Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.

Qafqazinfo xəbər verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.

Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Qeyd edək ki, ötən gün Gədəbəy və Lerik rayonunun prokurorları da dəyişdirilib. Prokurorluq orqanlarında bu kimi islahatların davam edəcəyi gözlənilir.

18 İyun 2025 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ
18 İyun 2025 Yol polisindən kvadrosikl sürənlərə - Xəbərdarlıq
18 İyun 2025 Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
18 İyun 2025 Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə
17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
14 İyun 2025 Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
14 İyun 2025 Bu gün "Son zəng"dir
13 İyun 2025 Natiq İsmayılov: Birlik və həmrəyliyin yeni mərhələsi
13 İyun 2025 Mirqiyas Kazımov: Dövlətçilik tariximizin şanlı səhifəsi
13 İyun 2025 Araz Bəndəliyev: Milli qurtuluşun liderlik nümunəsi
13 İyun 2025 Rəşadət Eyvazov: Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir
13 İyun 2025 Vahid Muradov: 15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün
13 İyun 2025 İlham Cəbrayılov: 15 İyun – Milli Qurtuluş Günü: Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
13 İyun 2025 Eldar Abbasov: Zəfər zirvəsi - Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə
13 İyun 2025 Gülağa Əliyev: Milli Qurtuluşdan başlanan tərəqqi və Zəfər yolu
13 İyun 2025 Məhəmməd Musayev: Qurtuluş məfkurəsi - müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi
13 İyun 2025 Mehman Qəhrəmanov: Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə: Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə
13 İyun 2025 3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
13 İyun 2025 Veteranların Prezident təqaüdü artırılacaq?

Xəbər lenti