![]() |
|
Türkiyənin Montrö Müqaviləsinə uyğun olaraq İstanbul boğazlarını bağlaması Rusiyanın Ukraynanın Odessa, Nikolayev və digər ərazilərini işğal etmək cəhdlərinə mane olub.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
“Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri Türkiyə tərəfindən boğazların bağlanması oldu. "Moskva" gəmisini (Qara dənizdə) batırdıq, daha iki rus kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək əraziləri ələ keçirməsinə imkan vermədi. Bura Odessa, Nikolayev və Moskvanın planlarına görə dəniz əməliyyatları nəticəsində işğal edilməli olan digər ərazilər daxildir”, - diplomat vurğulayıb.
Bodnar Türkiyənin Ukrayna üçün ciddi nəqliyyat mərkəzinə çevrildiyini də xatırladıb: "İndi orada Ukrayna daşıyıcıları üçün vizasız nəqliyyat marşrutu mövcuddur".
Müharibənin ədalətli sonu Rusiyanın yer üzündən silinməsi olardı.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun taqım komandiri Dmitri Derkaç deyib.
Onun sözlərinə görə, 2022-ci ildə müharibənin əvvəlində mövcud olan xalq birliyi pozulmasaydı, rus ordusu Donetsk vilayətinin bu qədər böyük ərazisini işğal edə bilməzdi:
"Belə olsaydı, ən azı geri çəkilməyə yox, irəliləməyə davam edərdik. İnsan resurslarımız çatmır. Çünki bizə nə qədər silah verilsə də, onu vuran olmasa, heç nə alınmayacaq. Bu, dəqiqdir.”.
Derkaç qeyd edib ki, Ukrayna üçün hansı nəticənin qələbə ola biləcəyinə cavab vermək çox çətindir:
"Qələbə nə olardı? Düzünü desəm, belə bir qələbə görmürəm. Bunun necə bir qələbə olduğunu deyə bilmərəm. Hər şey bitsə və sərhədlərimizi bərpa etsək belə, bu artıq qələbə olmayacaq, çünki çoxlu sayda resurs və insan itirildi, infrastrukturun bir hissəsi dağıdıldı, artıq bunu qələbə adlandırmaq çətindir.
Bəs müharibənin ədalətli sonu necə olardı? Rusiyanı yer üzündən silmək. Bu, mümkün deyil, amma ədalətlidir".
Derkaç vurğulayıb ki, Ukrayna gördüyü işləri davam etdirməli, yəni daim təkmilləşməli və Rusiya ilə mübarizənin başqa yollarını tapmalıdır.
Amerikalı milyarder İlon Mask mümkün üçüncü dünya müharibəsinin risklərinə toxunub və onları Trampın prezidentliyi ilə əlaqələndirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı o, "X" sosial şəbəkəsindəki hesabında qeyri-adi illüstrasiya ilə yazı paylaşıb.
Mask insan beyninin və uçan güllənin təsvir olunduğu iki şəkil paylaşıb. Birinci şəkildə güllə beyinə dəyir, onun altında isə "III dünya müharibəsi" yazılıb. İkinci şəkildə güllə qulağı cızır və beyindən yan keçir, altında isə "Marsın kolonizasiyası" sözləri yazılıb.
Görünür, bu yolla "Tesla" və "SpaceX" şirkətlərinin sahibi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa sui-qəsd cəhdinə istinad edib. Həmin vaxt siyasətçi qulağından yaralanıb, güllə onun başının bir neçə santimetr yaxınlığından keçib.
Sülh müqaviləsi imzalanacağı təqdirdə İrəvan Bakıya qarşı iddialarından əl çəkəcək.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Əgər görsək ki, biz həqiqətən sülhə nail oluruq və müqavilə imzalayırıq, o zaman hesab edirəm ki, biz belə bir sövdələşmə edə bilərik. Bu o deməkdir ki, keçmiş hadisələrə görə heç kim bir-birini məhkəməyə verməməlidir və biz qarşılıqlı olaraq iddialardan imtina etməliyik", - Paşinyan bildirib.
Türkiyə olaraq İraq türkmənlərinin yanındayıq, onların hüquq və mənafelərini qoruyuruq.
Belə bir bəyanatla Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İraqda aparılan siyahıyaalma kontekstində Kərkükdə türkmənlərə qarşı yol verdiyi yanlış siyasəti şərh edəkən çıxış edib.
Türkiyə XİN-in açıqlamasında deyilir ki,kürdlərin türkmənlərin sıx yaşadığı Kərkükə köçürülərək süni şəkildə demoqrafik dəyişikliyə yol verilir və bu da yolverilməz haldır.
Açıqlamada qeyd olunub ki, kürdlərin kütləvi şəkildə Kərkükə köçürülərək siyahıyaalmada onların Kəkrük əhalisi kimi göstərilməsi, İraq türkmənləri və ərəbləri arasında haqlı olaraq narahatlığa səbəb olub.
"Kərkükdə sıx əhalisi olan türkmən soydaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi bu ölkə ilə ikitərəfli əlaqələrimizdə əsas prioritetlərimizdən biridir.
İraq səlahiyyətlilərindən siyahıyaalma çərçivəsində baş verən bu son hadisələrə görə son əsrdə saysız-hesabsız qırğın və zülmə məruz qalan türkmən soydaşlarımızın bir daha qurban getməsinə imkan verməməsini gözləyirik.
Türkiyə olaraq bütün qurumlarımızla İraq türkmənlərinin yanındayıq, onların hüquq və mənafelərini qoruyuruq", - XİN sözçüsü bildirib.
Britaniya hökuməti İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə gələrsə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edə bilər.
Bunu Britaniya baş nazirinin mətbuat katibi jurnalistlərin Netanyahunun Böyük Britaniyaya səfər edəcəyi təqdirdə həbs edilib-edilməyəcəyini soruşarkən deyib.
Britaniya baş nazirinin mətbuat katibinin sözlərinə görə, hipotetik ssenarilər haqqında şərh vermək istəməsə də, hökumət qanun və qanuni öhdəliklərini yerinə yetirəcək.
Britaniya hökuməti İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə gələrsə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edə bilər.
Bunu Britaniya baş nazirinin mətbuat katibi jurnalistlərin Netanyahunun Böyük Britaniyaya səfər edəcəyi təqdirdə həbs edilib-edilməyəcəyini soruşarkən deyib.
Britaniya baş nazirinin mətbuat katibinin sözlərinə görə, hipotetik ssenarilər haqqında şərh vermək istəməsə də, hökumət qanun və qanuni öhdəliklərini yerinə yetirəcək.
Bakının bu tələbini qəbul etməsək, Ermənistan dövlətçiliyini itirəcəyik, mənsə buna yol verə bilmərəm. Lazım olsa mən bunu lap "balta" qayadası ilə həll edəcəyəm.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi Ermənistan dövlətçiliyinə ciddi təhdidlər yaradır.
Paşinyan hesab edir ki, Müstəqillik Bəyannaməsinin məntiqi nəticəsinə görə Ermənistan mövcud ola bilməz: "Biz yeni müstəqil dövlət yaradırıq, amma digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə münaqişə məntiqi ortaya qoyuruq.
O zaman belə bir sual ortaya çıxır. Biz belə bir şəraitdə necə yaşamalıyıq? Bunun üçün bizə super sponsor lazımdır, başqa çıxış yolu yoxdur”.
Paşinyan əlavə edib ki, indi yenə onu növbəti xəyanətdə ittiham edəcəklər: "Amma bu gün elə bir statusdayam ki, xalqımızla danışmağa, səbəb-nəticə əlaqəsi, zəncir göstərməyə məcburam. Əgər bunu etməsəm, o zaman ölkəmizi qəsdən dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm. Bu baxımdan lazım olarsa məsələni "balta" metodu ilə həll edəcəyəm".
"Saqqalımı böyük qızımın ad günü münasibəti ilə qırxmaq qərarına gəldim. İndi bu efirə çıxandan sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə onun ad günündə, bizim ad günündə yox? Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual qoymayacaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində hökumət başçısı vəzifəsinə gəldikdən 6 il sonra qəfildən niyə üzünü qırxması sualına cavab verərkən deyib.
Paşinyan bəyan edib ki, 44 günlük müharibə başlayandan və ondan sonrakı 4 il ərzində o, hər gün özünə ünvanlanan suallarla yatıb və oyanıb.
Paşinyan sülh sənədindən danışdı
Medvedev: Tramp buna son qoya bilər
İsrail vurdu: 4 ölü, 23 yaralı
Putin hərbi müşavirə keçirdi
Britaniya Netanyahunu həbs edəcək
Abxaz lider Moskvaya qaçdı
BMT əsgərləri yaralandı
Duma Putini dəstəklədi
Rusiya Qərbi hədələdi
Luqanskda azərbaycanlı həlak olub
Kurskda 3 raket vuruldu
46 sakin Rusiyaya qaytarılıb