Rusiyalı politoloq Aleksandr Duqin Ukraynadakı müharibənin Rusiya üçün “varlıq və yoxluq mübarizəsi” hesab edir.

“Bunu qatıldığı onlayn görüşdə deyib.

O, Ukraynanın Qərbin hegemonluğu altında olduğunu deyib: “Ukrayna Rusiyaya zərər vermək və məhdudlaşdırmaq üçün yaradılıb. Ukraynanı itirmək Qərb üçün itkidir, lakin böyük itki deyil. Rusiya NATO-nun, Aİ və ABŞ-ın maraqlarına və varlığına təhdid yaratmır”.

Rusiyanın nüvə silahından istifadə məsələsinə gəldikdə isə Duqin deyib ki, proseslər nəzarət altındadır və hər şey plana uyğun gedir.

“Əgər Rusiya bu müharibəni uduzub, suverenliyinə təhdid görərsə, şübhəsiz ki, nüvə silahı istifadə edəcək”, - Duqin qeyd edib.

"İlin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək".

Bizim.media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın baş naziri Nikol Paşinyan yayıb.

Mənbə yazır ki, belə açıqlamanı o, "Vətəndaş müqaviləsi" partiyasının parlamentdəki fraksiyasının üzvləri ilə görüşündə səsləndirib.

Ölkəmiz cəhənnəmə çevrilir. Milyonlarla yadelli sərhədlərimizi keçir.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada çıxışında deyib.

“Bildiyiniz kimi, Co Bayden Filadelfiyaya gəldi və 75 milyon vətəndaşa "demokratiyaya təhlükə və ölkənin düşmənləri" deməklə, onlara böhtan atdı. Düşmən onun özü və ətrafında olanlardır. Onun çıxışı nifrət dolu idi. Yeri gəlmişkən, növbəti gün isə nə dediyini xatırlamayıb”, - Tramp bildirib.

“Bizim əsas problemlərimiz daxilidir: ideoloji iflasdan tutmuş Ermənistanın maraqlarına xidmət etməyən hakimiyyətin mövcudluğuna qədər”.

“Bunu Ermənistan parlamentinin deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Müxalifətçi erməni deputat Ermənistanın Azərbaycanın hücum diplomatiyası qarşısında tab gətirə bilmədiyini və böhranlar burulğanında çabaladığını etiraf edib:

“Müharibədən sonrakı çətin vəziyyətdə dövlət qurumlarının vəziyyətin inkişafının konkret ssenarisi zamanı necə hərəkət edəcəkləri ilə bağlı heç bir hesablamaları yoxdur.

Azərbaycanın təhlükəli siyasəti kontekstində sistemli problemlər və həyat qabiliyyəti böhranı onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirir.

Çox şey Ermənistan hakimiyyətinin devrilməsinin nə qədər tez mümkün olacağından asılıdır, çünki bunsuz Qarabağ və Ermənistanın süqutunun qarşısını almaq mümkün deyil".

Üçüncü Dünya Müharibəsinin başlandığını bir daha bəyan edib.

Roma Papası bəşəriyyətin Üçüncü Dünya Müharibəsi mərhələsinə qədəm qoyduğunu bəyan edib.

“Bu gün biz Üçüncü Dünya Müharibəsini yenidən yaşayırıq. Qoy keçmişin təcrübəsi hamınızı özünüzdə, ailənizdə, ictimai və beynəlxalq həyatda sülhə sövq etsin”, - deyə Papa Fransisk bildirib.

O, sülh gözləyən Ukrayna xalqı üçün dua etdiyini də bildirib.

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Rusiyanın 2120-ci ildə də qaz tədarük edə biləcəyini açıqlayıb. O qeyd edib ki, yüz il boyunca ruslar ucuz, etibarlı enerji resursuna çıxış əldə edəcəklər. Çünki uzun illər işlənəcək və ölkəni qazla təmin edə biləcək bir sıra yataqlar haqqında məlumatlar var.

Maraqlıdır, Rusiyanın daxili resurslarla zəngin olması Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi ekspert İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında neft-qaz satışından əldə edilən gəlirin etibarlı olmadığını deyib:

331475

“Rusiya enerjiylə zəngin olan bir ölkədir. Uzun illər neft və qaz ixracatçısı kimi dünya bazarında çıxış edə bilər. Ancaq neft və qaz satışından əldə edilən pullar etibarlı sayıla bilməz. Çünki konyunktura dəyişilir və ara-sıra neft və qaz qiymətlərinin enməsi həmin məhsulların ixracatçılarını çətin vəziyyətə salır. Məsələn, pandemiyadan əvvəl olan enerji böhranı istehsalçılara mənfi təsir göstərdi. Bu cür böhran qaçılmazdır. Çünki dünya bazarında alternativ enerji istehsalı, tədarükü çoxalır.

Rusiyanın neft-qazından asılılıq gələcəkdə azala bilər. Amma iş orasındadır ki, müharibə bu gün var və sabah da davam edəcək. Bu ərəfədə, əlbəttə ki, Rusiyanın neft-qazdan əldə etdiyi vəsait müharibənin davam etdirilməsinə imkanlar yaradır. Ancaq məsələ ondadır ki, Rusiyanın Ukraynadakı hədəfləri uzunmüddətli hədəflər deyil. Rusiya tezliklə onlara çatmaq üçün imkanlarından maksimum istifadə edəcək. Ona görə də düşünürəm ki, yaxın aylarda vəziyyət mürəkkəb olaraq qalacaq”.

Müsahibimiz uzaq gələcəkdə neft və qazın dünya iqtisadiyyatındakı payından danışmağın çətinliyini də vurğulayıb:

“Rusiya 2120-ci ildən söz açır, amma əsrin ortalarına qədər neft-qazın dünya enerji tədarükündə payı ciddi şəkildə azala bilər. Bu tendensiyalar heç də Rusiyanın lehinə oynamır. Rusiya da bunu bilir, sadəcə bəzi məqamları aşkara çıxarmamağı seçir”.

"Keçmiş SSRİ-nin bu yaxınlarda vəfat edən ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiyanın Ukraynaya müdaxiləsindən sarsılmışdı. Bir neçə il Moskva ilə Kiyev arasındakı münasibətlərin korlanması səbəbindən depressiyaya girmişdi".

Teleqraf.com bildirir ki, bunu Qorbaçovun tərcüməçisi Pavel Palajçenko deyib.

O, 37 il Qorbaçovla işləyib və bir çox ABŞ-SSRİ görüşündə onun yanında olub.

"Təkcə fevralın 24-də başlayan müharibə yox, ümumiyyətlə, son illərdə Rusiya və Ukrayna arasındakı münasibətlərin pozulması onun üçün çox böyük zərbə oldu. Bu, onu emosional və psixoloji cəhətdən əzdi. Bizimlə söhbətlərdə məlum olurdu ki, o, baş verənlərdən şoka düşüb və təəccüblənib", - Palajçenko bildirib.

Bununla belə, onun sözlərinə görə, Qorbaçovun Ukrayna ilə bağlı mövqeyi mürəkkəb və ziddiyyətli olub:

"Qorbaçov hələ də SSRİ ideyasına inanırdı, amma dağılmış dövləti bərpa etmək naminə müharibəyə başlamazdı", - Palajçenko əlavə edib.

Bununla belə, keçmiş SSRİ-nin sonuncu lideri ölənədək Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibət bildirməkdən imtina edib.

"Qabaqcıl və yüksək inkişaf etmiş süni intellekt (AI) təsadüfən nüvə raketlərini işə sala, nüvə müharibəsi başlada və bəşəriyyəti məhv edə bilər".

Bunu qlobal fəlakətlər sahəsində "Washington Post"un tarixçi alimi Emil Torres deyib.

"Əgər hamımız süni intellekt tərəfindən məhv edilsək, bu, demək olar ki, təsadüfən baş verəcək. Məsələn, biz kompüteri dünyaya sülh gətirmək üçün proqramlaşdıracağıq və o, hökumət sistemlərinə müdaxilə edəcək və planetdəki bütün nüvə silahlarını işə salacaq, çünki insanlarsız münaqişələr olmayacaq", - Torres bildirib.

Tarixçinin sözlərinə görə, süni intellekt artıq əsas problemlərin həlli üçün qeyri-standart yollar taparaq insandan üstün olmağı öyrənib. O, bəyan edib ki, insan süni intellektin insanlara zərər verməsini qadağan edə bilər, lakin süni intellektin bu cür məhdudiyyətlərdən yan keçməsi çətin olmayacaq.

Emil Torresin sözlərinə görə, bu, "üsyankar robot" adlanan robotun söndürülməsinə də aiddir:

"Nə vaxtsa süni intellekt onun ölümünün tapşırığın tamamlanmasına mane olacağını anlayacaq, ona görə də süni intellekt bunun qarşısını almaq üçün hər şeyi edəcək.

Bəşəriyyətin nə vaxtsa super intellektli bir şəbəkə yaratmağa hazır olub-olmayacağı bilinmir, lakin bu gün mütləq deyil".

O əlavə edib ki, hazırda bəşəriyyət son dərəcə qeyri-sabitdir və yenilikləri yenicə dərk etməyə başlayır, buna görə də süni intellektin yaradılması fişəng fabrikinin yanında yanan kibritə bərabər olacaq.(Publika.az)

Belarus Prezidenti Aleksandr Lukaşenko iki halda Rusiyadan nüvə silahı istəyəcəyini açıqlayıb.

"Bu barədə o, yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Belarusa hər hansı hücum olacağı, yaxud Polşaya sözügedən silahdan yerləşdiriləcəyi təqdirdə nüvə silahına ehtiyac yaranacaq.

Lukaşenko bununla bağlı artıq rusiyalı həmkarı ilə razılaşdığını söyləyib.(axar.az)

Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.

"Bunu cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanunu layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır.

“Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə dövlət başçısı əmin edib.(axar.az)

Xəbər lenti