![]() |
|
Türkiyə ordusunun İraqın şimalında apardığı “Pəncə-Kilid” əməliyyatı çərçivəsində 2 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ukraynadakı hərbifəaliyyətlər birbaşa Ermənistan və Qarabağa təsir edəcək.
Bu barədə Ermənistan parlament fraksiyasından deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
"Ukrayna qambiti
Ukraynadakı hərbi fəaliyyətlər birbaşa Ermənistan və Qarabağa təsir edəcək.
Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Hücuma hazırlaşırlar. Hansı istiqamətdə hazırlaşdıqlarını deməyə ehtiyac varmı?...
Bəs Ermənistanda? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür”.
Avropa ən böyük humanitar böhranlardan biri ilə üz-üzədir.
Bu fikri Rumıniya Prezidenti Klaus İohannis səsləndirib.
“Biz qitəmizin yaxın tarixinin ən böyük humanitar böhranlarından biri ilə üz-üzəyik. Bu böhran qurbanların sayının artmasına, insanların məhvinə, Ukraynanın daxilində və xaricində köç etməsinə səbəb olur”, - dövlət başçısı jurnalistlərə bildirib.
İohannis əlavə edib ki, Buxarest hazırda transatlantik münasibətlərin möhkəmlənməsini, dünyada vətəndaşların azadlığının qorunmasını və demokratiyanın qurulmasını təmin edən tədbirləri dəstəkləyir.
Prezident əmindir ki, NATO və Avropa İttifaqının birgə fəaliyyəti Avropada, xüsusilə Cənub-Şərqi Avropada və Qara dəniz regionunda təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.(oxu.az)
Çin lideri Si Cinpin koronavirus pandemiyasının başlamasından bəri ilk dəfə ölkəni tərk edəcək.
Modern.az xəbər verir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Çin liderinin Putinlə görüşü planlaşdırılır.
Çin tərəfi hələlik Si Cinpinin səyahət planını təsdiqlənməyib. Putinlə yanaşı onun digər liderlərlə də görüşü gözlənilir.
Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin AB-yə cavab sanksiyaları tətbiq etmək qərarından sonra soyuqqanlı olmaqdan əl çəkiblər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərdən qayıdarkən deyib.
Onun sözlərinə görə, görüşlərdə istilik və atom elektrik stansiyalarını bağlayacaqlarını, bərpa olunan enerji mənbələrinə keçəcəklərini bildiriblər:
“Bir ay keçməmiş Almaniya dərhal istilik elektrik stansiyalarının mühüm hissəsi olan Ruhr hövzəsini açmağa qərar verdi. Xoşbəxtlikdən hələlik belə bir problemimiz yoxdur”.
Ərdoğan Avropanın heç də nəzərdə tutulduğu kimi rahat və dinc davranmadığını, tamam başqa istiqamətə hərəkət etdiyini söyləyib.
"Atam Gürcüstana gəlməyin səhv olduğunu anlayıb. Bunu ondan dəfələrlə eşitmişəm. O, fikirləşir ki, bura gəlməməli idi".
Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili “Vivamed” klinikasında atasına baş çəkdikdən sonra mətbuata açıqlamasında deyib.
O bildirib ki, hazırda əsas məsələ atasının sağlamlıq məsələsidir:
“Bu gün atamın sağlamlıq vəziyyəti həqiqətən prioritet məsələdir. Onun belə bir vəziyyətdə hər hansı siyasi fəaliyyətlə məşğul olmasını təsəvvür etmək çətindir. Buna baxmayaraq, uzunmüddətli perspektivdə onun Ukraynada ya başqa bir yerdə olub-olmayacağını bilmirik. Düzünü desəm, bunun mənim üçün o qədər də əhəmiyyəti yoxdur və bu məsələ onun özünü də çox narahat etmir. Hazırda onun səhhəti siyasi planlar qurmaq vəziyyətində deyil, daha çox sağ qalmağa ehtiyyac duyur. Atam başa düşür ki, bura gəlmək səhv addım olub", - deyə Eduard Saakaşvili qeyd edib.
Sabiq prezidentin oğlu əlavə edib ki, sonuncu dəfə atasını iyul ayında görüb. Hazırkı vəziyyəti ilə 2 ay əvvəlki vəziyyəti arasında o qədər də fərq yoxdur, lakin çəkisində azalma müşahidə edilir.
ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.
Bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.
“Poliomielit virusu Nyu-Yorka bitişik ərazilərdən, o cümlədən Roklenc, Orinc, Sallivan və Nassau qraflıqlarından götürülmüş çirkab su nümunələrində aşkar edilib”, - məlumatda deyilir.
Fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.
Rus generalı Ukraynada əsir düşdü
Ukrayna hərbçiləri əks-hücum əməliyyatları zamanı rus general-leytenantı Andrey Sıcevoyu əsir götürüblər.
Erməni mediası ölkə müxalifətinin əsas liderlərindən olan sabiq prezidentlər Robert Köçəryanla, Serj Sarqsyanın aksiyalara adam topalamaq və təşkil etmək üçün külli miqdarda pul xərclədiyi barədə məqalə dərc edib.
Müxalifətin aksiyasına pulların yarısını Köçəryanın, yarısını da Sərkisyanın ofisi xərcləyir.
Məqalədə qeyd olunub ki, maliyyə məsələsinə görə ciddi fikir ayrılıqları yaranır, mübahisələr düşür və maliyyə vəsaiti ayrılmadıqda isə aksiyalar təxirə salınır.
“hraparak”da “Müxalifət liderləri pul xərcləməkdə çətinlik çəkirlər” başlıqlı yazısında buna aydınlıq gətiriblər.
Məqalədə deyilir:
“Çoxları hesab edir ki, keçmiş prezidentlərin böyük maliyyə imkanları var və Nikol Paşinyanla mübarizədə heç nə əsirgəmirlər, limitsiz pul xərcləyirlər, hətta mitinq iştirakçılarına pul da gətirirlər.
Əslində, bizdə olan məlumata görə, müxalifət liderləri çox ciddi pul xərcləyirlər və onların komandaları hər dramı hesablayır. Birgə əməliyyatlar zamanı bütün xərclər mütənasib olaraq bölüşdürülür. Bəzən döyüş xərclərini kimin ödəməsi, komandaların vəzifələrinin necə bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları olur”, - mətbu orqanı yazır.
Məqalədə qeyd olunub ki, iyulun 19-da, xatırlayırsınızsa, müxalifət istilərə görə iyulun 21-nə planlaşdırılan toplantını bir həftə təxirə saldıqlarını açıqlamışdı.
“Mənbələrimiz deyirlər ki, əslində, tərəflər həmin vaxt mitinqin xərclərini kimin ödəməsi ilə bağlı razılığa gəlməyiblər. Əsas xərc isə səhnənin və texniki vasitələrin quraşdırılması ilə bağlıdır.
Hərəkata daxil olan qüvvələrin nümayəndələrindən şərh almağa çalışdıq, lakin komandaların ən fəal fiqurları - Arsen Babayan, Armen Aşotyan, Aqnesa Xamoyan maliyyə məsələlərinə qarışmadıqlarını bildirdilər. Ancaq deyək ki, Fransanın meydanında bir günlük səhnə və avadanlıq quraşdırmaq 1 milyon 700 min drama başa gəlir. Bu pullar birgə mitinqlər zamanı bölünür: yarısını Serj Sarqsyanın ofisi, yarısını Robert Köçəryan ödəyir”- “hraparak” yazır.
“Ruben Vardanyan sadəcə boşboğazdır. O, sadəcə, Avropa sanksiyalarına məruz qalmamaq üçün Rusiya vətəndaşlığından imtina edib”.
Bunu rusiyalı ekspert Maksim Şevçenko deyib.
Onun sözlərinə görə, Vardanyan bu yolla fransız erməni diasporundan olan vəkilləri öz tərəfinə çəkməyə çalışır.
“Qarabağla və Rusiyadan imtina ilə bağlı bəyanat varidatını Fransada leqallaşdırılmaq üçün verilib. Biznes, başqa heç nə. Ola bilsin ki, o, qəlbində Qarabağ ermənilərinə rəğbət bəsləyir, amma məncə, Bakıya getsə, onlara kömək etmək daha yaxşı olardı”, – ekspert bildirib.
Ekspert əlavə edib ki, Vardanyan hər zaman İstanbula gedə bilər, ya da Bakıda müəyyən dairələrlə görüşüb öz köməyini təklif edə bilər.
“Tutaq ki, o, Bakıya gedib deyə bilər: “İcazə verin, Qarabağ erməniləri ilə münasibətləri yaxşılaşdırmağa kömək edim. Azərbaycanın erməni əhalisinə başa salacağam ki, qorxmağa ehtiyac yoxdur. Bu, əsl kömək olardı. Amma yox, o, erməni sivilizasiyasının beşiyi olan bəzi müqəddəs erməni torpaqlarından danışmağa başladı. Bu, metafizik axmaqlıqdır. 2018-ci ildə siyasi karyerasının əvvəlində Paşinyanın üslubunda Böyük Tiqran və bəzi qədim köklər haqqında danışdığı kimi… Bunun real vəziyyətlə nə əlaqəsi var? Heç bir əlaqə yoxdur!”, – politoloq bildirib.
Şevçenko onu da əlavə edib ki, “müharibədə qalib gələn, sonra Laçını azad edən və bunun eyni ruhda davam edə biləcəyini göstərən Azərbaycan var”.
“Müharibə istəməyən, onlara əl uzadıb danışıqlar aparmağa çalışan Azərbaycan rəhbərliyi və xalqının xoş niyyəti var. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin Qarabağı vətən sayan ermənilərə ünvanladığı bir mövqe var: “Xahiş edirəm, Azərbaycanda yaşayın. Amma onun qanunlarını qəbul edin, erməni olaraq qalın, ancaq ölkənin qanunlarını qəbul edin”. Bax Vardanyan buna əsaslanaraq prosesə kömək edəcəkdi.
Əgər sən Moskvanın mərkəzində bizneslə məşğul olursansa, deməli, Qod Nisanov və Araz Ağalarovla tanışsan, çətin ki, qəzəbli formada fikir mübadiləsi etsin. Bir-biri ilə ünsiyyət qururlar. Bu məsələnin sülh yolu ilə həllinə kömək etmək mümkün idi. Amma bunun əksi olaraq Vardanyan öz biznes maraqlarını erməni xalqının hesabına həll etməyə gəlir, onları metafizik zəmində yeni qarşıdurmaya cəlb edir. Hesab edirəm ki, bu, cinayət mövqeyidir”, - deyə ekspert yekunlaşdırıb.