![]() |
|
“Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynayadır ki, atəşlər mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin”.
“Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
“İndi Zelenski çıxış edir və Avropa Birliyi parlamentində ayaq üstə alqışlanırlar. Müsbət irəliləyişdir. “Bir bədbəxtlik min nəsihətdən üstündür” kimi gözəl deyimimiz var, həmişə onu gözləyirlər, amma Türkiyə bunları gözləmir. Türkiyə hər zaman öz mövqeyini saxlayan, hər zaman məzlumun, əzilənin yanında olan ölkədir”.
Türkiyə lideri bildirib ki, NATO üzvləri ancaq zarafat edir. Eyni zamanda Avropa İttifaqı üzvləri də zarafat edir. Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı mövqeyinin bəlli olduğu Türkiyənin alyansın genişlənməsinə qarşı çıxan ölkə olmadığını vurğulayıb.
"Əksinə, biz həmişə NATO-da genişlənmənin faydalı olacağını müdafiə etmişik və indi də müdafiə edirik. Bu addımları atarkən bunu dünya sülhü üçün istəyirik. "Dünya sülhünə nə qədər töhfə verə bilərik? Ona görə də biz bunu istəyirik, amma Avropa Birliyi mövzusunda bir daha Aİ-yə üzv dövlətlərə deyirəm: - Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı lütfən Türkiyəyə də göstərin. Yoxsa kimlərsə Türkiyəyə qarşı müharibəyə başlayıb hücum etsə, Türkiyəni də gündəmə gətirəcəksiniz?”, - Ərdoğan vurğulayıb.
“Hazırda Avropa Birliyinə üzv ölkələr arasında müdafiə sənayesində əməkdaşlıq etməli olduğumuz ölkələr var və bu ölkələrin bir çoxu həm də NATO üzvüdür. Onlar NATO üzvüdür, Türkiyə də NATO üzvüdür. Türkiyəyə müdafiə sənayesinə aid iş birliyində olmayan, uzaq duran ölkələr, biz bərabərik, müttəfiqik. Türkiyəyə bu cür avadanlıqları, sursatları niyə vermirsiniz? Bu, bizim həmrəyliyimizin tələbidir, amma vermirlər. Başqa bir müharibənin başlanmasını gözləyirlərmi?
Bunlar səmimi deyillər, NATO üzvləri ancaq zarafat edir. Avropa İttifaqı üzvləri də zarafat edir”, - Türkiyə lideri əlavə edib.
Ukraynada gedən müharibə ilə bağlı Vladimr Putin “B” planını işə salıb.
Belə bir iddia ilə Almaniyanın “Bild” qəzeti çıxış edib.
Nəşr Rusiya ordusunun son vaxtlar Ukraynada mülki əhalini və hökumət binalarını hədəfə aldığına diqqət çəkib.
Bildirilib ki, Putin ən qorxulu TOS-1 “Buratino” silahını ortaya qoyub.
Daha ətraflı Baku TV-nin süjetində:
Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq hərəkətə keçib.
"Qurum Rusiya və Belarusun AYİB-in maliyyə resurslarına çıxışını qeyri-müəyyən müddətə dayandırıb.
Bununla yanaşı, AYİB tərəfdaşlarla əməkdaşlıq edərək region üçün təcili maliyyələşdirmə imkanlarını da araşdırır. Buraya özəl və dövlət sektorları, eləcə də qaçqın axınından təsirlənən bələdiyyələr üçün likvidlik dəstəyi daxil ola bilər.
Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə ölkədən 10 min dollardan artıq nağd xarici valyutanın çıxarılmasını qadağan edib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və xarici valyutada olan pul alətlərinin ölkədən çıxarılması qadağandır.
Qeyd edək ki, qərar martın 2-dən etibarən qüvvəyə minir.
Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunları tərəfindən işğalına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Newsroom” nəşri Masliyin həmkarlarına istinadən məlumat yayıb.
Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib.
Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.
Qeyd edək ki, Kupyanskın sakinləri küçələrə çıxaraq şəhərləri tərk etməyi tələb ediblər. Sakinlər Ukraynanın bayraqlarını qaldırıb, Ukraynanın dövlət himnini oxuyub, “Kupyansk Ukraynadır” şüarını səsləndirib və Rusiya hərbçlərin maşınlarına tərəf qaçıblar. Sakinlər hadisənin videogörüntülərini sosial şəbəkələrdə yayımlayıblar.
Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.
Ukrayna Ali Radasının teleqram kanalı xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
“Hazırda Ukraynanın Avropa İttifaqına daxil olması üçün göstərilən səyləri, həqiqətən, yüksək qiymətləndiririk. Bu, həm də Avropa İttifaqı üzvləri üçün yaxşı bir inkişafdır. Aİ üzvlərinə deyirəm ki, görəsən, Türkiyəni niyə Aİ-yə qəbul etməkdən narahat olursunuz, tərəddüd edirsiniz və ya almırsınız?”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Aİ üzvü ölkələrə səslənib:
“Hazırda Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı, lütfən, Türkiyə üçün də göstərin. Yoxsa Türkiyəyə də kimsə hücum edəndən sonra bu barədə düşünəcəksiniz?”
Qeyd edək ki, Avropa Parlamenti Aİ-yə üzv dövlətlərə Ukraynaya üzvlüyə namizəd statusunun verilməsi üzərində işləməyi tövsiyə edən qətnaməni təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı müharibədə həlak olan rus əsgərlərinin ailələrinin hər birinə 11 min rubl ödəyəcək.
Bu barədə Ali Radanın teleqram kanalında məlumat verilib.
“Bu mövcud məzənnə ilə Rusiya öz vətəndaşının həyatını 50 dollara qiymətləndirib”, - məlumatda deyilir.
Rusiya-Ukrayna müharibəsində 5 gün ərzində beş mindən çox hərbçi itirib.
Digər bir məlumata görə isə 100 dollar ödənəcəyi bildirilir.
Gürcüstanın paytaxtı Tbilisidən 60-a yaxın könüllü avtobusla Ukraynaya yola düşüb.
“Report” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Könüllülərdən ibarət qrup Ukraynada hərbi və tibbi yardım göstərəcəklər.
Daha bir qrup Ukraynaya yollanmaq üçün Tbilisi Hava Limanında gözləyir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayandan bu günə qədər Rusiyanın itkilərini açıqlayıb.
Həmin siyahını təqdim edirik:
5710 nəfər canlı qüvvə, 200 əsir, məhv edilmiş və zədələnmiş 29 təyyarə, 29 helikopter, 198 tank, APV - 846,77 artilleriya sistemləri , 7 zenit döyüş sistemləri, MLRS - 24, 60 yanacaq çəni, 2 gəmi/qayıq, 305 nəqliyyat vasitəsi, 3 PUA əməliyyatı və taktiki səviyyə - 3.
Qeyd edilib ki, hərbi əməliyyatların yüksək intensivliyi hesablamanı çətinləşdirir.
Hesablamalar davam edir.