Polşa Prezidenti Andjey Dudanı ölümlə hədələyən Varşava sakini polis tərəfindən saxlanılıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, 72 yaşlı kişi Varşava Ailə Yardım Mərkəzinə zəng edərək “Adamoviç (Qdansk meri) öldü, sabah isə Andjey Duda ölə bilər”, - deyə bildirib.

Bu zəngdən sonra polis həmin şəxsin ünvanını tapıb və onu yaxalayaraq prokurorluğa məlumat ötürüb.

Qeyd edək ki, Qdansk meri Pavel Adamoviç şəhərin 27 yaşlı sakini tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər merin həyatını xilas edə bilməyib.

Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin sabiq deputatı, "Erkrap" könüllü ittifaqının sədri olmuş Manvel Qriqoryanın həbsini tələb edən aksiyaçılar ölkənin baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Report xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından biri Civan Abramyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik", - deyə o bildirib. Aksiyaçı Paşinyana müraciət edərək, qrup üzvlərinin üç gün ərzində onunla görüşmək istədiklərini bildrib. "Bizim sizə deyəcəyimiz söz var", - deyə Abramyan qeyd edib.

Etiraz aksiyasının təşkilatçısı ölkədə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, həmçinin bildirib ki, bugünkü aksiyanın iştirakçıları Arşakunyas prospekti üzrə addımlayıblar. Civan Abramyan aksiyaçıların magistral yolu bağlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryan ötən il iyunun 19-də saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlak mənimsənilməsində ittiham edilir.

Manvel Qriqoryanın ötən il dekabrın 21-də 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyaları başlayıb.

Türkiyənin Sahil Təhlükəsizlik Xidməti Egey dənizi sahillərində miqrant faciəsinin qarşısını alıb.

Axar.az xəbər verir ki, Sahil Təhlükəsizlik Xidmətinə Quş adası rayonu sahilində miqrantların qayığının batması ilə bağlı xəbər daxil olub.

Xidmət əməkdaşları vaxtında müdaxilə edərək 40 miqrantı xilas edə bilib. Qayıqda olanlardan yalnız bir nəfər dünyasını dəyişib.

Miqrantların hansı ölkədən gəldikləri ilə bağlı məlumat verilməyib.


ABŞ Prezidenti Donald Tramp antisemitizmlə mübarizə haqqında qanunu imzalayıb.

Axar.az xəbər verir ki, yeni sənəddə antisemitizmlə mübarizənin Amerika ilə bərabər Avropada da aparılmasının Vaşinqtonun milli maraqlarına uyğun olduğu vurğulanıb.

Sənəddə həmçinin Avropada antisemit insidentlərin sayının artdığı, yəhudilərin fiziki təqiblərə məruz qaldığı, yəhudi cəmiyyətlərinin, məktəblərinin, sinaqoqlarının təhlükəsizliyinin təminatına ehtiyac olduğu vurğulanıb.

İraq ilə vizaları ləğv etməyə hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bağdadda çıxışı zamanı deyib.

“İraq ilə əlaqələrimizdə heç bir sərhəd qəbul etmirik. İraqa olan vizaları ləğv etməyə, sərhəd bölgələrdə sənaye şəhərləri yaratmağa və iqtisadi əməkdaşlığı artırmağa hazırıq. Bir-birimizə güvənərək daha gözəl gələcək qura bilərik”, - deyə Zərif bildirib.

Rusiya Prezidenti Vladimir Putin istənilən insan kimi hər an ölə bilər. Məhz onda Kremldə əsl parçalanma başlayacaq.

Axar.az xəbər verir ki, bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukraynanın Sağ Sektor təşkilatının keçmiş rəhbəri Dmitri Yaroş deyib. Onun sözlərinə görə, Ukrayna üçün Putin çox təhlükəli düşməndir:

“Ukrayna ilə müharibəni başladanda Putin vahid rus və vahid xalq mifinə inanırdı. O, bundan istifadə edərək imperiyanın mövcudluğunu davam etdirir. Putinin ölümündən sonra klanlar arasında böyük mübarizə başlayacaq. Əsas məsələ odur ki, bu süqutun qalıqları altında Ukrayna və Avropa qalmasın”.

Zaxarova Azərbaycanı tənqid etmək “imkanı” əlinə düşəndə, bu fürsətdən çox “fədakarlıq”la yararlanır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu, bir tərəfdən həmin xanımın mahiyyətindən doğan bir hadisə olmaqla bərabər, həm də onun öz şefi Lavrova yarınmaq istəyindən irəli gəlir:

“Ümumiyyətlə, Zaxarova o qədər də intellektual və bölgədəki prosesləri dərindən bilən biri olmadığına görə burada gedən proseslərə qiymət verməyi də bacarmır. Qiymət verərkən isə subyektiv olaraq, hər zaman Ermənistanın yanında dayanır. Bunu hətta siyasətdən o qədər də başı çıxmayan adamlar da sezə bilər. Zaxarovanın Azərbaycana buraxılmayan erməni mənşəlilər haqda “Rusiya vətəndaşları” deyərək, hay-həşir salmaqla yenə də erməni təəssübkeşliyini nümayiş etdirib. Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar ata bilər bu bu. tam qanuni olmaqla bərabər, həm də ölkəmizin suveren hüququdur. Əgər 1941-ci ildə almanlar Moskvaya gəlsəydi, ozamankı sovet dövrünün rəhbərliyi onları Moskvaya buraxardılarmı?!”

Politoloq vurğulayıb ki, artıq Rusiya vətəndaşı olan ermənilərin “dəstə-dəstə” Bakıya gəlmək istəməsi ənənəyə çevrilib:

“Vaxtı ilə Bakıda olmuş və ya bu gün erməniləri Dağlıq Qarabağda törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına görə pisləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və qanunlarımıza hörmət edən ermənilərin ölkəmizə gəlməsinə Azərbaycan dövləti heç vaxt etiraz etməyib və onları Azərbaycana buraxıb. Məsələn, Ukraynadan olan erməni tarixçi Filip Ekozyants Azərbaycana gəlmək istəsə, biz ona niyə şərait yaratmayaq?! Amma tanınmayan, bilinməyən hər hansı bir erməninin Bakıya gəlib burada provokasiyalarla məşğul olmayacağı, müxtəlif xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməyəcəyini hardan bilək?! Ona görə də Zaxarovanın bu barədə açıqlamaları əsassızdır, heç bir hüquqi normaya sığmır və daha çox qərəzdən irəli gəlir”.

Politoloqun sözlərinə görə, vaxtilə Ermənistanda doğulub-yaşamış və öz yurd-yuvalarını görmək istəyən kifayət qədər Rusiya vətəndaşı olan azərbaycanlı var:

“Onlar heç olmasa ata-babalarının qəbirlərini ziyarət etmək, vaxtı ilə yaşadıqları kənd və şəhərlərə getmək arzusundadır. Onları Ermənistana buraxırlarmı? Rusiya vətəndaşlığı almış və vaxtı ilə Ermənistanda yaşamış azərbaycanlıların öz doğma yurd-yuvalarını görmək istəyini Ermənistan tərəfi hər dəfə müxtəlif bəhanələrlə rədd edir və bildirir ki, Ermənistan ərazisində onların təhlükəsizliyini təmin edə bilməz. Amma nədənsə, bu məsələ Zaxarovanı narahat etmir.

Başa düşülməlidir ki, hər iki dövlət arasında indiyə qədər ciddi müharibə gedib, erməni qəsbkarları bizim torpaqlarımızı işğal edib, 1 milyondan artıq insanı yurd-yuvasından didərgin salıb. İndi belə şəraitdə vaxtı ilə Bakıda və digər regionlarımızda yaşamış və sonradan Rusiyaya köç etmiş ermənilərin Azərbaycana buraxılmamasında hökumətimiz tamamilə haqlıdır. Birincisi, Azərbaycanda onların təhlükəsizliyinə tam təminat vermək mümkün deyil. İkincisi isə həmin adamların hansi niyyətlərlə ölkəmizə gəlmək istədiyini də aydınlaşdıra bilmərik. Ukrayna, Rusiya, Fransa vətəndaşı olan hər ermənini ölkəyə buraxıb, sonra da oların arxasında mühafizəçi qoymaq da mümkün deyil. Dünyəvi dövlət olsaq da, müharibə şəraitində olduğumuz ölkənin əhalisinə mənsub olan insanlarla ehtiyatlı davranmağa və daxili təhlükəsizliyimizi qorumağa məcburuq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftəsonu keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasını “qanunsuzluq” adlandırıb.

İran İŞİD-ə qarşı Talibanla iş birliyi qurmalıdır.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmətullah Fəlahətpişe deyib. O, İŞİD-i Əfqanıstana ABŞ-ın yerləşdirdiyini bildirib:

“İran Əfqanıstanda Talibana aid pis xatirələri görür. İŞİD-in Əfqanıstandakı mövcud vəziyyəti qarşısında Talibanla iş birliyi qurmalıyıq. İŞİD-lə əlaqədar İran Talibanla müzakirələr aparmalıdır”.

Ermənistan baş nazirinin səlahiyyət dairəsi mütləq müzakirə edilməlidir.

Ardını oxu...


Moskva 5 ildir dünya dövlətlərinə Krımı Rusiya ərazisi kimi tanıtdımaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Moskva xarici ölkələrin siyasətçi və deputatlarının Krıma səfərlərini təşkil edir. Bəziləri Krıma səfər etsə də, əksəriyyəti bundan imtina edir. İkincisi, Moskva Krımda müxtəlif beynəlxalq konfrans və seminarlar təşkil edir. Həmin tədbirlərdə iştirak edən şəxs Krımı Rusiya ərazisi kimi qəbul etmək məcburiyyətində qalır. Ancaq Moskva bu məsələdə də böyük nailiyyət əldə etməyib. Xarici ölkələrdən Krımdakı konfranslarda çox az nümayəndə iştirak edir. Üçüncüsü, Moskva adi turistlərin də Krıma səfərlərini təşkil etməyə çalışır. Məsələn, bəzi xarici turizm şirkətləri ilə müqavilə bağlanır ki, onlar Krıma turlar təşkil etsinlər. Dördüncüsü, Moskva bir sıra regional layihələrdə Krımın da iştirakına çalışır. Beşincisi, Moskva Krımda istehsal olunan malları xarici ölkələrdə satışa çıxarmağa çalışır. Ayrıca, Krımı Rusiya ərazisi kimi göstərən atlaslar satışa çıxarılır”, - siyasi şərhçi qeyd edib.

Politoloq bildirib ki, Moskvanın növbəti planı Fars körfəzi və Xəzərlə Qara dəniz arasında nəqliyyat xətti yaratmaqdır:

“Belə ki, İrandakı limanlardan Krımdakı limanlara mal daşınması nəzərdə tutulub. Mallar İrandan Xəzər dənizindəki limana, buradan Volqa-Don çayı ilə Qara dənizə və Krıma çatdırılmalıdır. Rusiya istəyir ki, bu marşrutla yalnız İran deyil, Azərbaycan və Yaxın Şərq ölkələrinin malları da daşınsın”.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan bu təklifə razılaşa bilməz:

“Çünki bu halda Azərbaycan Krımı Rusiya ərazisi kimi tanımış olacaq. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycan bir başqa separatçı bölgə ilə əməkdaşlıq edə bilməz. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir və dəmir yolunun fəaliyyətə başlamasını istəyir. Azərbaycan özü bu marşrutla Krıma mal daşınmasının əleyhinə olmalıdır”.

Siyasi şərhçi buna baxmayaraq, Rusiyanın sözügedən dəmir yolunun bir hissəsini Krıma qədər uzatmağa çalışacağını vurğulayıb:

“Bu mümkündür. Rusiya 2018-ci ildə Krıma körpü çəkdi. Həmin körpüdən dəmiryolu da keçir. Yəni Moskva gələcəkdə Şimal-Cənub dəmir yolunun bir hissəsini Krıma qədər uzada bilər. Şimal-Cənub dəmir yolunun Krıma birləşdirilməsi Azərbaycanın təhlükəsizlik siyasətinə ziddir. Çünki Azərbaycan xarici şirkətlərin Dağlıq Qarabağla iqtisadi və ticarət əlaqələrinə qarşı çıxır və faktlara qarşı mübarizə aparır”.

Politoloq deyib ki, Şimal-Cənub layihəsi Azərbaycan üçün 2 səbəbdən vacibdir:

“Birincisi, Avropa və Rusiyadan gələn mallar Azərbaycandan İrana, oradan da digər Şərq ölkələrinə çatdırılacaq. İkincisi, Şərq ölkələri və İranın malları Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılacaq. Bununla Azərbaycanın həm bölgədəki rolu, həm də gəlirləri artacaq. Ancaq rəsmi Bakı Şimal-Cənub marşrutunun işlənməsində Krımın hansısa şəkildə iştirakına razılıq verməmişdi. Rusiya dəmir yolu ilə Krıma mal daşıyır. Heç bir ölkə buna mane ola bilmir. Rəsmi Bakının da buna mane olması problematikdir. Hətta Azərbaycanın dəmir yolu ilə Rusiyaya ixrac etdiyi kənd təssərrüfatı məhsullarının Krımda da peyda olması mümkündür. Rusiyaya ixrac edilən meyvə və tərəvəz mallarının Krıma göndərilməsinə nəzarət etmək çətindir”.

Siyasi şərhçinin fikrincə, İranın Rusiyanın təklifinə necə yanaşacağı bilinmir:

“BMT-də 2018-ci ilin dekabrında Krımla bağlı son səsvermədə İran nümayəndəsi Rusiya və Ermənistan nümayəndəsi kimi Ukraynanın irəli sürdüyü qətnamənin əleyhinə səs verdi və belə çıxdı ki, Tehran Krımın Ukraynana bağlılığını qəbul etmir. Ona görə də mümkündür ki, İran gələcəkdə Rusiyanın təklifi ilə razılaşsın”.

Xəbər lenti