ABŞ Prezidenti Co Bayden bildirib ki, nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O qeyd edib ki, vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür.

ABŞ lideri deyib ki, o, rusiyalı həmkarı Vladimir Putini “yaxşı tanıyır”. Buna görə də Putin “taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir”.(oxu.az)

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Report xəbər veir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.

Ermənistan törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O bildirib ki, araşdırma zamanı müəyyən edilib ki, uzun müddət işğal altında saxlanılmış ərazilərdə:

- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,

- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),

- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),

- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),

- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),

- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),

- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),

- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),

- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su) olmaqla

təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilib.

Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Nikol Paşinyanla görüşəcək və iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edəcəklər.

“Tass”a Ankaranın diplomatik mənbələrdən verilən məlumata görə, bu onların ilk üz-üzə görüşü olacaq.

“Üzbə-üz görüşlər həmişə telefon danışıqlarından daha məhsuldar olur. Bu, Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən danışıqlara tamamilə aiddir. Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - Ankaranın diplomatik dairələri bildirib.

“Sabah”qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, Ərdoğan Paşinyana iki ölkənin nizamlanma məsələləri üzrə xüsusi nümayəndələrinin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif etmək niyyətindədir. Bundan əlavə, qeyd edildiyi kimi, o, regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış edəcək.

Fransa Azərbaycanın 17 erməni hərbçi qulluqçunu qarşı tərəfə təhvil verməsini alqışlayır.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz rəsmi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, 17 erməni hərbi qulluqçunun təhvil verilməsi bu gün Praqada keçiriləcək vacib görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verən alqışlanacaq bir jestdir.

Xatırladaq ki, oktyabrın 4-ü Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Borovaya şəhərini işğaldan azad edib.

Oxu.az xəbər verir ki, Ukrayna ordusunun hərbçiləri Borovaya şəhərinin mərkəzində dövlət bayrağını ucaldıblar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa ənənəvi müraciətində Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirmişdi.

 

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara məşhur fransız xaımları da dəstək veriblər.

Oxu.az xəbər verir ki, Şarlotta Qinzburq, Ani Jirardo, İzabel Yuper, Ceyn Birkin, İzabel Adjani, Marion Kotiyyar, Şarlotta Ramplinq və başqa aktrisalar sosial şəbəkələrdə “Azadlıq naminə!” şüarı altında saçlarını kəsdikləri videolar yayımlayıblar.

 
Birgə paylaşımda ümumilikdə 50-dən çox sənətçi yer alıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə, İranda sentyabrın 16-dan bəri etirazlar nəticəsində 130-dan çox adam ölüb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ baş verənlərə sərt reaksiya verdikləri üçün ölkə hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

“Rusiya üçün neftin qiymətinə hədd tətbiq edən ölkələrə neft satmaq məqsədəuyğun deyil”.

Qfqazinfo xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, neftin qiymətinə məhdudiyyət qoyulması qiymətinin artmasına səbəb olacaq.
Rusiya dövlət rəsmisi bildirib ki, ölkənin büdcəsi neftin bir barelinin qiymətinin 70 dollar məbləğində satışına uyğun formalaşdırılıb.

O hesab edir ki, Avropa ölkələri tərəfindən neftin qiymətinə qoyulan məhdudiyyət Rusiyada neft hasilatının müvəqqəti azalmasına, eləcə də neft daşınmasının qiymətinin və daşınma müddətinin artmasına səbəb olacaq.

A.Novak OPEK+ qərarından sonra Rusiyanın bu il 530 milyon ton, gələn il isə 490 milyon ton neft hasil edəcəyini bildirib.

Eyni zamanda, A.Novak Rusiyanın “Şimal axını-2” kəmərinin ikinci qolu ilə qaz tədarükünə hazır olduğunu qeyd edib.

Rusiyanın Ukraynada taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları günbəgün artmaqda davam edir.

Xarici KİV xəbər verir ki, iddiaların mərkəzində isə Rusiyanın ən müasir nüvə sualtı gəmisi “Belqorod” dayanır.

Həftəsonu İtaliya mediasına sızdırılan xəbərə görə, NATO “Belqorod”un Arktika Dairəsindəki öz bazasından yoxa çıxması barədə xəbərdarlıq edib.

Günlərdir harada olması barədə müxtəlif fikirlər səsləndirilən sualtı qayığın peyk görüntüləri ortaya çıxıb.

“Daily Mail” qəzetinin yazdığına görə, “qiyamət silahı” da adlandırılan sualtı qayıq Barens dənizində nümayiş etdirilib. Ehtimallara görə, gəmi “Poseydon” nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə istiqamətlənmiş ola bilər.

Hərbi ekspertlər xəbərdarlıq edir ki, belə bir addım Putinin müharibənin gedişatını dəyişmək üçün son çarəsi ola bilər.

Qeyd edək ki, “Poseydon” 500 metrə yaxınlaşan nüvə sunamisini tətikləmək üçün nəzərdə tutulmuş “qiyamət silahı” cihaz adlanır. Başqa sözlə, sualtı qayıqda İkinci Dünya Müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var.

Bu nüvə başlığı beynəlxalq qadağalara görə heç vaxt sınaqdan keçirilməyib.

 

 
  •  

 

Suriyalıların işgəncə və kütləvi qırğın kimi qeyri-insani rəftarlara məruz qaldığı Sednaya həbsxanasında 30 min məhbusun işgəncə ilə öldürüldüyü və ya edam edildiyi təxmin edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Sednaya Həbsxanası Məhbusları və İtkinləri Dərnəyinin (ADMSP) yayımladığı hesabatda deyilir.

Dünyanın ən ağır şəraitlərindən birinə malik olan Sednaya həbsxanası ilə bağlı araşdırma bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslər və qurumlar şəbəkəsini üzə çıxarıb.

ADMSP həbsə atılması üçün “qanuni zəmin” yaradılaraq hədəfdə olan şəxslərin Sednayada edama məhkum edildiklərini bildirir.

Məlumata görə, həbsxananın aparıcı idarəçiləri arasında İbrahim Süleyman, Tələt Məhfud və Mahmud Matuk kimi şəxslər yer alır. Bu şəxslər məhbuslara qarşı cinayətlərə nəzarət etmək üçün məsuliyyət daşıyırdılar.

Həbsxanada törədilən bədnam cinayətlərin hüquqi prosesdə nə dərəcədə əsaslandırıldığını üzə çıxaran ADMSP araşdırmaları və həbsxana əməkdaşlarından və məhkum olunmuş şahidlərdən aldığı ifadələr nəticəsində 2011-2018-ci illərdə Sednayada 30 minə yaxın məhbusun işgəncə nəticəsində öldüyünü və ya edam edildiyini açıqlayıb.

ADMSP-nin əldə etdiyi məlumata görə, həbsxanadakı məhbuslar Əsəd rejiminə bağlı hərbi məhkəmələrdə bir neçə dəqiqə davam edən dinləmələrdə mühakimə olunub. Həmin bir neçə dəqiqədə yüzlərlə insanın edamına qərar verilib.

Şahidlər iddia edirlər ki, 2018-2021-ci illər arasında hərbi məhkəmələr tərəfindən 500-ə qədər adam edam olunub.

Tişrin Hərbi Xəstəxanası edam edilmiş və ya işgəncəyə məruz qalan məhbusların cəsədlərinin qorunmasında və kütləvi məzarlıqda basdırılmasında mühüm rol oynayıb.

Əsəd rejiminin 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri 100 min suriyalını həbs etdiyi bildirilir. Harada olduğu bilinməyən suriyalıların hansı formada yoxa çıxarıldığı isə məlum deyil. Əsəd rejiminin 2011-ci ildən bəri təxminən 500 min suriyalını qətlə yetirdiyi və milyonlarla insanı didərgin saldığı təxmin edilir.

Sednaya həbsxanası 1987-ci ildə paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda yerləşən dağlıq bölgədəki təpədə tikilib. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu həbsxana yüzlərlə mühafizəçi tərəfindən qorunur. 184 stadion böyüklüyündə olduğu deyilən Sednaya həbsxanası minalanmış sahələrlə mühasirəyə alınıb.

Əsəd ordusuna bağlı 3-cü Diviziya mina sahələrinin arxasındakı həbsxananın xarici təhlükəsizliyinə cavabdehdir. Digər tərəfdən, həbsxananın təhlükəsizlik əməkdaşları daxili-xarici əlaqəni kəsmək və içəriyə məlumat sızmasının qarşısını almaq üçün rabitə xətlərinə nəzarət edir.

Beynəlxalq Əfv Təşkilatı Sednaya həbsxanasını “insan sallaqxanası” (kəsim yeri) adlandırır.

Xəbər lenti