Zelenski Kanadaya səfərini yarımçıq qoydu: Ukrayna yalnız qalır?

G7 sammitinin nəticələrinə etirqaz edən Ukrayna prezidenti Volodimir Zelenski Kanada səfərini, mətbuat konfransını və planlaşdırılan bir sıra görüşlərdə iştirakdan imtina edib.

Ukrayna nümayəndə heyətinin mənbələri qeyd edir ki, prezident iyunun 17-nə keçən gecə Kiyevin ölümcül atəşə tutulmasından və ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı G7 sammitini tərk edəndən sonra Kanadaya səfərini yarımçıq qoyur.

Bildirilib ki, Zelenski Kananaskis danışıqları başa çatdıqdan sonra Ukraynaya qayıdacaq. O, Kalqari üçün planlaşdırılan mətbuat konfransını ləğv edib.

Qeyd edək ki, G7 sammiti ABŞ-ın mövqeyinə görə Ukraynadakı müharibə ilə bağlı birgə bəyanat imzalamadan bitib. G7 liderindən altısı Rusiya ilə bağlı sərt ifadəni dəstəkləməyə hazır idi, lakin ABŞ bu sənədin mümkün sülh danışıqlarına mənfi təsir edəcəyindən ehtiyat edərək mətni yumşaltmaqda israr edib.

Onu da xatırladaq ki, G7 sammiti çərçivəsində Zelenskini ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılsa da, bu görüş baş tutmayıb. Amerika lideri Yaxın Şərqdə baş verən hadisələri bəhanə edərək sammiti tərk edib.

 

18 İyun 2025 Məsud Pezeşkian: Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq
18 İyun 2025 SON DƏQİQƏ! Raketlər tükənir - Ölkə TƏHLÜKƏ ALTINDA - ŞOK
18 İyun 2025 Nüvə müharibəsi başlayarsa, hansı ölkədə nə qədər insan öləcək? - SİYAHI
18 İyun 2025 Çin İrana sirli təyyarələr göndərir - The Telegraph
18 İyun 2025 ABŞ 48 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər
18 İyun 2025 Amerikalıların İsrail-İran müharibəsinə münasibəti - SORĞU
18 İyun 2025 ABŞ hərbçiləri Suriyanı tərk edirlər
18 İyun 2025 İran şahının oğlu xalqı üsyana çağırdı
18 İyun 2025 İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times
17 İyun 2025 İran təslim olacaq, yoxsa dünya ilə toqquşacaq? – 3 mümkün ssenari
17 İyun 2025 Trampdan İrana sərt - Xəbərdarlıq
17 İyun 2025 Tramp G7 sammitini tərk etdi – Makronun “atəşkəs” iddiasına sərt reaksiya
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurdu - Video
17 İyun 2025 İran televiziyasının vurulması zamanı 3 nəfər ölüb
17 İyun 2025 Təbrizdə güclü partlayışlar oldu
17 İyun 2025 Rusiya Kiyevə zərbə endirdi - 14 ölü
17 İyun 2025 Tramp: Tehran təcili boşaldılmalıdır
17 İyun 2025 Zelenskinin həyat yoldaşı ilə kobud rəftarı gündəm oldu
17 İyun 2025 Trampdan İrana son şans təklifi

Xəbər lenti