![]() |
|
Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı polkunun 2-ci batalyonunun əsgərləri cəbhədə ağır şəraitdə olduqlarını bildirərək kömək üçün müraciət ediblər.
Məlumat teleqram kanallarında yayılıb.
Əsgərlərin sözlərinə görə, onlar dəstək və düzgün planlaşdırma olmadan döyüşə göndərilir. Batalyon ağır itkilər verir: əsgərlər “ot kimi biçilir”, pilotsuz uçuş aparatlarının davamlı hücumları isə heç bir fasilə imkanı tanımır.
Hərbiçilər təminatın tamamilə çatışmadığını, yaralıların döyüş meydanında köməksiz buraxıldığını vurğulayırlar. Evakuasiya və tibbi yardımın olmaması vəziyyəti daha da ağırlaşdırır.
İddia olunur ki, komandirlər təhlükəsiz mövqelərdə qalaraq “Geri addım atmayın!” əmrləri verməyə davam edir və əsgərləri ölümə məhkum edirlər.
"Ermənistan Baş prokurorunun müavini Artur Poqosyan Ermənistan İstintaq Komitəsinin rəhbəri təyin ediləcək".
Qafqazinfo xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına müsahibəsində deyib.
Paşinyan əlavə edib ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri postuna bir neçə namizəd nəzərdən keçirilir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan istefa ərizəsi yazıb. Paşinyan isə bildirib ki, bəzi məmurlara mesaj yazaraq istefa vermələrini istəyib.
Berlin Rusiya ilə hərbi münaqişə zamanı hərəkətlərə həsr olunmuş həcmli “Almaniya əməliyyat planı” hazırlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əksəriyyəti məxfiləşdirilən 1000 səhifəlik sənədə strateji aktivlərin mühafizəsi tədbirləri, həmçinin NATO qoşunlarının alyansın şərq cinahına köçürülməsi üçün logistika təlimatları daxildir.
Ordu artıq Almaniya bizneslərini potensial münaqişəyə hazırlaşmağa cəlb edir. Hamburqda şirkətlərdən işçilərə yük maşını sürməyi öyrətmək, generatorları ehtiyatla yığmaq və antiböhran strategiyaları hazırlamaq istənilib.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verir ki, orada ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var.
Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri var.
Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir:
Almaniya “onlarla, bəlkə də yüz minlərlə əsgəri” qəbul edib köçürməli olacaq.
Bundesverin nümayəndələri sənədi “canlı” adlandıraraq, onun məzmununun vəziyyət dəyişdikcə düzəldilə biləcəyini vurğuladılar.
Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal subyektlərdə sahibkarlarla izahat işləri və görüşlər keçirilir.
Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburqun ərazi müdafiəsinin rəisi Yorn Plişke şirkətlərə hər yüz işçidən ən azı beş nəfərinə yük maşını sürmə vərdişləri öyrətməyi, dizel yanacağı almağı tövsiyə edib.
“Almaniya yollarında yük maşınlarının 70%-ni Şərqi Avropalılar idarə edir. Müharibə başlasa, bu insanların axırı necə olacaq?” - Plişke kadr çatışmazlığına və maddi-texniki təchizatın pozulmasına hazırlaşmağın zəruriliyinə diqqət çəkərək ritorik sual verib.
Bu ilin yanvarında başqa bir alman nəşri, “Bild” tabloidi Almaniya Müdafiə Nazirliyinin Rusiya ilə NATO arasında münaqişənin inkişafı üçün mümkün ssenarini ətraflı təsvir etdiyi “Alyans Müdafiə - 2025" məxfi sənədinin xülasəsini dərc edib.
Bu ssenarinin müəllifləri hesab edirdilər ki, 2024-cü ilin sonunda münaqişənin eskalasiyası olacaq, çünki Rusiya Kalininqrada bir neçə qoşun və orta mənzilli raketlər göndərə bilər. Artıq dekabr ayında Suvalki dəhlizi ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı itkilərlə iğtişaşlar” baş verəcək. 2025-ci ilin mayında NATO münaqişənin kulminasiyasına gətirib çıxaracaq çəkindirmə tədbirləri hazırlayacaq. Alyans şərq cinahına 300 min hərbçi, o cümlədən 30 mini alman əsgəri köçürəcək.
Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib. Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən zəlzələ hərəkət planı işləri çərçivəsində Adanada Qırılma Xətləri və Zəlzələ Paneli keçirilib.
Paneldən əvvəl zəlzələ mütəxəssisi, Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Süleyman Pampal “İhlas” agentliyinə açıqlama verib. Gözlənilən İstanbul zəlzələsindən danışan professor 7 və daha yuxarı ballıq zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib: “7 ilə 7,5 bal arasında zəlzələ gözləyirik. Təxminən 7,2 bal gücündə təkanlar olacaq. Bu, arzu olunan deyil, amma yuxarı və aşağı həddi nəzərdən keçirdikdə, kaş alt həddə yaxın olaydı. İstanbulun tikinti fondunu nəzərə alsaq, nəticə çox pis ola bilər. İstanbul dağılarsa, Türkiyə onun altında qalacaq. Hamımız qala bilərik. Biz İstanbul, Ankara, İzmir və Adana kimi şəhərləri ayırmadan bütün Türkiyəni zəlzələyə hazırlamalıyıq”.
Qeyd edək ki, konkret olaraq, İstanbulla bağlı bu cür pessimist proqnozlar vaxtaşırı səslənir. Bundan əvvəl də İstanbulda dağıdıcı zəlzələlər barədə bir neçə tanınmış alim açıqlama vermişdi.
Professor Naci Görür bildirib ki, Marmara bölgəsində 7-7.5 bal gücündə bir zəlzələnin olma ehtimalı var. O, bu ehtimalın çox yüksək olduğunu (47%) qeyd edərək, xüsusilə Adalar və Kumburgaz fayı üzərindəki təhlükəni önə çəkib. Eyni zamanda, İstanbulda riskli binaların çoxluğunu və hazırlıqsızlığı diqqətə çatdırıb.
Professor Dr. Celal Şengör də böyük İstanbul zəlzələsinin maksimum 7.6 bal gücündə olacağını təxmin edib. Fayların “kilitlənmiş” vəziyyətdə olmasının təhlükəni artırdığını və bu tip zəlzələlərin dəqiq vaxtının əvvəlcədən bilinməsinin mümkün olmadığını bildirib.
Prof. Dr. Ziyadin Çakır da İstanbulda ən riskli bölgələri (məsələn, Haramidere, Ayamama, Maltepe və digər dolgu əraziləri) qeyd edib. O, zəlzələ riski yüksək olan ərazilərdə yaşayan insanların daha ehtiyatlı olması gərəkdiyini vurğulayıb. Bu alimlər İstanbulda təhlükəsizlik tədbirlərinin artırılmasını vacib sayır.
Bəs belə zaman kəsiyi üçün (7 il) verilən zəlzələ proqnozları nə dərəcədə reallaşa biləndir? Sesysmologiyada ən dəqiq proqnozlar hansılar sayılır?
Bu arada, mütəxəssislər zəlzələ barədə dəqiq vaxt və yer üzrə proqnoz vermək mövcud elmi metodlarla mümkün olmadığı bildirilir. Bunun səbəbi zəlzələ mexanizmlərinin çox mürəkkəb olması və fay xətləri boyunca gərginliklərin dəqiq ölçülməsi, davranışlarının proqnozlaşdırılmasının qeyri-mümkünlüyüdür. Amma bununla alimlərin fikri fərqlidir.
Professor Celal Şengör bildirib ki, zəlzələnin vaxtını dəqiq təxmin etmək mümkün deyil, lakin fay xətləri üzərindəki gərginliklər və tarixi zəlzələlərin analizi vasitəsilə təxmini böyüklük və potensial təsir sahələri barədə fikir yürütmək mümkündür. Məsələn, İstanbul üçün maksimum 7.6 bal gücündə bir zəlzələ gözlənilir.
Professor Naci Görür isə zəlzələ riskini müəyyən etmək üçün seysmoloji məlumatların və fay hərəkətlərinin analizinə diqqət çəkib. Onun fikrincə, müəyyən bir ehtimalla (məsələn, 47%) yaxın gələcəkdə zəlzələ ola biləcəyini söyləmək mümkündür, lakin dəqiq vaxtı və yeri demək qeyri-mümkündür.
Bununla belə, ekspertlər qeyd edir ki, zəlzələlər yer qabığındakı çox mürəkkəb proseslər nəticəsində yaranır və bu proseslər bir çox dəyişkliklərdən asılıdır. Hazırda mövcud olan texnologiya bu dəyişkənlikləri tam anlamı ilə ölçə bilmir. Bugünkü elmi səviyyədə zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, seysmoloji analizlər və geoloji araşdırmalar zəlzələ riski olan bölgələr barədə müəyyən məlumat verir. Bu isə hökumətlərin və vətəndaşların təhlükəsizlik tədbirləri görməsi üçün vacibdir.
Fikrət Cəfərov
Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İl ərzində Türkiyədə güclü zəlzələnin olacağı ilə bağlı 10-12 proqnoz verilir. Bu proqnozların 98 faizi yanlış çıxır. Zəlzələ olsa da, çox zəif olur. Hazırkı müasir avadanlıqlarla zəlzələnin yerini, onun neçə bal olacağını proqnozlaşdırmaq çox çətindir. Mən həmişə deyirəm ki, bu gün dünyada zəlzələ ilə bağlı ən dəqiq monitorinqləri, araşdırmaları Yaponiya aparır. Onların proqnozları 50-60 faiz düz çıxır. Amma onlar necə deyirlər? Sadəcə zəlzələnin olacağını bildirirlər, onun gücünü isə dəqiq deyə bilmirlər. Misal üçün, deyirlər Okinavada bir ay ərzində zəlzələ ola bilər. Bəli, orada zəlzələ olur, lakin zəif olur. Bir neçə faktor var ki, hansı yerdə hansısa təhlükəli sahələri göstərir. Ancaq dəqiq vaxtını və neçə bal olacağını Yaponiyada bu günə kimi dəqiq deyə bilməyiblər. Bilirsiniz ki, Yaponiya elə yerdə yerləşir ki, orada ildə mindən çox zəlzələ olur. Bir dəfə də olmayıb ki, onlar güclü zəlzələnin dəqiq proqnozunu versinlər”.
Ekoloq əlavə edib ki, Azərbaycanda zəlzələdən sonra bir neçə alim, təşkilat da proqnoz verməyə başlamışdı: “O proqnozlardan heç biri doğru çıxmadı. Hamısı deyirdilər dağıdıcı zəlzələ olacaq. Əsasən də neft çıxarılan ərazilərin təhlükə mənbəyi olduğu deyilirdi. Bu deyilənlər də özünü doğrultmadı. Birincisi neft çıxarılan yerlərdə zəlzələ hər zaman zəifləyir. Geomorfologiya göstərir ki, 10 kilometr dərinlikdə 5 bal gücündə zəlzələ olarsa, üst qatda 3 bal hiss olunur. Bunu təsdiq ediblər. Ona görə əhali heç bir proqnozlara ciddi yanaşmamalıdır. Rəsmi məlumatlara inanmaq lazımdır. Azərbaycanın bu gün zəlzələ ilə bağlı əhalini məlumatlandırmaq üçün 50-60 faiz imkanı var”.
Qeyd edək ki, son illərdə Türkiyənin müxtəlif bölgələrində bir neçə güclü zəlzələ baş verib. Ən yaddaqalanı isə 2023-cü ilin fevral ayında Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş vermiş zəlzələ oldu. Bu zəlzələlər qeyri-adi sayılır, çünki qısa müddət ərzində bir-birini izləyən bu güclü təkanlar bölgədə böyük dağıntılara və minlərlə insanın həyatını itirməsinə səbəb oldu. Kahramanmaraş zəlzələsindən sonra Malatya, Hatay və Adıyamanda da zəlzələlər qeydə alınıb.
Bu ilin əvvəlində də Muğla və İzmir bölgələrində kiçik və orta şiddətli yeraltı təkanlar olub. Türkiyə ərazisi seysmik baxımdan aktiv olduğu üçün Şərqi Anadolu və Şimali Anadolu qırılma xətləri boyunca güclü zəlzələlərin olması ehtimalı yüksəkdir. Davamlı təkrarlanan bu təbii fəlakətlər Türkiyənin infrastrukturunun seysmik təhlükəsizlik standartlarını artırmaq ehtiyacını vurğulayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib.
APA xəbər verir ki, hökümət başçısı bunu ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.
Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.
"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq", - deyə məlumatda vurğulanıb.
Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.
Ukrayna savaşı ətrafında yaranmış indiki situasiyanın nəzarətdən çıxdığı andan etibarən Üçüncü Dünya Müharibəsi aktiv fazaya keçirilmiş olacaq... Bu, baş verəcəyi təqdirdə, nüvə savaşı mütləq qaçılmaz olacaq və “yaşıl planet” qısa müddətdə od tutub, yanmağa başlayacaq...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı artıq qlobal savaşa çevrilmək üzrədir. Belə ki, bu ehtimala reallıq görüntüləri verən kifayət qədər hərbi-siyasi əlamətlər mövcuddur. Xüsusilə də, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi verməsi dünyanı böyük fəlakətə daha çox yaxınlaşdırmış oldu. Rəsmi Kiyev artıq Ağ Ev sahibinin bu təhlükəli icazəsindən istifadə etməyə başlayıb. Və bu baxımdan, əksər dövlətlərin qlobal savaşa hazırlıq prosesinə start vermələri qətiyyən təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, prezident Co Baydenin həmin qərarı hazırda Fransa başda olmaqla, bəzi NATO ölkələri tərəfindən də birmənalı şəkildə dəstəklənir. Böyük ehtimalla Ukrayna savaşının uzadılmasında maraqlı olan bəzi dünya gücləri NATO-nun Rusiya ilə silahlı qarşıdurmaya qərar verməsinə cəhd göstərəcəklər. Çünki Fransa kimi bəzi NATO ölkələrinin bu istiqamətdə addımlar atmağa cəhd göstərməsi belə bir təhlükənin mövcudluğunu iddia etməyə əsas verir. Və bu baxımdan, indi bütün əlamətlərin məhz yaxınlaşmaqda olan qlobal savaş təhlükəsindən xəbər verdiyi qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, Rusiya siyasi dairələri də qlobal savaş barədə açıq xəbərdarlıq mesajları verməyə başlayıblar. Xüsusilə də, prezident Vladimir Putin və yaxın ətrafı Ağ Ev sahibi Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi verməklə, üçüncü dünya müharibəsinin başlanmasına səbəb yaratdığını birmənalı şəkildə vurğulayır. Üstəlik, Kreml üçüncü dünya müharibəsi ilə yanaşı, nüvə savaşına hazırlaşdığını da qətiyyən gizlətmir. Və bu, Rusiyanın NATO-nun da iştirak etdiyi üçüncü dünya savaşında qələbə şansının olmadığı qənaətinə gəlinməsi anlamı daşıyır.
Məsələ ondadır ki, Kremldə Ukrayna savaşının öz arealını genişləndirəcəyi təqdirdə, Rusiyanın hərbi və iqtisadi resurslarının müdafiə olunmaq üçün yetərli olmadığını tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Kreml yeni nüvə doktrinasını qəbul etməklə, taleyüklü durumda nüvə silahına sığınmaq niyyətini biruzə verir. Rusiyanın yeni nüvə doktrinasına görə, düşmən ölkələrə bu silahla zərbə endirmək üçün artıq parlamentdən razılıq almağa ehtiyac qalmayıb. Və prezident Vladimir Putin bu barədə indi özü təkbaşına qərar vermək, nüvə düyməsini hərəkətə gətirmək hüququ qazanıb.
Əslində, Kremlin nüvə faktorunu ön plana çəkməsi ABŞ və Qərbdə istər-istəməz narahatlıq döğurmaqdadır. Çünki Rusiyanın nüvə başlıqlarının ümumi sayı NATO-nun əlində olduğundan daha çoxdur. Bu səbəbdən də, Rusiyanın nüvə savaşında qlobal düşmənlərinə dağıdıcı fəlakət ssenarisi vəd etmək imkanları Qərb siyasi dairələrində təlaş yaradır. Və bu baxımdan, belə reallıqların olduğu bir situasiyada Ukrayna savaşının qlobal müharibəyə çevrilməsinə yol aça biləcək addımların atılmasının özü də təəccüb doğurur.
Maraqlıdır ki, son vaxtlar üçüncü dünya müharibəsinin nə vaxt başlayacağı ilə bağlı ehtimalların artıq aktual olmadığını düşünənlərin sayı artmaqdadır. Belə düşünənlərin böyük əksəriyyəti üçüncü dünya savaşının başlanma vaxtının məhz həm Ukraynaya NATO-nun, həm də Rusiyaya İran və Şimali Koreyanın silah-sursat yardımı göstərdiyi zamandan hesablanmasını daha doğru hesab edirlər. Və onların fikrincə, indi üçüncü dünya müharibəsinin yalnız açıq şəkildə aktiv fazaya keçmək üzrə olduğundan danışmaq olar.
Bu barədə daha bir önəmli iddiaya Ukraynanın keçmiş müdafiə naziri, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı müəlliflik edirb. Onun fikrincə, “Rusiyanın avtokratik müttəfiqlərini (İran və Şimali Koreya) Ukraynadakı müharibəyə birbaşa cəlb etməsindən sonra üçüncü dünya müharibəsini başlamış hesab etmək olar". Valeri Zalujnı hesab edir ki, 2024-cü ildə birmənalı şəkildə üçüncü dünya müharibəsinin başladığını elan etmək mümkündür.
Ukraynalı səfirin dediyinə görə, Ukraynaya qarşı Şimali Koreya ordusundan, raketlərindən, İranın PUA-larından, Çinin verdiyi hissələr əsasında Rusiyada hazırlanan hərbi texnikadan istifadə olunur. Ona görə də, bütün bu amillərin hamısı dünya müharibəsinin başlandığını və bəşəriyyətin buna hazırlaşmalı olduğunu deməyə əsas verir: “Uzun müddətdir ki, gözlənilən savaş artıq başlayıb. Amma Tanrının özü tək Ukraynaya deyil, bütün dünyaya indi baş verənlərdən daha düzgün nəticə çıxarmaq üçün şanslar da verir".
Digər tərəfdən, Valeri Zalujnı Ukraynanın müttəfiqlərini – ABŞ və Qərbi ittiham etməyi də unutmuyıb. Onun fikrincə, hazırda Rusiya və hərbi müttəfiqlərini dayandırmaq hələlik mümkündür. Ancaq nədənsə Ukraynanın hərbi-siyasi tərəfdaşları bunu başa düşmək istəmirlər: "Aydındır ki, Ukraynanın onsuz da hədsiz çox düşməni var. Ukrayna müasir texnologiya sayəsində mövcudluğunu saxlaya bilər. Ancaq Rusiya ilə savaşda təkbaşına qalib gələ bilib-bilməyəcəyi hələlik məlum deyil. Hazırda məlum olan yalnız odur ki, üçüncü dünya müharibəsi artıq başladı”.
Göründüyü kimi, hazırda baş verənlərə yanaşma tərzi sensasion xarakter daşıyır. Üstəlik, mövcud situasiyada təhlükəli məzmun almaqla yanaşı, böyük fəlakətin çox da uzaqda olmadığını göstərir. Çünki Ukrayna savaşı ətrafında yaranmış situasiya hər an nəzarətdən çıxa bilər. Əgər, bu, baş verərsə, artıq başlandığı iddia edilən üçüncü dünya müharibəsinin mütləq nüvə savaşına çevriləcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, insan övladının yaşadığı yeganə planetin od tutub yanmasına, yaxud da “alov topu”na çevrilmə təhlükəsinə yol aça bilər.
Üçüncü Dünya müharibəsinin başlamasına ciddi təhdidlər var.
Bunu Türkiyənin sabiq milli müdafiə naziri, TBMM Milli Müdafiə Komissiyasının sədri Hülusi Akar bəyan edib.
Üçüncü Dünya müharibəsi və İsrailin Türkiyə üçün təhlükə olub-olmaması ilə bağlı sualları cavablandıran Akar deyib ki, İkinci Dünya müharibəsində Danimarkanın işğalı 6 saat davam etdi: "Bu, bir zarafat deyil".
İsrailin Türkiyəyə yarada biləcəyinə gəldikdə isə Akar bildirib ki, İsrail onlar üçün böyük təhlükədir: "Bu, artıq zaman məsələsidir. Ona görə də təbii ki, biz hazır olmalıyıq".
Berlin Rusiya ilə hərbi münaqişə zamanı hərəkətlərə həsr olunmuş həcmli “Almaniya əməliyyat planı” hazırlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əksəriyyəti məxfiləşdirilən 1000 səhifəlik sənədə strateji aktivlərin mühafizəsi tədbirləri, həmçinin NATO qoşunlarının alyansın şərq cinahına köçürülməsi üçün logistika təlimatları daxildir. Ordu artıq Almaniya bizneslərini potensial münaqişəyə hazırlaşmağa cəlb edir. Hamburqda şirkətlərdən işçilərə yük maşını sürməyi öyrətmək, generatorları ehtiyatla yığmaq və antiböhran strategiyaları hazırlamaq istənilib.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verir ki, orada ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var.
Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri var.
Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir:
Almaniya “onlarla, bəlkə də yüz minlərlə əsgəri” qəbul edib köçürməli olacaq.
Bundesverin nümayəndələri sənədi "canlı" adlandıraraq, onun məzmununun vəziyyət dəyişdikcə düzəldilə biləcəyini vurğuladılar.
Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal subyektlərdə sahibkarlarla izahat işləri və görüşlər keçirilir.
Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburqun ərazi müdafiəsinin rəisi Yorn Plişke şirkətlərə hər yüz işçidən ən azı beş nəfərinə yük maşını sürmə vərdişləri öyrətməyi, dizel yanacağı almağı tövsiyə edib.
“Almaniya yollarında yük maşınlarının 70%-ni Şərqi Avropalılar idarə edir. Müharibə başlasa, bu insanların axırı necə olacaq?” — Plişke kadr çatışmazlığına və maddi-texniki təchizatın pozulmasına hazırlaşmağın zəruriliyinə diqqət çəkərək ritorik sual verib.
Bu ilin yanvarında başqa bir alman nəşri, “Bild” tabloidi Almaniya Müdafiə Nazirliyinin Rusiya ilə NATO arasında münaqişənin inkişafı üçün mümkün ssenarini ətraflı təsvir etdiyi “Alyans Müdafiə - 2025” məxfi sənədinin xülasəsini dərc edib.
Bu ssenarinin müəllifləri hesab edirdilər ki, 2024-cü ilin oktyabrında münaqişənin eskalasiyası olacaq, çünki Rusiya Kalininqrada bir neçə qoşun və orta mənzilli raketlər göndərə bilər. Artıq dekabr ayında Suvalki dəhlizi ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı itkilərlə iğtişaşlar” baş verəcək. 2025-ci ilin mayında NATO münaqişənin kulminasiyasına gətirib çıxaracaq çəkindirmə tədbirləri hazırlayacaq. Alyans şərq cinahına 300 min hərbçi, o cümlədən 30 mini alman əsgəri köçürəcək.
Üç ildir davam edən Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə bölgədə gərginlik daha da artıb. Rusiya isə bu hücumlara qitələrarası ballistik raketlər ataraq cavab verib. Hadisələrin gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Milli.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini qeyd edib.
Zaxarova bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın "gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini" vurğulayıb.
Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş "təxribat xarakterli və sabitliyi pozan addım" kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.
Bölgədəki bu artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır.