Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Report bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib. 

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. 

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çənininin yanmasının səbəbi yük maşınının partladılması olub.

***

Krım körpüsündə yük maşınının partlaması nəticəsində körpünün iki avtomobil keçidi qismən dağılıb və yanacaq dolu qatar çəni yanıb.

“Rbc xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb. 

Rusiya Milli Antiterror Komitəsi iddia edir ki, yük maşını partladıldıqdan sonra Krım körpüsündə yanacaq olan qatar alovlanıb.

“Krım körpüsündə yük maşını partladılıb... Bu, dəmir yolu qatarının yeddi yanacaq çəninin yanmasına səbəb olub. Körpünün iki avtomobil aşırımı qismən dağılıb” – məlumatda bildirilir.

Krım körpüsünün  partladılması nəticəsində körpünü bir hissəsi dağılıb, dəmiryol keçən hissəində isə yanacaq dolu qatar çəni yanır.

“Artıq bu barədə rus və Ukrayna mediasında məlumat gedib.
Krım rəhbərinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə,  ilkin məlumatlara əsasən Krım körpüsünün hissələrinin birində yanacaq çəni yanır, naviqasiya tağları zədələnməyib.
“Səbəblər və nəticələr barədə danışmaq hələ tezdir. Yanğının söndürülməsi üçün işlər aparılır” - Kryuçkov  Telegram kanalında yazıb. Krım Avtomobil Yolları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Krım körpüsü ilə avtomobillərin hərəkəti dayandırılıb: 

“Kerç boğazı üzərindən nəqliyyat keçidində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, Fövqəladə Hallar Nazirliyinin və yol xidmətinin əməkdaşları işləyirlər. Hadisə yerində yanğın lokallaşdırılır”.

Hadisənın hansı səbədən baş verməsi ilə bağlı hələlik rəsmi məlumat verilmir.
 Bir sıra medianın  və sosial şəbəkə istifadəçilərinin yazdığına görə, körpünü Ukrayna tərəfi partladıb. Onlar bunu Putinin doğum gününə hədiyyə kimi dəyərləndirir.

 

 

 

“Biz bu uzunmüddətli müharibənin səbəb olduğu insan itkilərindən sarsılmışıq. Yaralılara görə təəssüfləndiyimizi bildirir, həlak olanların ailələrinə isə dərin hüznlə başsağlığı veririk”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən deyib.

O, müharibə dövründə bir çox ailələrin zərər gördüyünü vurğulayıb və bildirib ki, Qarabağ müharibəsi zamanı bu insanların itirdikləri yaxınlarına görə təqsirkarlar cavab verməli, hərbi cinayətlərdə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

“Biz həqiqət və sülhün təşviqi üzrə beynəlxalq səyləri dəstəkləməyə davam edir, bu proseslərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyini hesab edirik”, - deyə Vedant Patel sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkarlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov həmin qalıqların 12 nəfər Azərbaycan hərbçisinə məxsus olduğunu açıqlayıb. Məlumata görə, dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq hərbçilərin şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası da, genetik ekspertiza da 15 gün çəkəcək.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada keçirilən sammit çərçivəsində fransalı həmkarı Emanuel Makronla da qısa görüşü baş tutdu. Söhbət əsnasında Ərdoğan Makronu Türk Dövlətləri Birliyi dəvət etdi. Bu ayaqüstü görüş çox ciddi reznansa səbəb oldu.

 Ərdoğan jurnalistlərin Makronun Türk Birliyinin toplantısına qatılıb-qatılmayacağı ilə bağlı sualına cavab olaraq bunları deyib:

 “Gələcək. Elə dedi. Dedi ki, hansı mövsümdə gəlim. Sonda dedi ki, G20-dən sonra gəlsəm necə olar? Dedik ki, gəl. Amma onu da dedik ki, gələndə də xanımınla bərabər gəl. Bir zarafat da etdik... Xanımlarımız bir-biri ilə daha yaxşı anlaşır, amma biz səninlə anlaşa bilmirik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə KİV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər regiondakı son prosesləri, o cümlədən Ukraynadakı durumu müzakirə ediblər.

“İnsanlar Ermənistanı əhatə edən təhlükələri təsəvvür etmirlər. Böyük ağrı ilə deməliyəm ki, hətta siyasi elitanın əksəriyyəti belə bunu təsəvvür etmir. Hakimiyyət də bundan çox qorxur, əslində, çox çətin seçim qarşısındadır: dövləti xilas etmək, yoxsa insanı xilas etmək”.

Bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Ermənistan var olub-olmamaq təhlükəsi ilə üz-üzədir və heç vaxt belə vəziyyətdə olmayıb. Bir neçə aydan sonra biz İrəvanın Donbasa və ya Dəməşqə çevrilə biləcəyi vəziyyətə düşə bilərik. Heç kim başa düşmür ki, niyə belə olub, niyə belə olacaq”, - erməni politoloq qeyd edib.

Onun sözlərinə görə, bu gün ermənilər Qarabağ ermənilərini necə "xilas etməyin" yollarını arayır, amma bilmirlər ki, reallıqda isə Ermənistanın mövcud olub-olmaması məsələsi var.

“Levon Ter-Petrosyan deyib ki, Qarabağ məsələsi həll olunub. O, çox yaxşı başa düşür ki, burada Ermənistanın mövcudluğu problemi var. Hamı sənədin imzalanıb-imzalanmamasından danışır, amma o sənədin həyati qabiliyyətindən danışan yoxdur. Biz Sevrdə elə bir sənəd imzaladıq ki, erməni xalqı üçün bundan yaxşısı olmayıb. Lakin cəmi 3,5 aydan sonra biz biabırçı səviyyədə dövlətçiliyimizi itirdik”, - o əlavə edib.

ABŞ Prezidenti Co Bayden bildirib ki, nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O qeyd edib ki, vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür.

ABŞ lideri deyib ki, o, rusiyalı həmkarı Vladimir Putini “yaxşı tanıyır”. Buna görə də Putin “taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir”.(oxu.az)

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Report xəbər veir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.

Ermənistan törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O bildirib ki, araşdırma zamanı müəyyən edilib ki, uzun müddət işğal altında saxlanılmış ərazilərdə:

- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,

- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),

- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),

- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),

- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),

- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),

- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),

- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),

- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su) olmaqla

təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilib.

Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Nikol Paşinyanla görüşəcək və iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edəcəklər.

“Tass”a Ankaranın diplomatik mənbələrdən verilən məlumata görə, bu onların ilk üz-üzə görüşü olacaq.

“Üzbə-üz görüşlər həmişə telefon danışıqlarından daha məhsuldar olur. Bu, Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən danışıqlara tamamilə aiddir. Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - Ankaranın diplomatik dairələri bildirib.

“Sabah”qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, Ərdoğan Paşinyana iki ölkənin nizamlanma məsələləri üzrə xüsusi nümayəndələrinin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif etmək niyyətindədir. Bundan əlavə, qeyd edildiyi kimi, o, regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış edəcək.

Fransa Azərbaycanın 17 erməni hərbçi qulluqçunu qarşı tərəfə təhvil verməsini alqışlayır.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz rəsmi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, 17 erməni hərbi qulluqçunun təhvil verilməsi bu gün Praqada keçiriləcək vacib görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verən alqışlanacaq bir jestdir.

Xatırladaq ki, oktyabrın 4-ü Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib.

Xəbər lenti