıb.
Nikol Paşinyan qeyd edib ki, Qarabağ məsələsi üzrə danışıqlar aparan şəxs Qarabağ xalqının nümayəndəsi olmalıdır, çünki bizim parlament seçkilərimizdə “Qarabağ xalqı” səs verməyib, ona görə də mənim mandatım yoxdur.
“Bizə məlum olan bir çox qüvvələrin əsas məqsədi bizi vətəndaşlarla söhbətimizə mane olmaq, kabinetlərimizə, hökumət binalarımıza qapanmaq və Ermənistan vətəndaşları ilə emosional və siyasi əlaqəni kəsməkdir. Belə bir şeyə yol verməməliyik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Əslində biz insanlara ev-ev, kənd-kənd, şəhər-şəhər gəzərək baş verənləri, ölkəmizin ətrafında yaşananları izah edəndə onlar bizi yaxşı başa düşəcək və anlayacaqlar, əks halda, biz burada olmazdıq.
Ermənistan bütün beynəlxalq münasibətlərdə nəinki bu gün, həm də gələcək üçün aydın şəkildə bəyan etsə ki, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazidən başqa, daha dəqiq desək, Ermənistan SSR dövründəki ərazidən başqa hər hansı bir ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur, o zaman sülh mümkündür. Biz Ermənistanın gələcəyinə inanan bütün insanlara cavabdehik. Mən həmçinin gələcəyə şübhə ilə yanaşan bütün insanlara qarşı müstəsna məsuliyyətimizi bildirməliyəm. Sülh bütün dörd qonşumuzla münasibətləri tənzimləmək deməkdir”, - Paşinyan qeyd edib.
Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb.
“Bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu vəziyyətin həm riskləri, həm də geniş fürsətləri var.
“Mənim səmimi motivasiyalarımdan biri də Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq üçün mümkün olan hər şeyi etməkdir. Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü açıq şəkildə tanısa və bu gün və heç vaxt bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi reallaşacaq. Biz bu barədə 2022-ci ildə Praqa və Soçidə Azərbaycan Prezidenti ilə razılaşdıq. İndi bir daha bəyan etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, - Paşinyan bəyan edib.
Rusiya Prezidenti Vladimir Putin Xerson istiqamətində “Dnepr” qoşun qrupunun qərargahına və “LXR”də Milli Qvardiyanın “Vostok” qrupunun qərargahlarına baş çəkib.
Bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.
Rusiya Federasiyasının başçısı Dnepr qoşun qrupunun Xerson vilayətindəki qərargahında Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski, qoşunlar qrupunun komandanı, general-polkovnik Oleq Makareviç və digərlərinin məruzələrini dinləyib.
Putin hərbçilərdən Xerson və Zaporojye istiqamətlərində vəziyyətlə bağlı fikirlərini bildirməyi və məlumat mübadiləsi aparmağı xahiş edib.
Rusiya dövlətinin başçısı “Vostok” Milli Qvardiyasının “Luqansk Xalq Respublikası”nda yerləşən qərargahında da olub, burada general-polkovnik Aleksandr Lapinin və digər yüksək rütbəli zabitlərin bu sahədəki vəziyyətlə bağlı məruzələrini dinləyib.
Putin də hərbçiləri Pasxa bayramı münasibətilə onlara ikonanın surətini hədiyyə edib.
Qeyd edək ki, o bundan əvvəl Mariupola səfər edib.