![]() |
|
“Ölənlərin sayı isə 959 nəfər yüksələrək 14 366 nəfərə çatıb.
İtaliyada koronavirusa yoluxanların sayı durmadan artır. Son rəqəmlər 59 138 nəfərin bu virusdan əziyyət çəkdiyini göstərib. Dünyasını dəyişənlər isə 5 476 nəfərdir. İspaniyada isə COVİD-19 səbəbi ilə ölənlərin sayı 1 756 nəfər olub.
İranda bu saata koronavirusdan ölənlərin sayı 1 685 nəfərdir.
ABŞ-da statistikalar 31 057 nəfərin bu xəstəliyə yoluxduğunu göstərir. Onlardan 390 nəfəri dünyasını dəyişib.
Digər ölkələrdə isə ölüm sayı Fransada yüksələrək 562 çatıb. İngiltərə - 234, Türkiyədə də bu rəqəmlər artaraq 30 nəfər olub. Yoluxma sayı isə 1256 nəfərdir.
HaberGlobal xəbər verir ki, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zanq Xinmin preparatın adını açıqlayıb. O, “Favipiravir” adlanan bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyi qeyd edib.
Onlar bu qənaətə 80 xəstənin üzərində apardıqları təcrübədən sonra gəliblər.
Bundan əlavə Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da deyib.
Qeyd edək ki, “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.
TASS xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,5 min nəfəri ötüb.
Koronavirusdan sağalanların sayı demək olar, 3 min nəfərə çatıb.
“Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 26 062 nəfərdir, onların 2 060 nəfəri intensiv terapiya bölməsindədir", - o qeyd edib.
Məlumata görə, Lombardiyada 120 nəfər koronavirusun qurbanı olub. İtaliyanın başqa regionlarında da virusdan ölənlərin sayı artır.
Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə yeni məhdudiyyətlər barədə qərar qəbul edib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə bildirib. O deyib ki, sabahdan etibarən Tbilisidə sərnişin mikroavtobuslarının hərəkəti qadağan olunacaq. Baş nazir qeyd edib ki, metro və sərnişin avtobusları adi qaydada fəaliyyətini davam etdirəcək.
G.Qaxaria ölkə ərazisində müxtəlif idman mərkəzlərinin fəaliyyətinin də məhdudlaşdırılacağını bildirib.
Strana.ua xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib.
“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, - deyə ölkə başçısı açıqlama verib.
Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.
Dərman 45 könüllü üzərində sınaqdan keçirilir. Peyvəndin ilk inyeksiyası texnologiya firmasının menecerinə vurulub.
"Hamımız özümüzü çarəsiz hiss edirik. Mənim üçün bu, virusla mübarizədə faydalı olmaq üçün inanılmaz bir fürsətdir”,- deyə o, bildirib.
Peyvəndin hazırlanmasının dəqiq vaxtı haqqında məlumat verilməyib.
Son məlumatlara görə, dünyada 167 mindən çox insan koronavirus infeksiyasına yoluxub.
Dünyada çəyirtkə hücumu ilə bağlı həyəcan təbili çalındığı vaxtda daha bir təhlükə peyda olub.
Omanda çəkilmiş görüntüləri paylaşan sosial şəbəkə istifadəçiləri ölkənin “qarışqa işğalı”na məruz qaldığını bildiriblər.
Qeyd edək ki, son vaxtlar Şərqi Afrika ölkələri, Hindistan, Pakistan, İraq və başqa bir neçə ölkə çəyirtkə sürülərinin hücumuna məruz qalıb.
/Axar.az/
ABŞ-da hazırlanan koronavirusa qarşı peyvənd ilk dəfə bu gün insan üzərində sınaqdan keçiriləcək.
Peyvəndin sınaqdan keçiriləcəyi 45 yaşlı şəxs koronavirus xəstəsi deyil və onun virusa yoluxma təhlükəsi yoxdur. Məlumata görə, testin məqsədi peyvəndin əlavə təsirlərinin olub-olmadığını müəyyən etməkdir. Bu peyvənd “Covid-19”a yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulub. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxan xəstələri sağalda biləcək peyvəndin hazırlanması üçün isə azı 8 ay vaxt lazımdır.
Qeyd edək ki, koronavirus səbəbiylə dünya miqyasında 6 minə qədər insan həyatını itirib. 156 mindən çox insan virusa yoluxub. /Publika.az/
APA xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirus tədbirləri” çərçivəsində etdiyi elanda bu barədə bildirilib.
Nazirlik elan edib ki, dünyada böyük təlaş yaradan və Ümumdünya Səhiyyə Təşkilatının pandemiya olaraq elan etdiyi koronavirus (COVID-19) infeksiyasının Türkiyədə yayılma təhlükəsinin qarşısını almaq üçün ölkənin 81 şəhər valiliyinə göstəriş verilib ki, gecə klubları, diskoteka, bar və pavilyonların fəaliyyəti dayandırılsın.
Nazirlikdən bildirilib ki, qərarın icrası valiliklər, bələdiyyələr, digər yerli dövlət qurumları və hüquq mühafizə orqanlarının nəzarətində olacaq.
Sayrışan işıqları yandırılmış halda son sürətlə hərəkət edən və işıqforun qırmızı işığında keçən təcili yardım maşını taksi ilə toqquşub.
REN TV dəhşətli qəzanın görüntülərini yayımlayıb.
Kadrlardan görünür ki, qəzadan sonra təcili yardım maşını aşır və bu halda metrlərlə sürüklənir.
Məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Qəza nəticəsində təcili yardım maşınında olan üç nəfər xəsarət alıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.