![]() |
|
“Brüsseldə keçirilən müzakirələr asan olmadı”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüş barədə danışarkən deyib.
“Aydındır ki, müzakirələr hərtərəfli idi və asan olmadı. Lakin qeyd etmək istəyirəm ki, məqsədlərimiz dəyişməz olaraq qalır və qalmalıdır. Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur və biz bunu həyata keçirmək üçün qətiyyət göstərməliyik”, - deyə Paşinyan söyləyib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev payızda növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə çıxış edib.
“Kazinform” xəbər verir ki, o bu baradə parlamentdə çıxışı zamanı deyib.
“Mən bu payızda növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstan quruculuğu yolunda köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı lazımdır”, - deyə parlament palatalarının birgə iclasında çıxış edən Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısı vurğulayıb ki, onun üçün dövlət maraqları hər şeydən üstündür.
“Ona görə də mən səlahiyyət müddətimi qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Mən çox düşündüm və belə qənaətə gəldim ki, prezidentin səlahiyyət müddətinin sayına və müddətinə yenidən baxmaq lazımdır. Təklif edirəm ki, yenidən seçilmək hüququ olmadan prezidentin mandatının bir müddət ərzində 7 il müddətində məhdudlaşdırılması müəyyən edilsin”, – Tokayev əlavə edib.
Ötən gün Xankəndidə ermənilər aksiya keçirib.
“Qafqazinfo” xəbər verir ki, onlar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.
Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
ABŞ-la müharibə olacağı təqdirdə, Çin ABŞ-ın Sakit okeandakı "qalasına" - Quam adasına zərbələr endirməyi planlaşdırır.
"Bu barədə Amerikanın "Popular Mechanics" nəşri məlumat yayıb.
Nəşr Quamı ABŞ-ın ən hərbiləşdirilmiş yerlərindən biri adlandırır. Adada ABŞ Ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları birlikləri Çinlə "uzunmüddətli strateji rəqabətə" hazırlaşır.
Quamda ABŞ Hərbi Hava Qüvvələrinin 36-cı Hava Qanadının yerləşdiyi Andersen Hərbi Hava Qüvvələri bazası, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olan Apra limanı yerləşir. Bundan əlavə, ada THAAD ballistik raketlərinin mühafizəsi altındadır.
Pekin və Vaşinqton arasında Tayvanla bağlı gərginlik
ABŞ və Çin arasındakı münasibətlər iyulun sonunda Nensi Pelosinin Tayvana səfər etmək istəyi ilə bağlı xəbərlər fonunda kəskin şəkildə pisləşdi. Media, adaya mümkün səfərin işarəsi ilə spikerin Asiya turunu elan etdi.
Vaşinqtonda Pekinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıblar - Pelosinin təyyarəsi avqustun 2-də Tayvana enib .
Onun laynerinin yola düşdüyü gün Çin Tayvan boğazında hərbi təlimlərə başladı və yol boyu ABŞ-a güc tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıq etdi. Buna cavab olaraq Amerikanın təyyarədaşıyan gəmiləri Tayvana göndərildi.
“The Telegraph” yazır ki, Pekin və Vaşinqton arasında münaqişə bütün dünya üçün qorxulu yuxuya çevrilə bilər .
Pelosi qastrol səfərindən qayıdan kimi ABŞ-ın Tayvanı silahla təmin edəcəyini açıqladı, bu silahların tədarükü hazırda Konqresdə müzakirə olunur. O, həmçinin qeyd edib ki, Vaşinqton Çinə “Tayvanı təcrid etməyə” imkan verməyəcək.
Avqustun 14-də Tayvan Müdafiə Nazirliyi Çinin adaya 11 hərbi təyyarə və 6 gəmi göndərdiyini açıqlayıb.(Publika.az)
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 92 yaşında ölüb.
Bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Qorbaçov Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunur. Məhz onun əmri ilə Sovet Ordusu Bakıya daxil olaraq dinc insanları qətlə yetirmişdi.
“İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə istintaqa cəlb edilən müğənni Gülşen Çolakoğlu İstanbulda verdiyi konsertdə “İmam hatip” liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə ötən cümə axşamı məhkəmə tərəfindən həbs edilib. Dünən vəkilinin etirazından sonra müğənni ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Gülşenin həbsi ilə bağlı sərt açıqlama verib.
“Son günlərdə millətimizin ən böyük gücü olan qardaşlığa qarşı təxribatların çox ciddi həddə çatdığını, ibadət yerlərimizin və imam hatiplərimizin hədəf alındığını görürəm.
Millətimizin müqəddəs dəyərlərini təhqir edənlər, tarixi şəxsiyyətlərimiz arasında ayrı-seçkilik yaradan, fitnə alverçisinə çevrilməyə çalışanlar öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər”, – deyə Ərdoğan fikirlərini ifadə edib.
ABŞ-ın fövqəladə xam neft ehtiyatları avqustun 26-dək olan həftə ərzində 3,1 milyon barel azalıb.
Bu barədə ABŞ-ın Energetika Departamentinin məlumatlarında qeyd olunub.
Məlumata görə, Strateji Neft Ehtiyatı (SPR) ehtiyatlar 1984-cü ilin dekabrından bu yana ən aşağı səviyyə olmaqla 450 milyon barrelə düşüb.
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.
Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini beş dəfə artıracaq.
"Sabah" xəbər verir ki, “2022-ci il oktyabrın 7-dən boğazlardan keçidlərdə mayak, təxliyə və tibbi xidmət haqqı beş dəfə artırılacaq, indiki formada 40 milyon dollar olan gəlir isə 200 milyon dollara qədər artacaq. 1936-cı ildə imzalanmış Montrö Müqaviləsi ilə Türkiyə İstanbul boğazından keçən və Çanaqqala boğazına (Dardanel) girib-çıxan gəmilərdən mayak, evakuasiya və tibbi xidmət haqqı almaq hüququna malikdir”.
1936-cı ildə qəbul edilən Montrö Konvensiyasına əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb.
Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır
Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka bəyan edib ki, Belarus təyyarələrinin nüvə silahı daşıya bilməsi üçün yenidən quraşdırılması başa çatıb:
"Biz nə vaxtsa Putinlə Piterdə bəyan etmişdik ki, Belarusun S-24 təyyarələrini nüvə silahı daşıya bilmələri üçün yenidən quraşdıracağıq. Bəs siz nə bilirdiniz? Elə bilirdiniz ki, biz elə-belə boş söz danışırıq? Hər şey hazırdır!”
Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır.
Lakin RBK agentliyi diqqəti belə bir məqama çəkir ki, Su-24 təyyarələri hələ 2012-ci ildə “köhnə” olduğuna görə Belarus silahlı qüvvələrinin cəbbəxanasından çıxarılıb.
BelTA dövlət xəbər agentliyinin saytında da Lukaşenkanın nitqində Su-24 barədə məlumat yoxdur.
İki ay bundan əvvəl Sankt Peterburqda Lukaşenka Rusiya prezidenti Vladimri Putinə müraciət edərək ondan nüvə silahı daşıya bilən NATO təyyarələrinin təlim uçuşlarına “adekvat reaksiya” verə bilməsi üçün kömək istəmişdi.
Bununla əlaqədar Lukaşenka paritet qaydada cavab verilməsi üçün Belarus təyyarələrinin heç olmasa nüvə silahına uyğunlaşdırılmasını xahiş etmişdi.
O vaxt Putin demişdi ki, Belarus ordusunun bir qrup Su-25 təyyarəsi var və onları müvafiq avadanlıqla təkmilləşdirmək olar.
Bu arada Alyaksandr Lukaşenka Almaniya kanslerini “patsan” (Azərbaycanca “uşaq” və ya “gədə” mənasını verir) adlandırıb və deyib ki, “onun siyasətdən başı çıxmır”.
Lukaşenkanı qəzəbləndirən Şoltsun Putinlə söhbətini açıqlaması olub:
"İnanın ki, mənim buna reaksiyam...Patsandır da...Şolts siyasətdə heç nə anlamayan və anlamaq istəməyən patsandır”.
Olaf Şolts bu yaxınlarda Rusiya prezidenti ilə bir telefon söhbətini xatırlamışdı. Onun sözlərinə görə guya Putin həmin söhbət vaxtı demişdi ki, nə Belarus, nə də Ukrayna müstəqil, suveren dövlət olmamalıdr.
Lukaşenkanın fikrincə Şolt belə bir informasiyanı açmamalıydı:
"İki dövlət başçısı arasında belə söhbətlər tam qapalı xarakter daşıyır. Söhbəti telefon xəttinin o başındakı şəxslə razılaşdırdıqdan sonra ictimailəşdirmək olardı. O bunu Putinlə razılaşdırmalıydı. Yəni “bunu demək istəyirəm və sair...””
Lukaşenka bildirib ki, o bu barədə Putinin tamam başqa “nöqteyi-nəzərini” bilir:
“Əsas o deyil ki, Şolts və Putin nə danışıblar. Əsas mənim sizə dediyimdir: bizim dövlətimizin suverenliyi, müstəqilliyi toxunulmazdır. Vəssəlam!”