Müstəqil kilsə sayəsində Ukraynanın müstəqilliyi daha güclü oldu.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb.

“Bizim vahid kilsəmiz Ukrayna dövlətinin mənəvi fundamenti oldu. Biz müstəqilliyimizi əldə etdik, amma bu, son deyil, sadəcə başlanğıcdır. Əvvəlki kimi bir olmalıyıq. Artıq heç kim Ukraynanı və ukraynalıların qarşısını almaq gücündə deyil” – deyə o bildirib.


Çərşənbə günü Yəmənin Lahc şəhərində təşkil edilən hücum zamanı yaralanan hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah ölüb.

Axar.az xəbər verir ki, Məhəmməd Saleh Tamah Ədən şəhərindəki xəstəxanada ölüb.

Qeyd edək ki, yanvarın 10-da baş verən teraktda 4 general - Baş Qərargah rəisi Abdulla ən-Nahi, onun müavini general-mayor Saleh əz-Zindani, hərbi kəşfiyyatın rəhbəri general-mayor Məhəmməd Saleh Tamah və general-mayor Tabit Cavas yaralanmışdı.

Terakta görə məsuliyyəti üzərinə husilər götürmüşdü.

İsrail Hərbi Hava Qüvvələri Suriyadakı İran obyektlərinə zərbə endirib.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Ordu yüz dəfələrlə İran və Hizbullah obyektlərinə zərbə endirib. Yalnız son 36 saat ərzində İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşq beynəlxalq hava limanındakı anbarlarına zərbə endirib. Biz bir daha sübut etdik ki, İranın Suriyadan uzaqlaşdırılması fikrindən imtina etmək fikrində deyilik”, – deyə o bildirib.

Yunanıstanın Müdafiə naziri Panos Kamennosun rəhbərlik etdiyi Müstəqil Yunanlar Partiyası koalisiya hökumətindən çıxacağını bəyan edib.

Axar.az xəbər verir ki, bu qərarı Kamennos Yunanıstan Baş naziri Aleksis Çiprasla yarım saatlıq görüşündən sonra qəbul edib.

Kammenos bu qərarı Makedoniyanın adıyla bağlı hökumətin tutduğu mövqeyə görə qəbul etdiyini bildirib.


Strateji Yaxın Şərq Alyansının (MESA) formalaşması üçün Fars körfəzinin Ərəb Dövlətləri Əməkdaşlıq Şurasında birliyin bərpası vacibdir.

Ardını oxu...

ABŞ iqtisadiyyatı səviyyəsinə görə digər ölkələri üstələyir.

Ardını oxu...


Ukrayna Prezidenti Pyotr Poroşenko Spas na Berestove məbədini Konstantinopol Patriarxlığına vermək niyyətindədir.

Ardını oxu...


Belarusun müxalif Xalq Cəbhəsi Partiyası 2019-cu ili Belarusu dili ili elan edib.

Ardını oxu...

ABŞ Prezidenti Donald Trampın ictimaiyyət arasında reytinqi 44%-ə qədər geriləyib.

Axar.az xəbər verir ki, bu nəticə “HarrisX” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edən respondentlərin 56%-i Trampın fəaliyyətini dəstəkləmədiklərini bildiriblər.

Qeyd edək ki, dekabr ayında Trampın reytinqi 47% olb.

ABŞ-da hökumət 22 gündür bağlı vəziyyətdədir (şatdaun). Bu isə indiyə qədər qeydə alınan ən böyük göstərici sayılır. Şatdaunun yaranmasına səbəb Prezident Administrasiyası ilə Konqres arasında Meksika sərhədindən təhlükəsizlik divarının tikilişi ilə bağlı yaranan fikir ayrılığı olub.


İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın ərəb ölkələrinin xarici işlər nazirləri ilə birlikdə Polşada keçirəcəyi zirvəyə qatılacaq.

Axar.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada 13-14 fevralda keçirilməsi nəzərdə tutulan Yaxın Şərqdə stabilliyin təmini ilə bağlı beynəlxalq sammitə Netanyahu iki həftə əvvəl dəvət edilib.

İsrailin “Kanal 10” televiziyası isə baş nazirin zirvədə iştirak edib-etməməsi barədə dəqiq məlumatın olmadığını bildirib.

Xəbər lenti