İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi.

Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirdi, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğuladı.

Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olundu.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi.

18 İyun 2025 İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
17 İyun 2025 İlham Əliyev fərman imzaladı - Nazirlər Kabinetinə 6 ay vaxt verdi
17 İyun 2025 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ
17 İyun 2025 Prezident İlham Əliyev qəbul keçirdi - Fotolar
16 İyun 2025 Qərbdə Azərbaycana qarşı yeni təxribatlar hazırlanır: Avropalı siyasətçi "dostcasına təhdid" etdi
15 İyun 2025 İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 İyun 2025 Azərbaycanda Milli Qurtuluş Günüdür
14 İyun 2025 Kreml Cənubi Qafqazla bağlı "NATO mesajı" verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir
13 İyun 2025 XİN-dən vətəndaşlarımıza müraciət: İrana getməyin!
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 “Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı
12 İyun 2025 Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi
12 İyun 2025 İlham Əliyev Filippin prezidentini təbrik edib
12 İyun 2025 Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
12 İyun 2025 İlham Əliyev iclas iştirakçılarına müraciət etdi
11 İyun 2025 Prezident sərəncam imzaladı - avtomobil yolu əsaslı təmir olunacaq
11 İyun 2025 Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı
11 İyun 2025 Bu 4 ölkənin XTQ-si ilə birgə təlim keçiriləcək

Xəbər lenti