III Çarlz sabah kral elan ediləcək - YENİLƏNİB 
III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın yeni kralı elan ediləcək.


“Qafqazinfo” xəbər verir ki, onun həmin gün xalqa müraciət edəcəyi gözlənilir.

Qəzetin yazdığına görə, Çarlz “Britaniya tarixində bütün varislərdən daha çox tac gözləyən” şahzadədir. Onun çıxışı ənənəvi olaraq sələfinin ölümü ilə bağlı şəxsi bəyanatla başlayacaq, yalnız bundan sonra o, monarxiyanın başçısı kimi and içə biləcək.

Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midlton yeni Kornuoll hersoqu və hersoginyası titulunu alıblar. Şahzadə Çarlz və Kamilla əvvəllər bu titulların sahibi olublar.

***

Şahzadə III Çarlz sentyabrın 10-da rəsmən Böyük Britaniyanın yeni kralı elan ediləcək.

Oxu.az xəbər verir ki, qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib.

Qeyd olunur ki, Varislik Şurası sabah tarixi Sent-Ceyms sarayına toplanacaq və yeni kralın adı elan olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

"Dövlət başçısı bu barədə tviter hesabında yazıb.

“Kraliça II Elizabetin bu gün vəfat etməsi xəbərini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Ukrayna Prezidenti Volodimir Zelenski xalqına müraciət edib.

Xarici KİV-ə istinadla xəbər verir ki, o, müraciətində bəzi yaşayış məntəqələrinin Rusiyadan geri alındığını açıqlayıb və ordunu təbrik edib.

İctimaiyyətə müraciət edən Zelenski bu inkişafı "yaxşı xəbər" kimi qiymətləndirsə də, qaytarılan yaşayış məntəqələrinin hansı bölgədə yerləşdiyini açıqlamayıb.

"İndi onların adlarını açıqlamağın vaxtı deyil", - Zelenski deyib.

ABŞ rəsmiləri də Ukraynanın "yavaş, lakin əhəmiyyətli" irəliləyiş əldə etdiyini bildiriblər.

Son günlər Ukrayna hökuməti davam edən və planlaşdırılan əməliyyatlarla bağlı məxfiliyi artırıb və ölkənin cənub və şərqində Rusiyanın nəzarətində olan ərazilərə qarşı gözlənilən əməliyyatlar barədə demək olar ki, heç bir məlumat paylaşmayıb.

“Hesab edirəm ki, xalqımız əsgərlərimizlə fəxr edir”, - Zelenski televiziyada yayımlanan çıxışında deyib.

Zelenski gələn ilin dövlət büdcəsindən müdafiəyə 27 milyard dollar ayrılacağını, dövlətin isə pensiya kimi sosial öhdəliklərini yerinə yetirməyə davam edəcəyini bildirib.

2022-ci ilin əvvəlindən Avropa İttifaqı ölkələri Rusiyadan qaz tədarükünü 48%, o cümlədən Böyük Britaniyadan 49% azaldıb.

"Bu barədə "Qazprom" məlumat yayıb.

Qeyd edək ki, “Qazprom” şirkəti bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.

Beynəlxalq ictimaiyyətin və Rusiyanın diqqətinin Ukrayna məsələsinə cəmlənməsi, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istənilən böhranlı vəziyyətlər yeni təhlükələr gətirir və yeni imkanlar açır: “Ölkələr və hökumətlər üçün əsas vəzifə təhlükələri idarə etməkdir. Eyni zamanda imkanlardan istifadə etməkdir.

Zaman bizim region üçün də asan deyil, çünki uzun müddətdir mövcud olan və təhlükəsizliklə bağlı çağırışlar getdikcə artmaqdadır.Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də təhlükəsizlik sahəsində strateji tərəfdaşın - Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə bağlıdır. Bunun regionumuzda sabitliyin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı qorxular var”-Paşinyan qeyd edib.

Rusiya lideri Putin nə olursa olsun, ədalət məhkəməsi qarşısında mühakimə olunaraq əməllərinin layiqli cəzasını almalıdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ABC televiziyasına Devid Muirə müsahibəsində deyib.

“Putin hərbi cinayətkardır və cəhənnəmə getməzdən əvvəl ədalət mühakiməsi qarşısında cavab verməli”, - o bildirib.

Zelenski həmçinin onu öldürməyə cəhd edən qrupların hələ də mövcud olduğunu qeyd edib.

Radikal mövqeyi ilə tanınan Böyük Britaniyanın yeni baş naziri Liz Trass 26 iyul 1975-ci ildə Oksfordda anadan olub.

Mühafizəkarlar Partiyasının lideri Trassın uşaqlıq illəri Lidsdə (Yorkşir) keçib.

47 yaşlı baş nazir daha çox 2021-ci ildən Böyük Britaniyanın xarici işlər naziri, 2019-cu ildə isə ölkənin qadın və bərabərhüquqluluğ üzrə nazir vəzifəsində çalışması ilə tanınıb.

Trass hakimiyyətə gəlməzdən əvvəl irəli sürdüyü fikirləri ilə də diqqət çəkib.

Times-də çıxan xəbərə görə, o, baş nazir olacağı təqdirdə mühacirləri deportasiya etmək üçün hazırlanan Ruanda planına Türkiyəyə kimi ölkələri də əlavə etməyə çalışacağını bildirib.
Ruanda ilə bağlı planını inkar edən Trass digər ölkələrə qeyri-qanuni mühacir göndərmək və Türkiyə ilə danışıqlara başlamaq istədiyini təsdiqləyib.

İngiltərənin 3-cü qadın baş naziri titulunu alan Liz Trass eləcə də Rusiya-Ukrayna müharibəsində sərt mövqe tutan biri kimi gündəmə gəlib. Rusiyaya qarşı sərt açıqlamalar verən baş nazir Ukraynaya dəstəyini kifayət qədər nümayiş etdirib.

2022-ci ilə martin 16-sında İran həbsxanalarında saxlanılan iki Britaniya vətəndaşının azad edilməsi də, mediada məhz Liz Trassın uğuru kimi işıqlandırılıb.

Onun bu yaxınlarda bir televiziya proqramında Fransa ilə bağlı mövqeyi də xeyli əks-səda doğurub. Belə ki, Trassın Fransa Prezidenti Emmanuel Makronun dost və ya düşmən olduğuna qərar vermədiyini deməsi, Fransa mediasında reaksiyaya səbəb olub.

Makron bu açıqlamanın iki ölkəni ciddi problemlərə sürükləyə biləcəyinə diqqət çəkib.

***
Onun valideynləri - tibb bacısı və müəllimi Prisilla Meri Trass və riyaziyyat professoru Con Kennet olub. Trassın valideynləri siyasi baxışlarına görə solçu leyboristlər olub. Onlar kiçik qızları olan Lizi nüvə tərksilahı kampaniyasına cəlb ediblər. Liz Lidsdəki dövlət məktəbində (Roundhay School) oxuyub, sonra Liberal Demokrat Partiyasına rəhbərlik etdiyi zaman isə Oksford Universitetinin Merton Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.

Maliyyə fakültəsini bitirdikdən sonra Shell və Cable & Wireless beynəlxalq şirkətlərində çalışıb.
2008-ci ildə o, dövlət xidmətləri sahəsinə özəl biznesi cəlb etmək planlarını hazırlayan “Reform” beyin mərkəzinin direktor müavini təyin edilib.

Siyasi karyerası

O, 1996-cı ildə Mühafizəkarlar Partiyasına qoşulub və 1998-2000-ci illərdə Londonda Lewisham Deptford Mühafizəkarlar Assosiasiyasına sədrlik edib. Onun 2001 və 2005-ci illərdə qanunverici orqana seçilmək planları baş tutmur. Nəhayət, 2010-cu il mayın 6-da keçirilən parlament seçkiləri ona South West Norfolk seçki dairəsində uğur qazana bilir.

Trass 2012-ci ilin sentyabrında baş nazir Devid Kemeronun ilk kabinetində Təhsil Nazirinin köməkçisi vəzifəsini qazanır.

15 iyul 2014-cü ildə Kemeron kabinetdə yeni kadr dəyişikliyi zamanı Trass ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsinə yüksəlir.

Trass 2015-ci il mayın 7-də növbəti parlament seçkiləri zamanı öz deputat mandatını qoruyub saxlaya bilir.

O bu dəfə də Devid Kemeronun komandasında Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsini tutur.

2016-cı ildə Tereza Meyin ilk kabinetində baş prokuror və lord kansler təyin edilir.

Trass 11 iyun 2017-ci ildə Tereza Meyin ikinci kabinetində Xəzinədarlığın baş katibi vəzifəsinə təyin edilir.

24 iyul 2019-cu ildə Boris Consonun kabinetinin formalaşması zamanı o, Xarici Ticarət üzrə Dövlət Katibi və Böyük Britaniya Ticarət Şurasının sədri təyin edilib.

O evlidir və iki övladı var.

Azərbaycan və Ermənistan oktyabrın 6-da Avropa İttifaqının Praqada keçiriləcək sammitinə dəvət olunacaqlar və bu sammitin bütün qitədə təhlükəsizlik məsələləri ilə məşğul olan qurum olan Avropa Siyasi Birliyinin yaradılması gözlənilir.

“The Guardian” xəbər verir ki, dəvət olunanlar arasında Böyük Britaniya da var.

Aİ diplomatları Böyük Britaniyanın görüşə dəvəti ilə razılaşsalar da, Türkiyənin bu toplantıya daxil olması hələ də mübahisəlidir. Yunanıstan və Kipr Türkiyənin dəvətinə qarşıdır. Bununla belə, Avropa Şurasının sədri Şarl Mişel Aİ-nin Türkiyəni dəvət etməli olduğunu, lakin o, “bütün həmkarlarının dəstəyindən əmin olmaq” istədiyini qeyd edib.

Digər qonaqlar arasında Norveç və İsveçrə, vahid bazara dərindən inteqrasiya olunmuş Aİ-yə daxil olmayan ölkələr, eləcə də Aİ-yə üzv olmağa ümid edən 9 ölkə, o cümlədən Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkanların altı dövləti, həmçinin Ermənistan və Azərbaycan var. Avropa Siyasi Birliyi sadəcə olaraq ATƏT kimi mövcud ümumavropa qurumlarını təkrarlaya biləcəyindən narahatdır. Lakin Şarl Mişel liderlərin G7 və ya G20 kimi “çox çevik” qeyri-rəsmi bir qurum yaratmaq niyyətində olduqlarını bildirib.

“Hinnamnor” qasırğası Cənubi Koreyada yüzlərlə daxili aviareysin təxirə salınmasına səbəb olub.

"Qasırğanın Koreyanın Çecudo adasının yaxınlığından keçəcəyi və sürəti 216 km/saata çata biləcək güclü külək gətirəcəyi gözlənilir.

Adada yerli səlahiyyətlilər məktəblərdə dərsləri ləğv edib, bir çox müəssisələr bağlanıb.

Qasırğanın sentyabrın 6-da səhər saatlarında Koreyanın ikinci ən böyük şəhəri olan Pusanın qonşuluğundakı ərazilərdən keçəcəyi gözlənilir.

Avropa Komissiyası Rusiya Federasiyasının yaratdığı enerji böhranının həlli üçün təşəbbüslər hazırlayıb. Aİ Rusiya prezidenti Vladimir Putinin enerjidən silah kimi istifadə etdiyini bildirib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen məlumat verib.

O, Putinin enerji təchizatını kəsərək və Avropa bazarlarını manipulyasiya etməklə silah kimi istifadə etməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya prezidenti uğur qazana bilməyəcək, çünki Aİ müqavimət göstərəcək.

Xəbər lenti