![]() |
|
ABŞ qarşıdakı 24–48 saat ərzində Vaşinqtonun İsrailin hərbi əməliyyatına qoşulması ilə bağlı qərar qəbul edilə bilər.
Bu barədə "ABC News" telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, bu müddət ərzində Vaşinqton İranla münaqişənin diplomatik yollarla həllinin mümkün olub-olmadığını müəyyən edə bilər və ya ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatlara əl atmaq qərarına gələ bilər.
Telekanalın mənbələrinin məlumatına görə, ABŞ hələ də Tehranın danışıqlar masasına qayıtmasına və uranın zənginləşdirilməsindən tamamilə imtinanı nəzərdə tutan bir sazişi imzalamağa məcbur ediləcəyinə ümid edir.
Qeyd edək ki, İran və ABŞ Tehranının nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün Oman vasitəçiliyi ilə beş mərhələdən ibarət dolayı danışıqlar aparıblar. Bir neçə dəfə razılıq əldə etməyə cəhd göstərilməsinə baxmayaraq, uranın zənginləşdirilməsi ilə bağlı mübahisələr danışıqları pozmaq təhlükəsi altına salıb. 15 iyun tarixində Məsqətdə keçirilməsi planlaşdırılan altıncı danışıqlar raundu İsrailin İrana hücumundan sonra ləğv edilib.