2019-cu ildə Rusiya ordusunun silah və texnika alışına 1,44 trilyon rubl xərclənməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

Bu vəsaitin 71%-nin yeni növ silahların alışına xərclənəcəyi gözlənilir.

Donbasdakı konfliktin uzun onilliklər boyunca dondurulmuş vəziyyətdə qalması Kiyevdən asılıdır.

Axar.az xəbər verir ki, bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər şey Kiyevdən asılıdr. Əgər burada müharibə partiyası hakimiyyətdə qalsa, o zaman konfliktin bitməsi şansı yoxdur. Hazırda Ukrayna siyasi arenasında problemin dialoq yolu ilə həllinə çağırış edən qüvvə yoxdur. İşlər həqiqətən pisdir”, – deyə o bildirib.

Əgər NATO-nun digər üzvlərinin hərbi xərcləri artırması tempi Trampı razı salmasa, o, ABŞ-ın NATO-dan çıxması məsələsinə yenidən baxa bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Tramp keçən il bir neçə dəfə məxfi şəkildə ABŞ-ın NATO-dan çıxarılması arzusunu dilə gətirib və NATO-nu ABŞ üçün bataqlıq adlandırıb.

Qeyd edək ki, bundan öncə Tramp NATO üzvlərini tənqid edərək, hərbi xərclərini artırması gərəkdiyini bəyan etmişdi.


14:52

Ötən gün cənab Trampın şəxsi sosial şəbəkə hesabından etdiyi paylaşımlar məni və dostlarımı məyus etdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dərhal hərəkətə keçib bu məsələni telefonda müzakirə etdik. Kifayət qədər müsbət müzakirə oldu. Tramp Suriyadan geri çəkilmə qərarını bir daha təsdiq etdi. Bizim tərəfimizdən yaradılacaq təhlükəsizlik bölgəsi məsələsini Tramp da dilə gətirdi. Bu terror qruplaşmalarının etdiklərindən xəbəri yox idi və verdiyimiz məlumatlardan məmnun oldu. Türkiyə öhdəsinə düşəni etməyə davam edəcək. Cənab Trampla baş tutan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir anlayış birliyinə nail olduğumuza inanıram”, - Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyadakı kürdlərə zərbə endirəcəyi halda iqtisadi təzyiqlərlə üzləşəcəyini açıqlamışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxış edib.

Axar.az xəbər verir ki, Ərdoğan çıxışı zamanı Bosniya və Herseqovinanın keçmiş prezidenti Aliya İzzətbəyoviçin nəsihətini partiya üzvlərinin diqqətinə çatdırıb.

“Oğlum Tayyib, buralar Övladı-Fatehandır. Buraları boş buraxmayın!”, - deyə Ərdoğan İzzətbəyoviçin ona məsləhətini səsləndirib.

ABŞ Türkiyə ilə strateji ortaqlıq etmir, regional tələ hazırlayır.

Ardını oxu...

Ukrayna Pravoslav Kilsəsinin avtokefaliyası haqqında tomosu prezident seçkisində mübarizə üçün siyasi alətə çevrilib.

Axar.az xəbər verir ki, bunu İCTV-də çıxışı zamanı Ukraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko deyib.

“Çox təəssüf edirəm ki, tomosu siyasi alətə çeviriblər. Mən buna qarşıyam. Biz müstəqil kilsənin yaradılmasının hər zaman tərəfdarı olmuşuq, amma bunun reytinq məqsədilə istifadəsini qəbul etmirik”, – deyə o bildirib

Ölkə Prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm.

Ardını oxu...

ABŞ və İsrail bölgədə Türkiyə, İran və Rusiyanın gücünü azaltmaq üçün "Cənub cəbhəsi" yaratmağa çalışır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Cingiz Tomar çıxış edib.

Sözügedən cəbhə barədə danışan Tomar bunları qeyd edib:

"Suriya ilə diplomatik münasibətlərin qurulması, rejimin Ərəb Birliyi ilə əlaqələrinin bərpası, Suriyada ABŞ-ın tərk edəcəyi ərazilərə Ərəb Birliyi əsgərlərinin yerləşdirilməsi kimi məsələlər bununla bağlıdır. ABŞ Suriyada Türkiyə, Rusiya və İrandan ibarət olan və Qətərin də yer aldığı "Şimal cəbhəsi" adlandırılan qrupa qarşı İsrail, Misir və Körfəz ölkələrindən ibarət "Cənub cəbhəsi" ilə qarşılıq verir. Əsl təhdid İran elan edilməklə yanaşı, fikrimcə, Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu bu cəbhənin hədəfindədir. Bu mənada sözügedən ölkələr Türkiyəyə qarşı birgə hərəkətə keçir".

İranın Kirman vilayətinin Bəm rayonunda qum fırtınası nəticəsində 39 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, tibb müəssisələrinə müraciət edənlərin hamısı müalicə olunaraq evə buraxılıb.

Qum qasırğası 2 əsas magistral və 62 kənd yolunun bağlanmasına səbəb olub.

Xəbər lenti