![]() |
|
Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində miqrantlar arasında dava və silahlı atışma olub.
"Ətrafda yaşayan sakinlər insidenti telefonlarına çəkərək ictimailəşdiriblər.
Polis və Rusiya Milli Qvardiyasının hərbçiləri hadisə yerinə gəliblər. Hazırda qaçaraq hadisə yerindən uzaqlaşmış şəxslərin axtarışı aparılır.
Ümumdünya Səhiyyə Təşkilatı son bir həftədə dünyada meymunçiçəyinə yoluxma hallarının 21% azaldığını bildirib.
Publika.az xəbər verir ki, son bir həftə ərzində dünyada 5907 yoluxma halı qeydə alınıb. Bu xəstəliyə ilk yoluxma halları ötən həftə İran və İndoneziyada qeydə alınıb.
Aprelin sonundan bəri dünyanın 98 ölkəsində 45 000-dən çox meymunçiçəyinə yoluxma halı təsdiqlənib.
Son bir ayda dünyada meymuna yoluxma hallarının 98%-i Amerika (60%) və Avropa (38%) ölkələrində qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynanın milli bayramı – Müstəqillik Günündə geyindiyi köynək sosial şəbəkələrdə gündəm mövzusu olub.
Ukrayna lideri müstəqillik günündə ölkəsində “vışıvanka” adı verilən ənənəvi xaki rəngli köynək geyinib.
Köynəyin üzərindəki naxışlarda bir qadın və kişi fiquru, həmçinin Ukrayna istehsalı BTR-3E1 tipli zirehli texnika təsviri yer alıb.
Qeyd edək ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumlara başlamasından sonra V.Zelenski geyindiyi xaki rəngli gödəkcə və tişortlərə görə müzakirə olunmuşdu. Ölkəsinə hücum edilən prezidentin kostyum əvəzinə hərbi geyim rənglərinə üstünlük verməsi səmimi davranış kimi qəbul edilmişdi.
Rusiya ilə münasibətlərin potensial bərpası Avro-Atlantik sistemində təhlükəsizlik fəlakəti olardı. Bu baş verərsə, Rusiya yaşayış dəyərinə indikilərdən də yüz dəfə pis təsir edən problemlər yaradacaq.
Bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.
“Münasibətlərin normallaşdırılması həqiqətən də sadə vətəndaşlar üçün yaşayış xərclərini azaltmağın ən asan yolu ola bilər. Ancaq bir neçə ildən sonra yenə eyni hal ortaya çıxacaq. Əgər Rusiyanın Ukraynadakı təcavüzünə məhəl qoymasaq, o zaman Rusiya NATO üzvü olan Baltikyanı ölkələri işğal edə bilər”, - nazir müavini deyib.
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Telefon danışığı zaman Qarabağ ətrafında vəziyyət müzakirə edilib. Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini bir daha qeyd ediblər. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.
Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı bəzi aktual məsələlərə toxunulub”.
Həmçinin bildirib ki, telefon danışığı Ermənistanın təşəbbüsü ilə baş tutub.
“Biz taleyüklü dilemma qarşısındayıq: ya hər gələn ildən suverenliyimizin daha da azalacağı düşüncəsi ilə barışmalıyıq, ya da milli missiyamızın bitdiyini qəbul edib, maddi rifah ümidi ilə yad diyara (Ermənistanı, ümumilikdə Cənubi Qafqazı tərk etmək nəzərdə tutulur-red) getməliyik”.
Bunu erməni ictimai-siyasi xadim Avetik Çalabyan deyib.
Onun sözlərinə görə, müstəqillik bəyannaməsinin qəbulundan 32 il keçsə də, onların müstəqil dövləti var, lakin digər tərəfdən, onun real suverenliyi məhdudlaşıb və məhdudlşmaqda da davam edir.
"Biz “artsaxı” günü-gündən itiririk. Zahirən ölkəmiz inkişaf edir, amma digər tərəfdən əhalinin sayı azalır”, - Avetik Çalabyan qeyd edib.
Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın "Ostankino" televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.
Qafqazinfo" xəbər verir ki, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.
Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyevin rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur.
O, bunu "Krım platforması" sammitində deyib.
"Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb" - deyə Zelenski qeyd edib.
Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xersonu işğalçılardan azad etmək və Krım körpüsünü dağıtmaq lazımdır.
Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə də onun kimilər gələcək. Amma onun yerinə gələnlər reallıqla hesablaşmalı olacaqlar və ümumi təklifi ciddi qəbul edəcəklər. Danışıqlara yalnız Rusiya qoşunlarının fevralın 23-dəki xəttə geri çəkilməsindən sonra başlanılacaq. Daha sonra isə Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlara başlanılacaq”, - o bildirib.
O qeyd edib ki, yalnız ABŞ Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllinə və Xersonu azad etməyə kömək edə bilər:
“Bunun üçün daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və HİMARS sistemlərinə ehtiyac var”.