Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib./APA

18 İyun 2025 Müdafiə Nazirliyindən vətəndaşlara çağırış - Narahatlığa heç bir əsas yoxdur
18 İyun 2025 İranı tərk edən 29 nəfərlik italyan qrupu Azərbaycana gəlib
18 İyun 2025 "28 May" stansiyasında hadisə - Tələbə qatar yoluna düşdü
17 İyun 2025 Metroda azyaşlıya qeyri-etik hərəkətlər etdi - Həbs olundu
17 İyun 2025 Kartlardan 5 min manatdan çox pul oğurlandı
17 İyun 2025 İsrail və İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ
14 İyun 2025 Onlar quru yolla Azərbaycana gəldilər - FOTO
13 İyun 2025 Daha bir qanunsuz tikili söküldü - Video
12 İyun 2025 Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - Foto
12 İyun 2025 Salyanda fermada güclü yanğın - 33 inək tələf oldu
12 İyun 2025 4 ay əvvəl qardaşı ölən başçıya daha bir ağır itki - FOTO
11 İyun 2025 Falçı qapısı - kasıblar getmir, varlıları isə aldadırlar
11 İyun 2025 Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğluna hökm oxunub
11 İyun 2025 Azərbaycanlı diplomat evində ölü tapıldı
11 İyun 2025 Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var
11 İyun 2025 Şagirdlərin ağzını “skoç”layan müəllimə XƏBƏRDARLIQ
10 İyun 2025 Sabah 36° isti olacaq
10 İyun 2025 Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat
10 İyun 2025 Ötən gün bank kartlarından oğurluq edilməyib

Xəbər lenti