|
Litvada 1991-ci ildə Vilnüs teleqülləsinə hücuma görə Rusiya vətəndaşlarına qarşı açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi sona çatmaq üzrədir.
Axar.az xəbər verir ki, məhkəmənin fevralın 18-də yekun qərar verəcəyi bildirilib. Məhkəmə prosesi çərçivəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov barədə də qiyabi hökm verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl Litvada Vilnüs teleqülləsinə 13 yanvar 1991-ci ildə edilən hücumla bağlı araşdırma başladılıb. 14 nəfərin öldüyü, 700 nəfərin yaralandığı hücumla əlaqədar Litva hakimiyyəti SSRİ-nin o zamankı rəhbərliyini ittiham edib. Rəsmi Vilnüs tərəfindən bu cinayətdə ümumilikdə 58 rusiyalı ittiham olunub.
Ermənistan Prezidenti Armen Sərkisyan Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiqləyib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.
Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti parlamentin fəaliyyətə başlamasından dərhal sonra parlament çoxluğundan baş nazir təyin edir. Yeni baş nazir təyin edildikdən sonrakı 15 gün ərzində Nazirlər Kabinetini formalaşdırmalıdır.
Ermənistanın yeni parlamenti bu gün fəaliyyətə başlayıb.
ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmurları ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İranla konflikti provokasiya etməsindən narahatdırlar.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb. Məlumata görə, həmin dövrdə ABŞ Müdafiə naziri Ceyms Mettis və digər hərbi rəislər Boltonun İrana cavab zərbəsi endirmək təklifinə qarşı çıxıblar. Qəzetə danışan mənbə bu cavab zərbəsinin endiriləcəyi təqdirdə İranla hərbi konflikt yaşanacağı, eləcə də İraqın ABŞ qoşunlarının ölkədən çıxarılmasıyla bağlı sərt mövqe tutmasına səbəb olacağını bildirib.
Qeyd edək ki, dünən “Vol Strit Jurnal” qəzeti Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayıb. Məlumata görə, Bolton bu zərbənin ABŞ-ın Bağdaddakı səfirliyinə minaatanlarla hücuma cavab olaraq endirilməsini istəyib.
Ermənistanın Mənim Addımım Bloku parlamentin vitse-spikeri vəzifəsinə Lena Nazaryanın namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, bunu blokun parlamentdəki fraksiyasının rəhbəri Lilit Makunts deyib. Makunts Nazaryanla bərabər blokdan Alen Simonyanın da namizədliyinin vitse-spiker vəzifəsinə irəli sürüldüyünü deyib.
Qeyd edək ki, həm Nazəryan, həm də Simonyan Paşinyanın yaxın adamlarından sayılır. Hər iki şəxs Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının yaradılmasında mühüm rol oynayıb.
Donbasdakı anlaşılmazlığı bitirmək lazımdır.
Axar.az xəbər verir ki, bunu ukraynalı siyasətçi Viktor Medvedçukla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Qardaş respublikalar və xalqlar. Biz düşmənlərimiz və rəqiblərimizə öz əlimizlə hədiyyə veririk”, – deyə o bildirib.
Qeyd edək ki, Medvedçuk Ukraynanın Seçimi Hərəkatının liderlərindəndir. O, Rusiyanın Ukraynadakı əsas təsir vasitələrindən biri sayılır. Putin Medvedçukun qızı Daryanın xaç atasıdır.
Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından xəstəxanada ölüb.
Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Qeyd edək ki, yanvarın 13-də əvvəl məhkum olunmuş, 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.
Rusiyalılar hazırkı Nazirlər Kabinetini qiymət artımında, gəlir səviyyəsinin azaldılmasında və işsizliyin artmasında ittiham edirlər.
Axar.az xəbər verir ki, bu məlumatı “Levada Çentr” şirkəti keçirdiyi sorğudan sonra yayıb. Məlumata görə, indiki hakimiyyətin istefasını respondentlərin 53%-i tələb edir. Hökumətin istefasını istəməyənlərin sayı sorğu iştirakçılarının 40%-ni təşkil edib.
Rusların 57%-i hökuməti qiymət artımı və gəlir səviyyəsinin aşağı düşməsində, 46%-i isə işsizliyin artmasında ittiham edib. 36% hazırkı hökumətin mövcud iqtisadi böhranın öhdəsindən gəlmək iqtidarında olmadığını bildirib.