![]() |
|
Xalq hökumətlə bir olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq.
“Report” SNN-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumətin islasında bildirib.
Onun sözlərinə görə, İran milli həmrəylik və birlik sayəsində istənilən böhranı dəf edəcək:
"Milli həmrəyliyin qorunması və xalqın mövcud vəziyyətdə iştirakı vacibdir. Əgər xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq. Bütün tədbirlərin milli həmrəyliyin qorunmasına yönəldilməsi vacibdir”.
M.Pezeşkian əyalətlərə səlahiyyətlərin verilməsi məsələsinə də toxunub:
“Ayrı-ayrı qurumların operativ qərar qəbul etməsi üçün nazirlər müavinlərinə lazımi səlahiyyətlər verməlidir”.
Məlumata görə, Nazirlər Kabinetinin bütün üzvləri və vitse-prezidentlərin iştirak etdiyi bu iclasda son hadisələr müzakirə edilib, təhlil olunub, prezident məsələlərin həllini asanlaşdırmaq üçün lazımi göstərişlər verib.